“Xocalı Soyqırımını Təəssüflə Xatırlayıram Bu Soyqırımı Bəşəriyyət Tarixinə Qara Ləkədir.. 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 

Hörmətli cənab Prezident, 

“Xocalı Soyqırımını Təəssüflə Xatırlayıram Bu Soyqırımı Bəşəriyyət Tarixinə Qara Ləkədir.. 

Ermənilərin  bəşər tarixindəki ən qanlı faciələrdən birini törətməsindən  30 il ötür. Hər bir azərbaycanlı bu dəhşətli  qətliamın dünyada tanıdılmasında fəal  iştirak etməli, ermənilərin bu vəhşiliyi barədə  beynəlxalq  ictimaiyyətə müfəssəl məlumat verməlidir. Çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün huquqi və siyasi qiymətini alsın. 

Bu, Azərbaycan xalqına və bəşər övladına, insanlığa və bütün mənəvi prinsiplərə qarşı törədilmiş vəhşiliyin, cinayətin, bir sözlə, soyqırımının 30 illiyidir. 

30 ildir “Xocalıya ədalət” istədik, 30 ildir Xocalıda törədilmiş dəhşətləri göstərdik. 30 ildir dünyaya car çəkdik ki, dinc əhali yalnız   etnik mənsubiyyətinə görə qətlə yetirilib!  

Amma dünyanın misli görünməmiş bu vəhşətə reaksiyasını da gördük. Nəticədə yalnız insanlığa qarşı törədilmiş cinayətə şərik çıxan biganəliyin şahidi olduq. Azərbaycan indi də dünyanın laqeydliyi ilə üz-üzə dayanmışıq. Erməni terrorçu ordusunun törətdiyi soyqırımına səssiz qalan dünya! Beynəlxalq hüquqlar işləməyənə qədər, günahkarlar cəza çəkməyənə qədər bu vəhşiliklər bitməyəcək. 

 Azərbaycan xalqı Müzəffər İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçısını darmadağın etdi davasında qalib, işğalçı Ermənistan isə məğlub oldu.  

Odur ki, Ermənistan bundan sonrakı mərhələdə 30 il ərzində Azərbaycan xalqına qarşı işlədiyi bütün cinayət əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Xüsusən də beynəlxalq cinayət kimi qəbul olunan 20-ci əsrin ən qanlı faciəsi Xocalı soyqırımını törədən tərəf olaraq cavab verməlidir. Çünki aradan 28 il keçməsinə baxmayaraq Xocalı qətliamını törədənlər hələ də qanun qarşısında cəzalandırılmayıblar. 

Xocalı soyqırımı kimi faciələrin bir daha yaşanmaması ümidi ilə ! 

“Biz Suriya türkləri olaraq Bəşəriyyətə qarşı törədilən bu Xocalı soyqırımı və cinayətini unutmamışıq və unutmayacağıq!”. 

Allah şəhidlərimizə rəhmət eləsin.  

Xocalıya ədalət tələb edirik! 

Dr. Muxtar Fatih BƏYDİLİ 

Suriya Türkmən Həkimlər Dərnəyi sədri” 

Türkiye İzmir 

Pin It on Pinterest