Uzaq ol – Elsevər Hüseynoğlu

Uzaq ol

Qapıları xeyirə aç,
Şərdən uzaq ol, uzaq ol!
Tək tuşlanan sapand ola,
Tirdən uzaq ol, uzaq ol!

Sevməmişəm söz kəsəni,
Qorxudan tir-tir əsəni,
Yağan yağış yusun səni,
Kirdən uzaq ol, uzaq ol!

Qiybətçidir söz ötürən,
Qəlbini yeyib bitirən,
Səni qəbirə götürən,
Sirdən uzaq ol, uzaq ol!

Qandal vurma düz adama,
Gər dəyirsə yüz adama,
Həyalı, xoş üz adama..
Hürdən uzaq ol, uzaq ol!

Şirkə, bütə tapma bala,
Acılama, qapma bala,
Boşboğazlıq yapma bala,
Pirdən uzaq ol, uzaq ol!

Elsevər Hüseynoğlu
Bakı – 23/10/2021

Pin It on Pinterest