Üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Paşanın qəzəlinə nəzirə yazan Azərbaycan şairi S.Ə.Şirvani
Görkəmli Azərbaycn şairi Əzim Şirvaninin (1835-1888) “Ey bülbül” rədifli iki qəzəli var.Bunlardan biri Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziyayi-Qafqasiyyə” qəzetinin28 may 1882-ci il tarixli 18 -ci nömrəsində, ikincisi isə 1883-ci il yanvarın 31-də dənəşrə başlayan “Kəşkül”də dərc olunub.
Bu qəzəl müxtəlif vaxtlarda üç dəfə Türkiyədə maarif naziri olanMünif Paşanın Türkiyə ədəbi mühitində özünə şərəfli yer tutan”Nazineyi-övraq” dərgisinin 1881-ci ildə keçirdiyi şeir müsabiqsində iknci yer tutanqəzəlinə nəzirə kimi yazılsa da,əslində, bu,heç də nəzirə, paradiya deyil.Bu qəzəli heç bir vəchlə epiqonçu şeirə aid etmək olmaz.
S.Ə.Şirvaninin bu qəzəlindəki Bülbül də,Gül də metaforik obrazlardır.
Seyid Əzim “Bülbül” deyəndə gözəl,incə mətləbli söz ustadı,özünün məslək və əqidə dostu Səid Ünsizadəni, “Güi” deyəndə isə onun başçılıq etdiyi “Ziya” qəzetini nəzərdə tutur, söz içində sözdeyir, nə deyirsə,düz deyir,Ezop manerasından, simvolik vasitələrdən -rəmzlərdən istifadə edirdi. Məsələ burasındadır ki, bu qəzəl yazılan vaxtlarda “Ziya” qəzeti ciddi abunə çətnlikləti iləüzləmişdi.Azərbaycan dlində olan yeganə mətbuatın “Əkinçi”dən sonrakı inkişafı hakim dairələrindəözünə isti yuva salmış bəzi məmurları da, onlara bu işdə vasitəçilik edən bəzi bədxahları da yamannarahat edirdı.Səid Ünsizadə hələ Şamaxıda qazı və dini idarənin başçısı işləyərkən Bakı qubernatoruD.Staroselski ilə səmimi dostluq münasibətləri yaratmışdı.D.Staroselski “Əkninçi”yə göstərdiyiqayğını “Ziya”yadan da əsigəmirdi.Lakin Ziya qəzetinin qısa bir zamanda türk dünyasındayayılması,onun yayım çoğrafiyasını genişlənməsi Qafqazın rusdilli mətbuatında da,senzorluq iddiasında olan bəzi vəzifəpərəstlərdə də çaşqınlıq yaratmışdı.Tiflisdə rus dilində nəşrolunan Kavkaz qəzetinin üç nömrəsində “Ziya” qəzetinin bir neçə nömrəsi təftiş edilir,redaktora diletant məsləhətləri verilirdi.Bu işdə hamıdan çox fərqlənən Rusiyanın İstanbulda,Mostarda,Təbrizdə konsuluolmuş,təzəlikcə Tiflis Сanişinliyə məsul vəzifəyə təyin edilmiş ixtisasca şərqşünas olan, yüksəkdiplomantlıq təcrübəsi və məktəbi keçmiş Valerian Vladimiroviç Bezobrazov idi.O,”Kavkaz”qəzetinin18.02.1881-ci il tarixli 39-cu nəmrəsində “Ziya” qəzetinin son 5 nömrəsi haqqında polemikruhlu yazı ilə çıxış edir,türkdilli mətbuatın özünə maraqlı olan məsələlərindən söz açır.Onunməqaləsindəki fikirlər “Kavkaz”ın 1882-ci ildəki 50 (05.03.1881) və 55-ci (11.03.1881) nömrələrindədə davam etdirilir.Ziyanın yersiz hücumlara məruz qaldığı belı bir vaxtda Kırımdan İsmayıl bəy Qaspirinski “Ziya”nımüdafiə və ona kömək məqsədilə öz səsini ucaldır.İ.Qaspirinski 1881-ci ilin mayında Tiflisdə “Ziya” mətbəəsində çap etdirdiyi “TONĞUC” adlıjurnalınıda Səid Ünsizadəyə və onun naşirlik fəaliyyətinə yüksək qiymət verir.İstanbulda yüksək dövlər vəzifəsində işləyən Münif Paşa şeir müsaboiqösi yaarş keçirir və uburada13 şairinşərgəsində özü də iştirak edir.Əlbəttə,burada da əsas məqsəd türkdilli düşüncə tərzininformalaşdırılması idi. Səid Ünsizadə “Ziyayi-Qafqasiyyə” qəzetinin 1882-ci ldəki 11-ci (17.04.18820 və 12-ci (24.041882)nхmrələrində “Kavkaz”dakı müzakirələrdə iştirak edənlərdən birinin yazısının tərcüməsini oxucularla bölüşür və bundan iki həftə sonra Münif Paşanın “Ey Bülbül”ü “Ziya”da görünürMünif Paşadan sonra növbə S.Ə.Şirvaniyə çatır. Onun “Ey Bülbül” qəzəli “Ziyayi- Qagqasiyyə”qəzetinin 28.05.1882-ci il tarixli 18-ci nömrəsində Səid Ünsizadənin yönəldici bir qeydu ilə dərcolunmuşdur.
.****
S.Ə.Şirvaninin “Ey Bülbül” rədifli qəzəli
Açıbdır çöhrə güli-gülüstanın,ey bü
Nə vəchdən tutulur bəs lisanın, ey bülbül!
Gəhi dilin tutulur, gəh fəğan edirsən sən,
Nədir, bəyan eylə dərdi-nihanın, ey bülbül!
Xəzan qəmilə məgər xatirin hirasandır,(Bu söz Əsərlərdə “pərişandır” şəklindədir-N.N)Bahari-vəsldə artır fəğanın, ey bülbül!
Baharım oldu fəğan, qoy mən eyləyim nalə,
Sənin ki, döndi baharə xəzanın,ey bülbül!
Bücudeyi-Məryəmi-gülbəndə gəldi iyisi-gül,
Yəqindi tazələnir şimdi canın, ey bülbül!
Sənin zəbanələrin yandırır zəmanələri,
Əcəb ki,ol odə yanmaz zəbanın, ey bülbül!
Həzar mərtəbə şirindir nöqlü-şəkkərdən,
O Xosrovani əda dastanın, ey bülbül!
Zəman-zəman fərəhin var təbəssümi-güldən,
Xoşa bu gunə keçə hər zəmmanın, ey bülbül!
Sənin təranələrin şeirin nəzirəsidir,
Münifü xoşsüxənü-nüktədanın ,ey bülbül!
Həvayi-xar ilə sən tutmazsan qərarü şəkib,
Qızıl qəfəs ola gər aşiyanın , ey bülbül!
Qədəm gül üstünə qoymaq nədir, səzadır əgər,
Tökülsə xənçəri-xar ilə qanın, ey bülbül!
(səh.346)
Gərək ola qədəmi-yarda səri-aşiq,
Həsən degil bu rəviş dasitanın, ey bülbül!
Kitabi-güldən oxursan Rəsul mədhini sən,
Rəvadır Seyyid ola mədhxanın , ey bülbül!
(“Ziyayi-Qafqasiyyə” qəzeti.N 18. 28 .o5.1882;
S.Ə.Şirvani.Əsərləri.3 cilddə,1-cild.B.,1967.səh.346-347.)
***
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq