Bulud evinin kiçik qızı

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

sema muganna
sema muganna

Səma Muğanna

Azərbaycan Yazıçılar Birliyinin üzvü

  Bulud evinin kiçik qızı

Lap uzaqlara qaçmaq istəyirəm.. Kiminləsə yox, özüm.. Bilirsiz niyə? Çünki gəlmək istəyən addımlarımı izləyib gələcək. Həyatımdakı qaranlıq keçidlər məni uzun yollara aparır. Bəzən kim olduğumu itirirəm. Yəni, “Səma kimdir?” Sualının cavabını tapa bilmirəm.  Çox maraqlıdır ki, Səma kimdir? Mən özümü tanıya bilirəm? Yox.. Yaddaşımda qalan nə varsa, silib qaçmaq istəyirəm.. Bu qaranlıq keçidlərdəki qapıların açarını belə tapmadan qaçmaq. İndi məni diqqətlə dinləyin!

Sarı, yaşıl, siyah, bəyaz və mavi qapı var. Sizcə, Səma hansı qapını seçər? Hamı deyəcək ki, mavi qapını. Əslində, hər qapının açarının bir adı var.

Sarı- “tənha qızcığazın dərin yuxusu”

Mavi- ” “Buludlarlarda yaşayan taleyi”

Bəyaz- ” 2-ci Səmanın evi”

Siyah- naməlum…

Baxın, ‘siyah qapı” naməlumdur, çünki qaranlıqdakı Səma siyahı seçib və qeyb olub. Mən 2-ci Səmanı tapmaq üçün “Bəyaz” qapıyamı addımlamalıyam? Xeyr. Bəyaz qapı səsdir. Səmanın “S”- yaşadığı açarı,  “M” – itirdiyi uşaqlıq illəri  “A”  Səmanın doğulduğu tarix. Bu saydığım kimsələrə adının hərfləri kimi görünə bilər, lakin bu, bütün sadaladığım qapıların açarlarıdır. Dediyim kimi, hər qapının açarı və adları var. Tale, yuxu  qapıları “Sarı” və “Mavi qapıların simvoludur. Mən bu 2 qapıya da yaxınlaşmadan addımlarımı “Bəyaz” qapıya yönəldirəm, amma 2-ci Səma səs göndərir ki, cavab mavi qapıda da deyil, sarı qapıdadır. Bəli, mən “dərin yuxu” xəstəliyini(insanların dilindən), lakin Səmanın dilindən desək, Səmanın doğulduğu tarixi “A” açarını axtarıram.

Cavab: Səma dərin yuxudadır, qapı sarıdır, açar isə “A”-dır. Tarix, tale, yuxu isə Səmanın yaşadığı evin ünvanıdır. “Tarix də yuxu kimi qarışıq,hiyləgərdir, lakin sadiq qalan taledir. Tale dəyişmir, dəyişdirilir”  Səma 2-ci Səmanın(doğulduğu tarixi) tapa bildiyi vaxt Bəyaz qapının yolunu, qaranlıqda gizlənən Siyah qapını tapacaq..

Pin It on Pinterest