GenelGüncelKültür Sanat

Ümummilli lider Heydər Əliyev

Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncinin gözü ilə

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”

 Ümummilli lider Heydər Əliyev

Müasir dünya siyasətində  aprıcı mövqeyə sahib olan ölkələrə nəzər salsaq o dövlətin inkişafında bir sıra sahələr kimi, gənclərin də aparıcı rol oynadığının şahidi oluruq.Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin əsasını əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər, müstəqillik, dövlətçilik, azadlıq ənənəsi və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsi təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu Azərbaycana Respublikasına istər sovet dövründə, istərsə də müstəqillikdövrlərində rəhbərliyinin Ulu Öndər bütün sağlam, intellektual gəncliyin, milli dövlətçiliyimizə, eyni zamandaAzərbaycan dövlətinə sahib dura biləcək gənc nəslin yetişməsinə xidmət edirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənc nəslə diqqət və qayğı Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 26 iyul1994-cü il tarixli, 179 saylı fərmanı ilə  yaradılmış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək, uğurla həyata keçirməyə başlamışdır.

O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülüb. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyaraq deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  7 mart 2018-ci il tarixli, 826 saylı fərmanı ilə Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklindəmaliyyələşdirilməsini təmin edən Azərbaycan Respublikasının Gənclər Fondunun yaradılması da  dövlətimiz bir daha biz gənclərə dəstəyinin bariz nümunəsidir.

Ümummilli liderimiz  Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq ümummilli liderimiz  Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsi özünü müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafındagöstərməkdədir.

Beləliklə, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bugünün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz  gənclikdir. Əminliklə deyə bilərik ki, müasir Azərbaycan  gəncliyi dövlət başçısının apardığı daxili və xarici siyasəti, ordu quruculuğu,iqtisadi, sosial, mədəniyyət, gənclər və s.sahəsindəki siyasi fəaliyyətini birmənalı olaraq dəstəkləyir.

Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun, Azərbaycan xalqının və  gənclərinin birliyinəticəsində torpaqlarımız təcavüzkar Ermənistan işğalından azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstətdikləri şücayətdən geniş danışmış, onların vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirmişdir.  Bununla bağlı Azərbaycan Respublikasının Prezuidenti İlham Əliyev qeyd etmişdir ki, “Həqiqətən də bu illər ərzində vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz bir addım belə geri çəkilməyərək 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Əslində gənclərimiz bütün dövrlərdə dövlətə və millətə sahib çıxmış, torpaqlarımız və istiqlalımız uğrunda şəhid olaraq ölkəmizin inkişafına önəmli töhfələr vermişlər. 2020-ci ildə isə bu vətənpərvərlik, qəhrəmanlıq nümunələri özünün pik həddinə çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı. Ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Onlar bizim qürur mənbəyimizdir”.

Mən əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrlərdə də Azərbaycanının inkişafı üçün əlindən gələni edəcək və ümummilli liderin siyasi kurusnun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim ki, işğal altında olan torpaqlarımızın azad olumasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin məzunlarıdır.

Nitqimi Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan gəncləri haqqında söylədiyi fikirlə tamamlamaq istəyirəm. Ulu öndərimiz Heydər gənclərə xitabən deyirdi: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” 

ADU-nun tələbəsi, gənc könüllü

Səma Vahabzadə

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest