GenelGüncelKültür Sanat

Vüqar Əhməd

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Vüqar Əhməd

ŞUŞANIN DAĞLARI BAŞI  VÜQARLI

Şuşanın dağları deyil dumanlı,

İndi bu dağlarım şahdı, sultandı,
İndi gözəl Şuşa Azərbaycandı,
Şuşanın dağları başı vüqarlı!

                    ***

İndi çəkilibdir dumanı, çəni,

Xarı bülbül dolu çölü, çəməni,
Şuşa başdan- başa  uca səməni,
Şuşanın dağları başı vüqarlı.

                     ***

Yenə havalanır sədası Xanın,
Ruhu şad İbrahim, həm Pənah Xanın,

Bu şəhər ruhudur Azərbaycanın,
Şuşanın dağları başı vüqarlı.

                  ***

Dəmir yumruq verdi Şuşanı bizə,
Bir sevinc gətirdi ellərimizə,
Zəfər sözü gəldi dillərimizə,
Şuşanın dağları başı vüqarlı.

                      ***

Qəm kədər əlindən şəhər dərd çəkdi,

30 il ağladı , göz yaşı tökdü,
Həsrətdən qəlblərdə çox qubar əkdi,
Şuşanın dağları başı vüqarlı.
                      ***

Şəhidin, qazinin qanı töküldü,
Düşmən birdəfəlik itdi, əkildi,
İndi bu şəhərə yollar çəkildi,
Şuşanın dağları başı vüqarlı.
                        ***

Şuşa şadlığından necə sevinir,
Qırmızı qoftaya baxıb öyünür,
Gündüz- gecə yaşıl tuman geyinir,
Şuşanın dağları başı dumanlı.
                        ***

Vüqarlı bir xalqın yurdu vüqarlı ,
Qələbə qazanmış ordu vüqarlı,

Şuşa muğam, kaman, tardı, Vüqardı,

Şuşanın dağları başı dumanlı.

06.10.2021

AZƏRBAYCAN BAYRAĞI

Ən əziz, ən müqəddəsdir,

Yenilməzdir türk bayrağı.

Dalğalandı, nəfəs kəsdi,

Danılmazdır türk bayrağı.

                 ***

Üç rəngli bir röyası var,

Dünyada türk dünyası var.

Milli himni, havası var.

Azərbaycan bayrağının.

                  ***

Yüksəlib, enməz, alovu sönməz,

Savaşda geri dönməz-Azərbaycan bayrağı.

Ulu öndər yadigarı,

Azadlığa etibarlı,

Qəhrəmanlıq misraları,

Səndə yaşar türk bayrağı.

VƏTƏNİMİ QORUMAĞA

Ölkəmin bir bucağından,

İsti ata ocağından,

Yaxınların qucağından

Ayri düşdüm, ər olmağa,

Bu Vətəni qorumağa.

              ***

Sola döndüm, döndüm sağa,

Yol vermərəm yad qonağa,

Yaş düşməsin bir yanağa,

Son qoyaraq ağlamağa,

Bu Vətəni qorumağa.

                 ***

Sərkərdəmiz versə fərman,

Biz hazırıq hər gün, hər an,

Andımızdır bayraq, Quran,

Haydı, gedək Qarabağa,

Bu Vətəni qorumağa.

            ***

Düşmüşük biz dil-dodağa,

Dava neçə il qadağa.

Rəhbər desə: – kim qabağa!

Ana, bacı, millət gedər,

Bu Vətəni qorumağa.

               ***

İlham ilə, cəsarətlə,

Mərdlik ilə, cəsarətlə,

Allahıma ibadətlə,

Allah-deyib, marş irəli,

Bu Vətəni qorumağa.

                ***

İgidlər cərgə-cərgədi,

Azərbaycan bir ləşkərdi,

Vüqar Əhməd bir əsgərdi,

Siyahıya onu da yaz,

Bu Vətəni qorumağa.

30.04.2007

CƏNNƏT QARABAĞ

Ağdamım, Laçınım, Füzulim mənim,

Ləhcəsi şəkərdən şirinim mənim.

Ləhcəsi şirindən  şirinim mənim,

Dərdlərin qəlbimə çəkib dağ mənim.

                    ***

Həsrət qalıb ağlar gözüm üzünə,

Nəğmə qoşdum bayatına, sözünə.

Əlim çatmır əsir Cıdır düzünə,

Nəmli yanaq, cənnət məkan Qarabağ.

                 ***

Elimin şaxtadan doğan yazısan,

Vətənin nur saçan dan ulduzusan.

Qarabağ maralı, elin qızısan,

Elin sənə dayaq, cənnət Qarabağ.

                      ***

Üzeyir vətəni şən Ağcabədi,

Öz elimdi Qarabağım əbədi.

Cəbrayıl, Tərtəri görənlər dedi:

Elin sənə dayaq cənnət Qarabağ.

AZƏRBAYCAN

Tarixi qədimdir milyon il öncə,

Oğulllar cəngavər, qızları incə.

Dünya şöhrətlidir Bakıyla, Gəncə,

Azərbaycan elim, doğma Vətənim.

                     ***

Neft qoxuyan gözəl güldü Abşeron,

Torpağı qızıldır olsa da şoran.

Vətən torpağıdır Mil, Muğan, Aran,

Azərbaycan elim, doğma Vətənim.

                      ***

Qızların başında lahıc örpəyi,

Süfrədə dad verir dağlı çörəyi,

Lənkəran neməti, talış xörəyi

Azərbaycan elim, doğma Vətənim.

                      ***

Torpağı qədimdi, bilinmir yaşı,

Canlı bir tarixdir hər dağı, daşı,

Sonu qələbədir türkün savaşı,

Azərbaycan elim, doğma Vətənim.

                       ***

Ərdəbil, Urmiya, Astara, Təbriz,

Borçalı torpağı canımdan əziz,

Şəkinin ləhcəsi ləzizdən ləziz,

Azərbaycan elim, doğma Vətənim.

                       ***

Adını eşitcək söylədim mən can,

Bir ucu Dərbənddi, bir ucu Zəncan,

Oğlu var Günəş tək ərzə nur saçan,

Azərbaycan elim, doğma Vətənim.

QARABAĞDAYAM


Şuşanı yuxumda gördüm dün gecə,
Şəhərim bərbaddı ilahi necə,
Gecəykən röyada gündüz, həm gecə,
Cənnət bağındayam-Qarabağdayam,
Ürəyi yaralı Qarabağdayam.
Bu əllər qovacaq burdan yağını,
Səngər eyləyəcək Ağrı dağını,
Geri qaytaracaq Qarabağımı,
Cənnət bağındayam-Qarabağdayam,
Ürəyi yaralı Qarabağdayam.
Ağ atlı oğlanam-nağıllardayam,
Ər oğul-nər oğul oğullarlayam,
Nə qədər qan içrə boğulmaqdayam,
Cənnət bağındayam-Qarabağdayam,
Ürəyi yaralı Qarabağdayam.
Yuxuma girmişdi Kəlbəcər-Laçın,
Yuxuma girmişdi bir milyon qaçqın,
Ay Allah bu dərdi mən kimə açım?
Cənnət bağındayam-Qarabağdayam
Ürəyi yaralı Qarabağdayam…

QARABAĞDAYAM

(öz şeirimə nəzirə)

Şuşanı yuxumda gördüm dün gecə,
Şəhərim gözəldi ilahi necə,
Gecəykən röyada gündüz, həm gecə,
Cənnət bağındayam-Qarabağdayam,
Qələbə ətirli Qarabağdayam.
Bu əllər it kimi qovur yağını,
Səngər eylədik biz Ağrı dağını,
Geri qaytarırıq Qarabağımı,
Cənnət bağındayam-Qarabağdayam,
Qələbə ətirli Qarabağdayam.
Ağ atlı oğlanam-nağıllardayam,
Ər oğul-nər oğul oğullarlayam,
Cıdır düzü, İsa bulagındayam,
Cənnət bağındayam-Qarabağdayam,
Qələbə ətirli Qarabağdayam.
Yuxuma girmişdi Kəlbəcər-Laçın,
Yuxuma girmişdi bir milyon qaçqın,
Daha olmayacaq
nə köckün , qaçqın,
Cənnət bağındayam-Qarabağdayam,
Qələbə ətirli Qarabağdayam.
Ata nəsihəti bu gün çin oldu,
Qayıtdı Şuşamız, gözəl gün oldu,
Qönçə arzularım, açdı gül oldu,
Cənnət bağındayam, Qarabağdayam,
Qələbə ətirli Qarabağdayam,
Bir kərə yüksəldi,enməz bayrağım,
Şuşa bayatımdır, Şuşa muğamım,
İlham Heydər oğlu- səndin gümanım,
100 illik Qələbə gətirdin bizə,
Səadət bəxş etdin ellərimizə.
Cənnət bağındayam, Qarabagdayam,
Azərbaycan adlı Qarabağdayam!!!

8.11.2020

AZƏRBAYCAN, AZƏRBAYCAN



Yağmurludur qışım, yazım,
Qəmli çalır telli sazım,
Bayrağımdı canamazım,
Həm gülərdi,həm ağlayan,
Azərbaycan,Azərbaycan
Biz Məcnunuq olsa Leyli,
Ona saldıq mehri-meyli,
Quzeylidi,Güneylidi,
Qarabağçün saç ağardan,
Azərbaycan,Azərbaycan
Havalana- havalana,
Yol gedirəm Savalana,
Dua edib Yaradana,
Təbrizimə deyirəm -“can”,
Azərbaycan,Azərbaycan
Savaşlarda yaralandı,
Torpaqları paralandı,
Iki yerə aralandı,
Bir olacaq görən haçan?
Azərbaycan,Azərbaycan
Altmış milyon soydaşımız,
Azər türkü qardaşımız,
Ayrı düşüb göz yaşımız,
Göydə Allah, yerdə ” Quran ” ,
Qələbə çal Azərbaycan !

ŞƏHİD GENERAL POLAD HƏŞİMOVUN XATİRƏSİNƏ

Şəhidoldu el uğrunda bir paşa,

Candan keçdi İlqar ilə o qoşa,

Behiştdəsən, ölməmisən! SƏN YAŞA!!!

Polad iradəli, ay Polad paşam.

                       ****

Sənin ölümünə ellər ağlayır,

Çiçəklər ağlayır, güllər ağlayır,

Könüllər ağlayır, dillərağlayır,

Poladiradəli, ay Poladpaşam.

                       ****

Öpürəmananınyaşlıgözündən,

Balanın, – Ay Ata, deyənsözündən,

Öpürəm o məsum, nurluüzündən,

Poladiradəli, ay Poladpaşam.

                        ***

Mehdinin, Həzininyolunututdun,

Düşməninsağını, solunututdun,

Sonda,qəhrəmanım,ölümütutdun,

Poladiradəli, ay Poladpaşam.

                         ***

Gözündədünyanınmalıheçimiş,

Mübariztək el- canınıniçiymiş,

Düşmənindəbicdoğulanbicimiş,

Poladiradəli, ay Poladpaşam.

                        ***

İLHAMLA getmisəndöyüşə, cəngə,

Murdardüşmənimizheçdi, birçəngə,

Paşam,bənzəyirdinşirə, pələngə,

Poladiradəli, ay Poladpaşam.

                     ***

Halal idin, hey çəkirdinzəhməti,

Əltutardınəsgərlərəxəlvəti,

GözüyaşlıqoydunVüqarƏhmədi,

Poladiradəli, ay Poladpaşam.

QƏLƏBƏ MARŞI!

Torpaq oldu kəfənimiz,

Düşmən idi hədəfimiz,

Başa çatdı zəfərimiz,

Qələbəmiz mübarək!

                  ***

Çiçək açdı solan güllər,

Güldü Vətən, güldü ellər,

Dalğalandı qəmli göllər,

Qələbəmiz mübarək!

                   ***

Qarabağım-yurdim mənim,

Qan uddurdu ordum mənim,

Bütöv oldu məmləkətim,

Qələbəmiz mübarək!

                  ***

Baş sərkərdə verdi fərman,

Hər əsgərim bir qəhrəman,

Silkələndi dütün cahan,

Qələbəmiz mübarək!

                  ***

Ey türk oğlu, Azər oğlu,

Vətənimə günəş doğdu,

Ey İlhamım Heydər oğlu,

Qələbəmiz mübarək!

ALİ BAŞ KOMANDANIM!

Zəfərlərin səs salır bütün dünya, cahana,

Səni əmanət etdik, biz Allaha, Qurana,

Böyük qardas deyirsən sən abin Ərdoğana,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

                             ***

Düz 30 il səbirlə biz qələbə gözlədik,

Kim deyər ki, həsrətdən, ayrılıqdan bezmədik,

Nəhayət ki, işğala sükür olsun dözmədik,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

                                  ***

Zəfərləri eşitdik Başqan- sənin dilindən,

Milyon insan köçkündü obasından, elindən,

Millət ayrı düşmüşdü ” Xarı bülbül” gülündən,

Sevir Azərbaycanım – Ali Baş Komandanım!

                                  ***

Qara baxtlı Qarabağ göz yaşları tökürdü,

Vətənin  bağrı qandı, bu nisgil dağ çəkirdi,

Düşmən Xocalıda aeroport da tikirdi ,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

                                    ***

Tarixi vərəqlədim, uğurumuz az olub,

Həyatımız, ömrümüz qarlı- qışlı yaz olub,

Şuşaya həsrət qalan tar, kamanım, saz olub,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

                                ***

Vahid eyləsin Allah bu dərdli yurdumuzu ,

Çin eyləsin Tanrımız,  ən böyük arzumuzu,

Allah qorusun Sizi, müzəffər ordumuzu,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

                                   ***

QƏLƏBƏYƏ gedirik, yel kimi, cuma- cuma,

Komutan əmr verir:- Haydı keçin hücuma,

Əsgər aman verməyir, düşmən göz açıb-yuma,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

                                    ***

Xalqım dua eyləyir İlham Heydər ogluna,

Millət qəlbən inanır, igid, rəhbər oğluna,

Artıq  qəhrəman deyir, İLHAM adlı oğluna,

Sevir Azərbaycanım-Ali Baş Komandanım!

                                 ***

Səhidlərin ruhu da qələbəyə sevinir ,

Millətimin ürəyi, tam zəfərlə döyünür,

İndi dünya TÜRKLƏRİ  Sizin ilə öyünür ,

Sevir Azərbaycanım-Ali Baş Komandanım!

                            ***

Düşmən artıq can üstə, düşmənin verdiyi candır,

Bütün cahan bilir ki, Qarabağ Azərbaycandır!!!

Sayəndə Vətənimiz, qalib Azərbaycandır,

Sevir Azərbaycanım-Ali Baş Komandanım!

TORPAĞIMIZ ALINANDAN

Şəhidlərə aglayırdım,

Bir də gördüm yağış yağır,

Yağış Rəbbin göz yaşları,

Göydə Allah, yerdə də mən,

Səhidlərçin ağlayırdıq,

Ürəkləri dağlayırdıq,

Göz yaşımız selə döndü,

Bir günümüz ilə döndü,

Vətən indi gülə döndü,

Torpağımız alınandan.

And yerimiz Quran oldu,

Dərdlər bizi yoran oldu,

Vətən oğlu insan oldu,

Torpağımız alınandan.

Daha güllər solmayacaq,

Qəlbə qübar dolmayacaq,

Analar saç yolmayacaq,

Torpağımız alınandan.

Şəhid qanı varağımda,

Göz yaşları yanağımda,

Gəzdim İsa bulağında,

Torpağımız alınandan.

İlhamımız çoşub-daşır,

Bizə zəfər çox yaraşır,

Hamı Şuşadan danışır,

Torpağımız alınandan.

Qazilərə vardır hörmət,

Qazandılar şərəf, şöhrət,

Təbə gəlir Vüqar Əhməd,

Torpağımız alınandan.

24.11.2020

QARABAĞ AZƏRBAYCANDIR!

Bilməm ömrün qışıdır,

Ya çiçəkli yazıdır,

Deyirlər ki, naşıdır,

Bu yazılan yazıdır.

Mən Rəbbimdən razıyam,

Görəsən o bəs necə,

Bəndəsindən razıdır?

Düşünürəm hər gecə.

İndi dünya pərişan,

Dərddən yanıb alışan,

Vidalaşır tez çaşan,

Yox dünyaya yaraşan.

Dünya bizdən,biz ondan,

Bezirik aram-aram,

Itibdir halal-haram,

Hər şeyi allam vecə.

Necə olacaq, necə?

Nə fərqi, gündüz-gecə,

Yox oluruq beləcə,

Bax beləcə, sadəcə.

Qayıtsa da Şuşamız,

Əsirdir Xan obamız,

Bitməyibdir qovğamız,

Küsər Qarabağımız.

30 ildən sonra biz,

Oğul olduq Vətənə,

Rədd dedik yol ötənə,

Daş atana daş atdıq,

Yetmədik hər yetənə.

Zəfər- ruhun qidası,

Açıldı göy səması,

Qarabağın səfası,

Şikəstənin sədası.

Güldü ellər, obalar,

Güldü nənə, babalar,

Tüstüləndi sobalar,

Çalındı şən havalar.

Cənnətə uçdu şəhid,

Mələklər buna şahid,

Nə kafirəm, nə zahid,

Fəqət, Rəbbi sevirəm.

Heç sevmədim sərvəti,

Rəbbə dedim xəlvəti,

Tanrım söylə cahana:-

Qarabağ Azərbaycandır!!!

İlhamla Ərdoğandır!!!

22.11.2020

ŞUŞAYA QAR YAĞIR, DƏSTƏMAZ ALIR

Şuşaya qar yağır, şəhər dümağdı,

Kafir ayağının silinir izi.

Düşməni qandırdıq – burda qonaqdı,

Şəhər qəribsəyib, səsləyir bizi.

                 ***

Bu qarla dəstəmaz alır Şuşamız,

Allaha yetişir hər bir duamız,

Şəddi-şahnaz oxur o Xan babamız,

Dilində Vaqifin qoşması, sözü.

                    ***

Küsmə Xankəndindən, gözəl Şuşamız,

Xocalı, Xankəndi etibarlıdır,

Əsgəran öz doğma, qədim obamız,

“Ağ ayı” irəli qoymayır bizi.

                    ***

Xocalı Kərbəla, Məkkədir Şuşa,

Dünya bilir, vay o gündən Türk coşa,

Füzuli, Cəbrayıl-alındı qoşa,

Ağdam sevindirdi bu qəlbimizi.

                        ***

Deyirdim bu dərdi mən kimə açım,

Alındı Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcərdə yatım, gözümü açım,

Allaha biz açaq əllərimizi.

                        ***

Şuşa abdəst alır qar yağışından,

Şuşa qüsl eyləyir, Quran oxuyur,

Qarabağ çox şaddır bax, baxışından,

İlhamla-düşmənə meydan oxuyur.

                          ***

Şuşa Azərbaycan, Şuşa Qarabağ!

Göydən yağan maral gözlü qara bax.

Yağı düşmən, üzümə bax, bura bax!!!

Göydən, yerdən kəsdik nəfəsinizi.

                          ***

Bu il bu ilk qardı Şuşaya yağan,

İyirmi dördündə gələcək bura,

İki Türk başqanı İlham, Ərdoğan,

Təntənə gələcək ellərimizə.

                  ***

Qar bürüyüb hər çiçəyi, hər otu,

Əsgərlərim oynayırlar qartopu,

Deməyin ki, Vüqar yeyib dilotu,

Qarabağa hər gün deyir bir şeir,

Qarabağım, Azərbaycandır!!!-deyir.

29 noyabr 2020

Allah qoru Vətəni!

Bakı Məkkəm, Mədinəm,

Abşeron da dəfinəm,

Tarixi min qərinə,

Allah qoru Vətəni,

Dağıt, dumanı, çəni.

                 ***

Bayrağım canamazım,

Şuşada qıl namazı,

Isa bulağında mən-

alıram dəstəmazı.

Allah qoru Vətəni.

                 ***

Qonşunun üzü bəyan,

Nə abır var,nə həyan,

Türkiyəm mənə həyan,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

                    ***

Bir millət, iki dövlət,

Bu birlik zəngin sərvət,

Pakistana var hörmət,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

              ***

İrəvan hədəfimiz,

Göyçədir sədəfimiz,

Zəngəzur kələfimiz,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

                 ***

Üzə gülənimiz çox,

Arxadan atırlar ox,

Hər qonşuya güvənc yox,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

            ***

Küsüb bizdən Xocalı,

Xankəndi də yaralı,

Xarıbülbül qaralıb,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

           ***

Haylar qulum, kənizim,

Bu dünyada var izim,

Salam deyir Təbrizim,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

              ***

İgiddir ərlərimiz,

İlhamdır sərkərdəmiz,

Duada əllərimiz:

– Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

15.08.2021

AZƏRBAYCANLIYAM

Gözəl vətənimə, elə bağlıyam,
Mən Azər türküyəm, odlar oğluyam,
Bakılı, gəncəli, qarabağlıyam.
Xətai yurdunun mənəm aslanı,
Savalan dağıyam, dağa bağlıyam.
Yağı qarşısında nədən ağlayım?
Polad iradəli Mübarizəm mən,
Naxələf qonşuda etibar olmaz,
Çörək itirəndən, bizə dost olmaz.
Mən Turan elliyəm,mən türk oğluyam.
Hazıram savaşa, əlimdə silah,
Az qalıb düşməni gərək dağlıyam,
Göygölüm, Xəzərim, Kürüm, Arazım,
Abşeron, Qazaxım- qoşmam, qəzəlim.
Təbriz bayatımdır, Şuşa muğamım…
İstanbul, Naxçıvan – mənim dayağım.
Göyçə gölü həsrət- qəmli bulağım,
Tovuzda şəhid var, nəmdi yanağım.
Azərbaycan canım, sənə bağlıyam.
Bu gün nə sirvanlı, qaradağlıyam,
Lənkəran, şəkili, naxçıvanlıyam,
Bu gün fəqət həm də QARABAĞLIYAM.
Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM.

26.08.2020

VƏTƏN

Vətən nəçidir, nədir?

Ürəyimin içidir,

Vətən mənimçin nədir?

Səcdəgahdır, qiblədir.

Bu dünyanı o mənə

Cani-dildən sevdirir,

Çox şirindir, bal dadır,

Güneydə, Qarabağda,

Amma məni ağladır.

Gülənləri güldürür,

Öz qanı çox qaradır.

Türkün nərəsi gəlsə,

Ermənini öldürür.

Vətən bizimçün kimdir?

Bir loğmandır, həkimdir.

Tarımda sarı simdir,

O,muğamdı, qəzəldi,

Dünyada ən gözəldi,

Vətən hara, hardadır?

Göyçə, Borçalı, Təbriz,

Xəzər adlı göy dəniz.

Dərbənddən ta Zəncana,

Doğmadır şirin cana,

Bizim Azərbaycana.

Vətən Kürüm,Arazım,

Tar, kaman, telli sazım.

Vətən harda, haradır?

Bakı, Gəncə, Qubadır.

Bu Vətənin hər göyü,

Türk əsilli obadır.

Qarabağım, Şirvanım,

Qazaxım, Naxçıvanım,

Qəmlidi Savalanım,

Vətən bura, buradır.

Astara, Lənkərandır,

Ərdəbildir, Gilandır,

Kəlbəcər, Zəngilandır,

Vətən bura, buradır.

Boldu nefti, sərvəti,

Malı, varı, dövləti,

Vardır bir də Vətənin

Allah bizə səbr ver

Gecə-gündüz fikr eylədim,

Əhli-beytə zikr eylədim,

Allahıma şükr eylədim,

Allah bizə səbr ver.

          ***

Müəzzin verdi əzan,

Allahdır taleh yazan,

Rəcəb, Şəvval, Ramazan,

Allah bizə səbr ver.

           ***

Hayat günah, ya savab?

Suala yoxdur cavab,

Qəlbim olubdur kabab,

Allah bizə səbr ver.

               ***

Ürək dərddən dağlanıb,

Zadəganlar yağlanıb,

Basaratım bağlanıb,

Allah bizə səbr ver.

                ***

Can alır taclı bəla,

Düşürük haldan-hala,

Bütün dünya Kərbəla,

Allah bizə səbr ver.

              ***

Biri-birinə qənim,

Sızlar beytül-həzənim,

Allah olubdur qənim,

Allah bizə səbr ver.

             ***

Şəhidlərin qübarı,

Qələbənin nübarı,

Ya Rəbb hifz et Vüqarı,

Allah bizə səbr ver.

24.03.2021.

BƏXT AĞARAYDI

Bəxtim də qaraydı, saçım da qara,
Saçlarım ağardı, bəxt ağarmadı.
Deyin dərd əlindən mən gedim hara,
Saçım ağarınca, bəxt ağaraydı.
Saçlar gündən-günə bəyazlaşırdı,
Nankorlar get-gedə dayazlaşırdı,
Şeytan sırtıqlaşır, həddi aşırdı,
Saçım ağarınca, bəxt ağaraydı.
Ağ günləri soraqlayıb qovurdum,
Səadəti mən axtarıb yoruldum,
Cavan ikən bir ağsaqqal mən oldum,
Saçım ağarınca, bəxt ağaraydı.
Oyanmazmı qara bəxtim, ay Allah,
Qismət eylə bəndələrə xoş sabah.

Mən nə acam, nə də toxam, yox tamah,
Saçım ağarınca, bəxt ağaraydı.
Səadətin yenə üzü dönübdür,
Bəlkə, elə bəxt ulduzum sönübdür.
Vüqar Əhməd bir dərvişə dönübdür,
Saçım ağarınca, bəxt ağaraydı…

RUHUMA TOXUNMAYIN

Dəyişin bədənimi, əzaları,

Verin mənə mənəvi cəzaları,

Necə ki, verirsiniz.

Yazın əleyhimə yazıları,

Necə ki yazırsınız,

Amma ruhuma toxunmayın.

                    ****

Toxunmayın ruhuma, Vətənimə,

Qıymayın qələm tutan əlimə,

Yasaq qoyma doğma ana dilimə,

Muğamımdı, nəğmələrdi, dilimdi,

Azdlığım tənha bitən gülümdü.

                   ****

Vaxt çatanda ruh ayrılar bədəndən,

Dünyasını dəyişəndən, öləndən,

Ruhum ölsə, daha pisəm öləndən,

Toxunmayın siz ruhuma,ey insan.

                   ****

Eyləməyin siz ruhumla zarafat,

Qul deyiləm mən dayanım farağat,

Mənim dərdim həm Dəclədi, həm Fərat,

İmam Hüseyn məzarına od yağır,

Müsəlmanın güzəranı çox ağır.

                    ****

Nəğmələrim, laylalarım yadlaşır,

Türk görürəm öz dilində hey çaşır,

Doğma millət bir-birilə dalaşır,

Toxunmayın ruhuma siz, a qardaş.

                      ****

Ürək açır, nəzər salsam keçmişim,

Hər ölümə, qəmli günə, matəmə,

Çox sevinir həm molla, həm keşişim,

Yanır ruhum bu işləri görəndə,

Bir “Ruhani” çaldırın siz Vüqar Əhməd öləndə…

28.04.2004

BALALARIN XƏTRİNƏ…

Acı sözü,hər zəhəri mən uddum,

Hərdən oldu haqsızlığa göz yumdum, 
Dinc oturub şər-böhtandan gen durdum,
  Balaların, balaların xətrinə…

                  ****

Vaxt var idi cəngavərdim,qəhrəman,                                                                                                                                                                                                              

Od-alovdum,qorxubilməz bir insan.
Dostlar deyir: -Gəl danışma sən “Quran”,
Balaların, balaların xətrinə…

                 ***

Dərdi, qəmi vücuduma yayıram.
Gücüm yoxdur, qəmi qəlbdən ayıram.
Yerdə qalan günlərimi sayıram,
 Balaların, balaların xətrinə…

                 ***

Əskik olmur dualarım dilimdən,
Pislik gəlmir vallah ,mənim əlimdən,
Möhlət istər ömrüm qəfil ölümdən,
Balaların, balaların xətrinə…

Qələmimlə mehr saldım zəhmətə,
Hey çəkildim kədərimlə xəlvətə.
Allah qıyma bəndən Vüqar Əhmədə,
  Balaların, balaların xətrinə…

TALE, HARA GEDİM SƏNİN ƏLİNDƏN

Tale, hara qaçım sənin əlindən?
Tale, hara gedim sənin əlindən?
Allaha dualar düşmür dilimdən,
Pislik də gəlməyir mənim əlimdən…

               ****

Haqlını əzirlər haqsız dünyada,
Xoş anlar yaşadım fəqət röyada,
Gümanım heç yoxdur çıxım yaya da,
Tale, hara gedim sənin əlindən?

                ****

Göylərə getməyə mən tələsmirəm,
Bu xəstə canımçın heç də əsmirəm,
“Şükür” – kəlməsini dildən kəsmirəm,
Tale, hara gedim sənin əlindən?

               ****

Sağ ikən ölüyük, yoxsa diriyik,
Bədbəxt bəndələrdən biz də biriyik,
Kim nə sifətdədir, vallah bilirik,
Tale, hara gedim sənin əlindən?

                  ****

Bilin, dəyişmərəm doğum yerimi,
Sevdim vətənimi, doğma dilimi,
Kimsəyə açmaram heç vaxt əlimi,
Tale, hara gedim sənin əlindən?

                   ****

Arzularım çin olmayır neyləyim,
Hamı deyir: – Danışmayım, dinməyim,
Yaddan çıxıb bir ürəkdən gülməyim,
Tale, hara gedim sənin əlindən?

                    ****

Dərdimi deməyə bir kəs də yoxdur,
Dostun atmacası zəhərli oxdur,
Halalı çox azdır, şivəni çoxdur,
Tale, hara gedim sənin əlindən?

                    ****

Allaha şükr edib, səbr dilədim,
Məəttəl qalıram, necə ölmədim,
Bəlkə də ölmüşəm, özüm bilmədim,
Tale, hara gedim sənin əlindən?

                    ****

Deməyin kədərdən ruhum bezməyir?
Əvvəl – axır cismim kəfən gözləyir,
Məmurun zülmünə qəlbim dözməyir,
Tale, hara gedim sənin əlindən?

                     ****

Ömür boyu hey çəkirəm zəhməti,
Allahımla dərdləşirəm xəlvəti,
Ya Rəbbim, hifz eylə Vüqar Əhmədi,
Tale, hara gedim sənin əlindən?

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest