GenelGüncel

TURAL CƏFƏRLİ

TURAL CƏFƏRLİ

DAD

Ölümün də öz dadı var-deyirlər,

Deyirlər ki, yaşamaqdan yorulanda-

Adamlar ölür beləcə…

Necə? Ya gecənin birində,

Ya sübhün ən gecində,

Hər necəsə, adamlar yaşamaqdan-

Yorulanda ölürmüş sən demə…

Bəs ölümün dadını-necə bilir sağ olanlar?!

Göz yaşının dadanlar, bəlkə elə bilirlər-

Ölüm də belə dadır…?!

Yoxsa  hardan bilsin axı, ölümü dadmayanlar-

Necə dadı var ölümün…?!

Mən belə də yaxşıyam…

Küçə-küçə azalıram, döngə-döngə yoruluram,

Hər gün bir az da yox oluram, bir az da itirəm hamıdan…

Əvvəl məni axtaranlar, indi heç itirmirlər,

Mən də heç soruşmuram, guya heç nə bilmirəm…

Halbuki yerim bəlli, yurdum bəlli adamam,

Nə olsun axtarmırlar, mən belə də yaxşıyam,

Başımın üstündəki qara buludla dostam,

İndi çoxdan düzəlib-

Ayağımın altında qara torpaqla aram…

Mən belə də yaxşıyam, belə də darıxmıram,

Ağacların dilindən, küləklərin halından-

Daha çox anlayıram, daha çox xəbərdaram…

Gecəni gecə kimi, səhəri səhər kimi,

Yaşayıram çox şükür, hələ ağlım getməyib,

Hələ başım qaçmayıb, mən belə də yaxşıyam-

Daha heç nə demirəm, daha heç nə yazmıram-

Özümü eşidirəm, özümü oxuyuram…

Mən belə də yaxşıyam, inan mənə qadası,

Saçlarımın ağında, üzümün qırışında-

Bir az da gözlərimdə, böyümüşəm deyəsən,

Nə olsun yad olmuşam, nə olsun özgəyəm mən,

Özüm öz işığıma, izimə kölgəyəm mən…

Mən belə də yaxşıyam, təzyiqimi ölçürəm,

Nəbzim yelləncək bilir biləyimdə damarı,

Məni it də dişləmir, məni vurmur heç arı,

Bir gileyim də yoxdu, giley edərdim barı…

Soruşsan ki necəsən, bu suala qarşıyam,

Cavabımı bilirsən, mən belə də yaxşıyam…

Küçələr

İlahi, niyə bu şəhərin küçələri

Belə  utancaq olur…?!

Kimi gözləyir belə, niyə danışmır axı,

Bu utancaq küçələri-

Payızda yağış yuyur, qışda küləklər yorur…

Kövrək baxışlarını sərir ayaq altına,

Unudulub elə bil, düşüb zalım əlinə,

Ancaq yadına düşür-

Kimsəsiz səfillərin, bir az da axmaqların…

Sual verirəm hərdən,

Niyə yanmır işığı-

Balaca mənzillərin, balaca daxmaların…?!

Hanı bu küçələrin xatirəsi, yaddaşı,

Hara atıblar görən, ayağa dəyən daşı?

Utancaq uşaq kimi, qısılıbdı bir yana,

Hələ ki, sözə baxır, hələ çıxmır sıradan,

Bu küçələr axırda bezəcəkdi hamıdan,

Bir gün yır-yığış edib, çıxacaqdı aradan…

TURAL CƏFƏRLİ
TURAL CƏFƏRLİ

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest