Xalqa sədaqətli xidmət nümunəsi və yaxud 9 il bundan əvvəl adını çəkmədiyim nazirə ad günü münasibətilə göndərdiyim təbrik məktubu

 Hörmətli nazir, salam! Ad gününüzü ürəkdən təbrik edir, Sizə arzularınız qədər yaşayıb-yaratmağı, xalqın  daha da  yaxşı maariflənməsi  yolunda   böyük uğurlar arzulayırfm.

   Hörmətli nazir, mən Sizin təqdimatınızla   Azərbaycan Respublikasının ümummili lideri Hedər Əliyevin 18 mart 2000-ci il tarixli      FƏRMANI    ilə    Azərbaycan Respublikasının Əməkdar müəllimi  adına layiq görülmüşəm.”Azərbaycan məktəbi” jurnalında məsul katib işlədiyim 2 ilərzində Nazirliyin Fəxri Fərmanı ilə təltif olunmuşam. 3 illik gərgin mübarizədən sonra “Ən yaxşı müəllim ” adına  layiq görülmüşəm. Maarif məsələlərinə,pedaqoji mətbuata, məktəb vədərslik tarinxinə aid yazıl150-dən artıq elmi, elmi -kütləvi məqaləm  Azərbaycanın və Türkiyənin  elmi jurnallarında   aparıcı mətbuatında  çap olunmuşdur.  Müxtəlif illərdə”Azərbaycan məktəbi”, “Azərbaycan,     “,Kurikulum”, “Sənətkar ” kimi aparıcı mətbuat orqanlarında çap olunmuşdur.
  Qazandığım hər bir uğurlu işimdə daim Sizin xeyir-duanızı görmüş və fəxr etmişəm. Azərbacan-Türkiyə maarifi sahəsindəki işlərim    Türkiyənin HALDUN  CEZAYİRLİOĞLU Kolleksiyonu   tərəfindən təqdir olunmuş,    Sizə —mənim bu sahədəki xidmətimə görə Azərbaycan və Türkiyə  müəllimlərinə görk olmaqdan  ötrü —-təşəkkür məktubu göndərilmişdir.
    Hörmətli nazir, hər bir yubiley, hər bir adi yaş günü  insanın cəmiyyət qarçısinda verdiyi hesabatdır. Siz əliniz qələm tutandan- birinci sinifdən  cəmiyyət qarşısında uğurlu hesabatlarla  çıxış edirsiniz.

  Nazirliyə göndərilən hər bir məktub kimi,  mənim bu təbrik məktubumun da uzun müddət   təhsil arxivində qalacağına inanıram. Mən əminəm ki, yüz ildən sonra da bu məktubdakı fikirlər Azərbaycan  təhsilinə verilən qiymət kimi dəyərləndiriləcəkdir.

 Hörmətlə,

 Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının Əməkdar müəllimi.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest