GenelGüncelKültür Sanat

Yeni tədris ili ilə əlaqadar Direktor Yusif Alıyev professor-müəllim heyəti ilə görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Strateji inkişaf planına uyğun olaraq məqsədyönlü islahatların həyata keçirilməsi istiqamətində işlər görülməkdədir. 2021/2022-ci tədris ili üzrə filialda ixtisas sayı 6-dan 9-a, tələbə qəbulu isə 240 nəfərdən 295 nəfərə yüksəlmişdir. Dövlət İmtahan Mərkəzinin bakalaviatura səviyyəsi üzrə təşkil edilən qəbul imtahanında 1-ci mərhələdə 274 nəfər tələbə ADPU-nun Quba filialının tələbəsi adını qazanmışdır. Bununlada filialda faktiki tələbə sayı 954 nəfərə çatmışdır.
Bu ildən başlayaraq filialda tədris edilən fənləri tələbələrə mənimsətmək, onların bilik və bacarıqlarını qiymətləndirmək üçün ölkənin bir çox tanınmış alim və pedaqoqları ADPU-nun Quba filialı ilə əməkdaşlığa dəvət edilmiş və onlarla seçki keçirilənədək müqavilə bağlanmışdır.
Bu gün direktor dosent Yusif Alıyevin təşəbbüsü ilə respublikanın müxtəlif reytinqli universitetlərindən və elmi-tədqiqat mərkəzlərindən dəvət olunan professor-müəllim heyəti ilə mövcud pandemiya şərtlərinə riayət edərək görüş keçirmişdir.
Giriş nitqi ilə çıxış edən dos. Yusif Alıyev əməkdaşlığa yeni dəvət olunmuş professor və müəllimləri yeni tədris ilinin başlanması və ənənəvi tədrisə yenidən keçid olunması münasibətilə təbrik edərək qarşıdan gələn yeni 2021/2022-ci tədris ilinin hamı üçün düşərli və uğurlu olmasını arzu etmişdir.
Çıxışını son illər filialda həyata keçirilən islahatlara, yenidənqurma və abadlıq işlərinə yönəldərək əldə edilən uğurlar haqqında geniş formalı məlumatla davam etdirən direktor yeni işə başlayan və hazırda filialda çalışan müəllimləri bu nailiyyətlərin daha da yüksəldilməsinə kömək etmək üçün əməli fəaliyyətə çağırdı.
Dosent Yusif Alıyev: Bu il ölkəmizin ən qocaman ali təhsil müəssisəsi olan ADPU-nun 100 illik, Quba filialının isə 30 illik yubiley ilidir. Biz 30 ildir təhsil sahəsində çalışaraq ölkənin təhsil siyasətinin həyata keçirilməsini icra edirik. Ən vacib görəvimiz ADPU-nun Quba filialını inkişaf etdirməkdir. Son illər təhsilin inkişafı istiqamətində çoxlu sayda uğurlu nəticələrimiz vardır. Tələbələrin elmi-tədqiqat işinə maraqlarının stimullaşdırılması nəticəsində məzunlar sırasından magistraturaya qəbul olanların sayı 2020-ci ildə 10, 2021-ci ildə isə 19 nəfərə qalxması bizim qarşımıza yeni hədəflər qoyur və növbəti illərdə filialda magistratura bölməsinin açılması işini həyata keçirmək haqqında düşünürük.
Hazırda kitabxana fondumuz genişlənir və elektronlaşdırılması sahəsində mühüm addımlar atılır. Əmin olun ki, sizlər hər gün filialda bir-birindən maraqlı və elm, təhsil tutumlu yeniliklərlə qarşılaşacaqsınız. Bizim də sizdən gözləntilərimiz yeniliklərdir, bu yeniliklər də bizim daha çox inkişafımıza səbəb olacaqdır. Sevindirici haldır ki, Quba rayon İcra Hakimiyyəti tərəfindən də bizim filiala diqqət və qayğı vardır və təhsil siyasətinin həyata keçməsində heç zaman dəstəklərini əsirgəmirlər. Bu isə bizləri daha da ruhlandırır.
Daha sonra direktor müəllimlərin yeni dərs ilində qarşılarına qoyulan prioritet məsələlərindən də danışaraq, onların yüksək bilik və bacarıqlarını, innovativ yenilklərini tələbələrə çatdıracaqlarına inandığını qeyd etdi. Dos. Yusif Alıyev dəvət olunan bütün müəllimlərlə ayrı-ayrılıqda fərdi şəkildə söhbət edəcəyini diqqətə çatdırıb.
Yusif müəllimin hesabat xarakterli geniş çıxışından sonra əməkdaşlığa dəvət olunmuş professor-müəllim heyəti ilə sual-cavab xarakterli söhbət aparıldı. Həmçinin hər bir müəllim filial haqqında öz təəsüratlarını bölüşərək, onlara göstərilən diqqət və qayğıya görə filial rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Professor Ramazan Qafarlı çıxış edərək ADPU-nun Quba filialının onun üçün doğma məkan olduğunu və burada formalaşmış elmi-pedaqoji mühitin bütünlüklə müsir təhsil müəssisəsi qarşısnda qoyulmuş standartlara uyğun olduğunu bildirdi. Daha sonra Ramazan Qafarlı filialın kitabxanası üçün kitablar hədiyyə etdi.
Pedaqogika üzrə fəlsəfə doktoru Hidayət Tağıyev çıxış edərək bildirdi ki, Şimal bölgəmizdə yerləşən ADPU-nun Quba filialı təhsilimizin inkişafına bundan sonra daha böyük töhfələr verəcəkdir. Həmçinin filialda son dövrlərdə ənənə halını almış  yeniliklərdən qürurlandığını ifadə etdi.
Dosent Qulam Əzizov öz çıxışında bildirdi ki, Quba filialı dosent Yusif Alıyevin rəhbərliyi ilə fəaliyyətini elə qurub ki, sosial şəbəkələrdən də hiss edilir ki, sanki filial üçün pandemiya yox imiş, tədris, təlim-tərbiyə prosesi məsafədən də yüksək səviyyədə təşkil edilir. Filialın müəllimlərinin elmi-tədqiqat işlərinin yüksək reytinqli jurnallara çıxışı onu deməyə əsas verir ki, yaxın gələcəkdə filialda elmi jurnalın da nəşr edilməsi baş tutacaq, – deyə qeyd etdi.
Dosent Sübhan Talıblı çıxışında bildirdi ki, onu Quba filialına gətirən səbəb vurada yaradılan sağlam mühit və tələbələrin elmə, təhsilə marağının yüksək olması, həmçinin pedaqoji kollektivin məsuliyyəti və yüksək mədəni münasibətı olmuşdur.
Daha sonra Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov və dosent Güləddin Həmzəyev çıxış edərək filialda həyata keçirilən işlərin əhəmiyyətindən, tədrisin yeni dərs ilinə hazırlığından danışaraq yeni tədris ilində professor-müəllim heyətinə uğurlar arzuladılar.
Sonda xatirə şəkli çəkdirilib.

Pin It on Pinterest