Genel

Tozlu Keçmiş

Bir gün hər kəs qayıdacaq tozlu, yatmış keçmişə,
Yatmış toza üfürərək mat qalacaq bu işə.

Həqiqət baş qaldırar toz-torpağın altından,
Günəş işığın saçar yerin yeddi qatından.

Peşmanlıqla nə qədər yaşayar, görən, insan?
Həyat bu qədər bəsit, yaşam bu qədər asan?

Ağlamaq-göz yaşları günahı yüngül edərmi?
Keçən zaman ziyandamı, ömür belə hədərmi?!

İnsanın aqibət, sonun getdiyi yol tamamlar,
Günahın dərk eyləməz ağlıkəmlər, avamlar.

Elsevərin dünyasında xəyal, istək doludur.
Dürüstün, mərdin yolu, Bir Tək ALLAH yoludur!

Elsevər Hüseynoğlu
Bakı ~ 26/03/2021

Pin It on Pinterest