Xuraman Camalqızı

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Xuraman Camalqızı

Bu Şeir Yazmaq Deyil

Bu şeir yazmaq deyil,

Bu … eşqə tutulmaqdı !

Şəlaləyə qoşulub,

Qayadan atılmaqdı !

         ***

Bu şeir yazmaq deyil,

Duyğuların özüdü.

Əlimdə zəri qalan,

Kəpənəyin izidi.

         ***

Bu şeir yazmaq deyil,

Sevə, sevə ölməkdi,

Səssiz axan göz yaşın…

Əllərinlə silməkdi.

         ***

Bu şeir yazmaq deyil,

Qorxuları sevməkdi.

Həyacana sarılıb,

Ağlayaraq gülməkdi.

         ***

Bu şeir yazmaq deyil,

Göylərə tutunmaqdı,

Eşqlə gələn misradan…

Bir az da utanmaqdı.

         ***

Bu şeir yazmaq deyil,

Bu , şeir yazmaq deyil..

Yağışla Beraber

Menden uzaqlarda sen yene varsan,

Pencere önünde çöle baxırsan,

Kövrek üreyime, duyğularıma,

Yağışla beraber sen de yağırsan.

         ***

Yağışlı havada , tenha küçede ,

İslanmaq keçdimi bir an könülden ?

Sevgi denizinde, aylı gecede,

Bir an oğurlanaq keçen ömürden.

         ***

Senin fikirlerin çox maraqlıdı,

Yağış süzülende ne düşünürsen ?

Bağçada çiçeyin gülün üstüne,

Şehler düzülende sən üşüyürsen.

         ***

Bu yağışlı gece, bu an bizimdi,

Ara mesafeler olsa da bele.

Yağmurlar hem bizim, hem denizindi,

Ömür xeyallarda solsa da bele.

         ***

Gözümü dikirem sen geden yola,

Yağış o yollardan izimi silir.

Ümidsiz xeyalım qarmaqarışıq ,

Keçib geden iller bizimi silir ?!

Ya Rəbb ! Ürəyimi şeir yandırır

Vuruldum misranın duyğu selinə,

Bağlandım şeirin incə dilinə,

Közündə alışdım , döndüm külünə,

Ya Rəbb ! Ürəyimi şeir yandırır.

         ***

Kökləndim sarı sim dillənən yerə,

Düşüncəyə dalıb, lillənən yerə,

Sinəm alov tutub, küllənən yerə,

Ya Rəbb! Ürəyimi şeir yandırır.

         ***

Mənə qanad verən Şah misralardı,

Kövrələn gah mənəm,gah misralardı,

Ruhumdan ayrılan ah misralardı,

Ya Rəbb ! Ürəyimi şeir yandırır.

         ***

Asta çal sazını səsim duyulsun,

Bağrımın başı da sözlə oyulsun,

Alışan ürəyim yüz qat soyulsun…

Ya Rəbb ! Ürəyimi şeir yandırır.

         ***

Könlümə od vuram, varağa düşəm,

Gözəllik eşqiylə sorağa düşəm,

Yanğını söndürən bulağa düşəm,

Ya Rəbb ! Ürəyimi şeir yandırır.

         ***

Şeirdən don geyəm, rəngi allana,

Dodağımdan süzə sözlər ballana,

Yana bağrım başı , oda qalana …

Ya Rəbb ! Üyimi şeir yandırır.

Göyneyende Sökülürem

Hər xatirə bir sızıltı,

Göynəyəndə sökülürəm.

Qəm dəftərim, kövrəlmişəm,

Yenə sənə tökülürəm.

         ***

İlham pərim qəmi sevir ,

Eşq anını –dəmi səvir,

Taleyə bax- kəmi sevir,

Yalnızlığa bükülürəm.

         ***

Şeir toxumun tuturam,

Yığıb içime atıram,

Bu düşüncəylə yatıram,

Gecə yarı dikilirəm.

         ***

Köklənirəm söz dünyamda,

Məndən qalsa iz ,dünyamda ,

Səni tapsam öz dünyamda

Öz dünyama çəkilirəm.

Elə şeirlər var

Elə şeirlər var yazılmayacaq,

Könlümdə əbədi saxlayacağam.

Kövrək duyğuları, şirin əzabı…

Səni xatırlayıb ağlayacağam.

         ***

Ruhum izin vermir adını yazım,

Üstümə tökdüyn odunu yazım,

Yalnız buraxdığın qadını yazım,

Qəlbimin qapısın bağlayacağam.

         ***

Danışsam sehrini itirər deyə,

Duyduğum ətrini itirər deyə,

Yaddaşım xətrini itirər deyə,

Səni ürəyimdə saxlayacağam.

         ***

Sənli xatirəni sənsiz anacam,

Gizlin odlanacam, səssiz yanacam.

Yenə mənimləsən… elə sanacam,

Ağır imtahandı, yoxlayacağam.

Bu nə eşqdir

 Darıxanda  ürəyimə  sözüm keçmir,

Alovundan kül oluram,közüm keçmir,

Səbir məni yola verir , dözüm , keçmir,

Bu dünyanı kim yaradıb..? Bu nə eşqdir..?!

         ***

Onsuz sanki dünya boşdu , dünya heçdi.

Səni sənsiz düşünürəm, mənim  kimi,

Gözlərini düşünürəm könlüm kimi,

Həyatımı düşünürəm ömrüm kmi

         ***

Dəyərin  bil, bir də gördün gəldi   keçdi,

Bu dünyanı  kim yaradıb, bu nə eşqdir..?!

Başqa nədə məna gördün , danış insan?!

Bu kövrəlmiş həyatına alış insan,

         ***

Keç aynanın qarşısına soruş insan,

 Əzab  dolu o  yolları necə keçdin ?

Bu dünyanı  kim  yaradıb, bu nə eşqdir..?

Vətən məhəbbətin oyatdı anam

Bir qucaq çiçəyi belinə aldı,

Laçın dağlarına qayıtdı anam.

Ən gözəl geyimin əyninə aldı,

Gözəl xatirələr oyatdı anam.

         ***

Yanında balaca qız balası var,

Sevib , böyütdüyü su sonası var.

Qəlbində Laçın tək bir yarası var,

Yol çekən gözlərin saraltdı anam.

         ***

Bu ”yükü” çiynindən alaydım ana ,

Səninlə dağlara varaydım ana .

Doğma evimizdə qalaydım ana..

Vəten məhəbbətin oyatdı anam.

Pin It on Pinterest