Xalqa sədaqətli xidmət nümunəsi və yaxud 9 il bundan əvvəl adını çəkmədiyim nazirə ad günü münasibətilə göndərdiyim təbrik məktubu
Hörmətli nazir, salam! Ad gününüzü ürəkdən təbrik edir, Sizə arzularınız qədər yaşayıb-yaratmağı, xalqın daha da yaxşı maariflənməsi yolunda böyük uğurlar arzulayırfm.
Hörmətli nazir, mən Sizin təqdimatınızla Azərbaycan Respublikasının ümummili lideri Hedər Əliyevin 18 mart 2000-ci il tarixli FƏRMANI ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşəm.”Azərbaycan məktəbi” jurnalında məsul katib işlədiyim 2 ilərzində Nazirliyin Fəxri Fərmanı ilə təltif olunmuşam. 3 illik gərgin mübarizədən sonra “Ən yaxşı müəllim ” adına layiq görülmüşəm. Maarif məsələlərinə,pedaqoji mətbuata, məktəb vədərslik tarinxinə aid yazıl150-dən artıq elmi, elmi -kütləvi məqaləm Azərbaycanın və Türkiyənin elmi jurnallarında aparıcı mətbuatında çap olunmuşdur. Müxtəlif illərdə”Azərbaycan məktəbi”, “Azərbaycan, “,Kurikulum”, “Sənətkar ” kimi aparıcı mətbuat orqanlarında çap olunmuşdur.
Qazandığım hər bir uğurlu işimdə daim Sizin xeyir-duanızı görmüş və fəxr etmişəm. Azərbacan-Türkiyə maarifi sahəsindəki işlərim Türkiyənin HALDUN CEZAYİRLİOĞLU Kolleksiyonu tərəfindən təqdir olunmuş, Sizə —mənim bu sahədəki xidmətimə görə Azərbaycan və Türkiyə müəllimlərinə görk olmaqdan ötrü —-təşəkkür məktubu göndərilmişdir.
Hörmətli nazir, hər bir yubiley, hər bir adi yaş günü insanın cəmiyyət qarçısinda verdiyi hesabatdır. Siz əliniz qələm tutandan- birinci sinifdən cəmiyyət qarşısında uğurlu hesabatlarla çıxış edirsiniz.
Nazirliyə göndərilən hər bir məktub kimi, mənim bu təbrik məktubumun da uzun müddət təhsil arxivində qalacağına inanıram. Mən əminəm ki, yüz ildən sonra da bu məktubdakı fikirlər Azərbaycan təhsilinə verilən qiymət kimi dəyərləndiriləcəkdir.
Hörmətlə,
Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının Əməkdar müəllimi.