Kültür Sanat

Turanın Həsrətində

Mən qəm çanağıyam ruhum yorğundur.
Girdiyim çaylar soyuq, sular durğundur.
Qəlbim qırılıbdır, gözlər qan ağlar,
Düşdüyüm durumlar içimi dağlar!

Vətən bölünübdür, parça-parçadır,
Turan ellər darda, bozqurd hardadır?
Kərkük bizim eldən uzaq düşübdür,
Dərbənd dərd əlindən büzüşübdür!

Başkeçid dağların, duman, qar alır,
Bu halı görübdə ruhum saralır.
Qarayazı yazılıb, bəxtimə qara,
Türklər bu gedişlə gedirlər hara?!

Borçalı qalıbdı gürcü əlində,
Görünür xaçları uca yerlərdə.
Çox məktəb olubdur, gürcü dilində,
Qorx ki, danışmaya Türk öz dilində!

Ey, zəbt olunmuş, gözəl İrəvan,
Yolumuz ayrılıb, olmuruq rəvan.
erməni şənlənir, çəkir kef-damaq,
Bu utanc hissiylə zordur yaşamaq!

Qarabağ başıma bağlaram qara,
Xocalı soyqırımı, çəkilsin cara!
Dözürük hələ də qan verir yara,
Bu millət yığılıb gəlməz qərara?!

Təbriz elim dumandadır, dardadır,
Turan sevərlərim görən hardadır?!
Hələ də bu farslar sizi aldadır…
Həmişə düşmənin əli qandadır.

Elsevər, sözlərin deyirsən boşa,
Burdan alıb-verirlər, girmir ki, başa,
Qazmısan quyunu çıxıbdır daşa,
Sözünü eşidən gərəkdir coşa…!!!

Elsevər Hüseynoğlu
Bakı ~ 21/10/2019

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest