GenelGüncel

Xoşbəxtlik Aksiomu

                                                 Xoşbəxtlik Aksiomu

  • Yenə gəlmisən?
  • Eynən, yenə buradayam.
  • Nədən belə edirsən?
  • Nə edirəm? – biraz susaraq ətrafa nəzər etdim – fikrimcə etdiyim hər şey doğrudur.
  • Bəlkə fikrində yanılırsan, əzizim?
  • İnanmıram belə bir hal olsun – deyərək qətiyyətlə bildirdim.
  • Dünyada çox insan var, mütləq sənin də ürəyinə yatan biri olacaqdır. Buna inan..
  • İnsanlar çoxdur, amma heç biri əksim deyil, anlayırsan məni? – sualını verərək ayağa qalxdım və qarşımdakı dalğalı dənizə tərəf bir necə addım atdım.
  • Öz əksini istəyirsən, eynilə sən olsun?
  • Əlbəttə, yalnız o zaman düzgünlük ola bilər.
  • Hansı düzgünlükdən danışırsan? Anlamadım.
  • Əllərimi cibimə salaraq gözlərimi dəniz dalğalarına həvalə edərək – xoşbəxtlik nədir?
  • Sevinc dolu olmaq, həzz verən həyat deməkdir.
  • Yox, mən xoşbəxtlik üçün nə gərəklidir, onu sual etdim.
  • Sükuta qərq olaraq – hər şəxsə görə dəyişən anlayışdır – dedi.
  • Bəs aksiomu nədir?
  • Nədir?
  • İnam – dərin nəfəs alaraq dənizin qoxusunu içimə çəkdim – inam olmasa xoşbəxtlik sadəcə şərti hal olaraq qalacaqdır.
  • Öz əksini ona görə axtarırsan?
  • Aha, eynilə. Yalnız özümə güvənə bilirəm çünki…
  • Nədən elə düşünürsən, güvənilən insanlar da az deyil axı..
  • Demədim ki, yoxdur. Xeyr, dürüst insanlar var, amma mən 100 faizdən söz edirəm.
  • Nəyin 100 faizi?
  • Xoşbəxtliyin – deyərək üzümü ona sarı çevirərək – mən ancaq sənə baxaraq 100 faiz xoşbəxt ola bilirəm.
  • Nədən mən?
  • Yenidən dənizə sarı çevrildim – çünki sənə baxdıqda tək özümü görürəm bu sonsuz aləmdə..
  • Özünlə olursan, xoşbəxt olursan mənimlə?
  • Tam yerində dedin, çünki mən səninlə tənha oluram. Anlamsız amillər üzündən küsən, bir-birinin xətrinə dəyən, arxasından işlər görən insanları görmürəm. Bir qarış torpaq üzərində qan axıdan atılan bomba və güllələrin səslərini eşitmirəm. Yalnız səninlə olduqda egosunu təxmin edən insancıqlardan tam kənar oluram.
  • Xoşbəxt olursanmı bəs?
  • Əlbəttə, yaxşı ki, varsan. Əziz Tənhalıq…

Müəllif:

yazıçı və Astrobios nəzəriyyəsinin

 fərziyyə və fəlsəfəsinin müəllifi                                               Məhəmməd Kərimov

Pin It on Pinterest