Kırım, sabahın xeyir… Urum, sabahın xeyir… Salam, Şamaxı , salam…

Yenə açıldı səhər…
Bakı,sabahın xeyir.

  • Gəncə,sabahın xeyir,
    Şəki,sabahın xeyir…
    Quba,sabahın xeyir,
    Oba, sabahın xeyir. 
    Təbriz, sabahın xeyir,

    Göycə,sabahın xeyir,
    Göyçay,sabahın xeyir…
    Dərbənd,sabahın xeyir,
    hər kənd,sabahın xeyir..
    .
    Kırım,sabahın xeyir,
    Urum,sabahın xeyir.
  • Salam,salam,Borçalı,
    Salam,ey türk mahalı..

    Salam,Şamaxı,salam,
    sənsiz xoşbəxt olmaram…
    Sənsən sözün meydanı…
    Sənsiz bircə günüm yox,Sən tək şəhər de,hanı?
    ***
    Ay ellərin yaxşılığa,
    ay xeyirlə açılan 
    ömrümüzün bir gününün səhəri,
    günümüzün bu günü,bu təhəri,
    xoş gəlmisən günümüzə,
    möcüzəsən,möcüzə…
    ***
    İstəyirəm
    həmişə hər günümüz
    yaxşılıqlı gün olsun…
    (Yaxşı yuxu görmüsən?
    Yaxşı yuxun çin olsun!).

    Ay Yer üzü,göy üzü,
    uzatmadan bu sözü
    qollarımı açıram,
    göstərirəm ehtiram:
    Ölkə,sabahın xeyir,
    Bakı,sabahın xeyir,
    Bölgə sabahınxeyir,
    Ay yurdun hər qarışı,
    yüz qarışı
    ,bir qarışı-
    dünyam,sabahın xeyir…
    Dünya,sabahın xeyir…
    Yaşasın bəşəriyyət,
    Yaşasın yaxşı niyyət.

    Nazim,sabahın xeyir,
    Günüm,  sabahın xeyir…

Nazim Nəsrəddinov.

Bakı,26.12.2018.

Pin It on Pinterest