Tofiq Fikrət, yoxsa Midhat Cemal Kuntay ?
Tofiq Fikrət, yoxsa Midhat Cemal Kuntay?
Sizinlə 130 il bundan əvvəl dünyaya gələn türk yazar, şair və hüquqçusu Midhat Cəmal Kuntay (1885, İstanbul – 30 Mart 1956, İstanbul) haqqında söhbətləşmək istəyirəm.
Bayrakları bayrak yapan üstündəki kandır,
Toprak, eğer uğrunda ölen varsa, vatandır!
Bu misraları türk dünyasının bütün işıqlı fikir adamları atalar sözü məqamında işlədir. Bəlkə də dünyada torpağa , onun müqəddəsliyinə,doğmalığına verilən ən doğru, ən mötəbər qiymətdir. Bu misralar görkəmli türk şairi Midhat Cemal Kuntayın 13 beytlik “On beş yılı karşılarken” adlı lirik məsnəvisinin sonuncu beyitidir.
“On beş yılı karşılarken” şeirini orta məkəb dərsliklərində səhvən Midhat Cemal Kuntayın yaxın dostu Tofiq Fikrətə aid edirlər. Bu şeiri Atatürkə, M.Ə.Rəsulzadəyə aid edənlər də var.
Sizlərə təqdim olunan bu yazının yazılmasının elə bir səbəbi də, bəkə də, bu yanlışlıqları aradan qaldırmaqdır.
***
Şeir Türkiyə Cümhuriyyətinin 15 illiyinə həsr edilmişdir. Türkiyə Cümhuriyyətinin 15 illiyinin- 29 ekim 1938 – ci ildə (29 oktyabr 1938-ci ildə ) keçirildiyini nəzərə alsaq, şeirin məhz həmin tarixi gün ərəfəsində yazıldığı məlum olur.
“On beş yılı karşılarken” şeiri Midhat Cemal Kuntayın ən uğurlu şeirlərindəndir. İlk dəfə şairin 1945-ci ildə nəşr olunan “Türkün Şahnaməsindən” adı ilə nəşr olunan kitabına daxil edilmişdir.Yeri gəlmişkən qeyd edək ki, M.C.Kuntayın sağlığında cəmi bir şeir kitabı çap olunmuşdur. 143 səhifəlik bu kitabda şairin 82 şeiri toplanmışdır.
Midhat Kuntayın ilk mətbu şeiri “Çırçır suyu” 1901-ci ildə “Məlumat dərgisi”ndə çap
olunmuşdur. Sonralar “Sirat-i Müstakim dergisi” və “Tərcümani- Hakikat” qəzetəsində əruz vəznində şeirləri dərc olunmuşdur. O, hiciv ( həcv–N.N.) türündə də lirik və epik şeirlər yazmışdır. Şeirlərində vətən və millət sevgisi əsas yer tutur.
Midhat Cemalın 1943-1944-cü illərdə “Çinaratı dərgi”sində yayımlanan son dövr şeirlərində Azərbaycan ilə ciddi ədəbi əlaqələri olan Yəhya Kamal Bayatlının təsiri aydın hiss olunur. Maraqlıdır ki, 1923- 1926 -cı illərdə Azərbaycanda müəllimlik edən türk alimləri- İsmayıl Hikmət, Xəlil Fikrət , Mühitdin Birgin və başqaları ilə Midhat Kuntayın möhkəm dostluq əlaqələri var idi. Adları sadalanan elm adamlarının ,eləcə də onların Tükyədəki əqidə və məslək dostlarının yazıları Bakı və Şəki nəşriyyatlarında çap olunan qəzet və jurnallarda müntəzəm olaraq işıqlandırılırdı. Təkcə bir faktı qeyd edək ki, 1924-cü ildə Şəkidə çap olunan “Bilgi” adı ilə çıxarlan ədəbi, fənni, ictimai , iqtisadi, tərbiyəvi məcmuədə Yəhya Kamala, Tofiq Fikrətə səxavətlə yer verilrdi.
Midhat Kuntayın mütaliə etdiyi Azərbaycan şairləri çox idi. Türkiyənin arxivlərində ciddi araşdırmalar aparılacağı təqdirdə Midhat Kuntayın — Abbas Səhhət, M.Ə.Sabir, M.Hadi, A.Şaiq ilə birbaşa və ya dolayı ədəbi əlaqələri üzə çıxa bilər.
M.Kuntaydan xeyli, düz 19 il əvvəl – 1909-cu ildə Azərbycanın görkəmli şairi Abbas Səhhət
9 beytlik “Vətən” şeirində vətən haqqında dünyanın ən gözəl sözlərini dünyaya car çəkirdi:
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir,vətənimdir, vətənim…..
Şeirin ən ünlü son iki beyti vətən haqqında o vaxta qədər heç kəsin demədiyi sözlərdir. Əlbəttə,heç kəs bu sözlərdən sonra vətən məhəbəti haqqında mübahisəyə qoşulmaq istəməzdi.
Abbas Səhhət xəbərdarlıq edirdi:
Vətən -əcdadımızın mədfənidir (dəfn yeridir),
Vətən-övladımızın məskəndir.
Vətəni sevmyən insan olmaz,
Olsa, ol səxsdə vicdan olmaz .
Midhat Kuntayın “Səttar xan” adlı şeiri də var. Tədqiqatçılar bu əsərin “Tərəqqi” qəzetində çap olunduğunu yazırlar.
*****
Midhat Cemal Kuntay 1885- 1956),onun ədəbi irsi haqqında Azərbacan oxucularına daha geniş məlumat vermək üçün sözü türk yazarlarına verirəm.
Midhat Cemal Kuntay
1885 yılında İstanbul’da dünyaya gelen Mithat Cemal, İşkodra’dan gelen bir ailenin oğludur. Babası Selim Sırrı Bey, annesi Rumeli’nin Tırhala Kasabası’ndan Samiye Hanım’dır. Henüz çocukken annesinin okuduğu Cezmi romanı ona ilk edebiyat zevkini verdi.[1] Orta öğrenimini Aksaray’daki Mekteb-i Osmaniye Rüştiye’sinde, Saint Joseph Lisesi’nde başladığı lise öğrenimini Vefa Lisesi’nde tamamladıktan sonra Mekteb-i Hukuk’tan birincilikle mezun oldu. 17 yaşındayken babasını kaybedince 10 kişilik ailesinin geçim yükünü üstüne aldı ve öğrencilik yıllarında gazetecilik, özel öğretmenlik, daha sonra avukatlık yaparak bu yükü taşımaya çalıştı.[2]
Aynı dönemde ilk şiirlerini dergi ve gazetelerde yayımladı. İleride yakın dost olacağı ve biyografisini yazacağı Mehmet Akif ile 1903 yılında tanıştı. Bu tanışma, onun sanatını ve düşüncelerini etkiledi. Padişaha jurnal edildiği için 1906’da bir süre tutuklu kaldı. Mehmet Akif’in II. Meşrutiyet’ten sonra yazdığı İstibdat adlı şiiri, bu olayın hatırasına Mithat Cemal’e ithaf edilmiştir.[3] Mehmet Akif ile birlikte yazdığı ‘Elhamra’ adlı şiiri ve ‘Acem Şahına’ adlı manzumeyi Resimli Kitap’ta yayımladı. Acem Şahı, şair olarak ününü arttırdı.rinden birisi yaptı. Osmanlı İmparatorluğu’nun yıkılış dönemini konu edinen, Üç İstanbul (1938) adlı ilk ve tek romanı ile ünlendi. Biyografi yazarlığı yönüyle de tanındı.vatanseverlikonu Türk edebiyatının en tanınmış hamaset şairle
1908 yılında kazandığı imtihan sonucu doktoraya başlayarak, hukuk idaresi dersi vermekte olan İbrahim Hakkı Paşa’nın asistanı oldu. Eğitimini tamamladığında Türkiye’de ilk hukuk doktoru ünvanını aldı. Bir süre “hukukta hitabet” dersleri verdikten sonra sınav kazanarak Adliye Nezareti Özel Kalem’ine kâtiplik görevine başladı, zamanla müdür yardımcılığına yükseldi. Kısa bir süre Birinci Hukuk Mahkemesi üyesi olarak yargıçlık yaptı.
I. Dünya Savaşı sırasında hükümetin Çanakkale Cephesi’ne gönderdiği 40 kadar şair arasında Mithat Cemal de yer aldı. Savaş yıllarında çıkartılan Harp Mecmuası’nda hamasi şiirlerini yayımladı. Milli Mücadele yıllarında da hamaset şiirleri yazmaya devam etti. 30 Ağustos Zaferi’nden sonra yazdığı ‘Vatan Hisleri’ adlı şiirinin son iki mısrası TBMM’de Mustafa Kemal tarafından okundu: Ölmez bu vatan farz-ı muhal ölse de hattâ / Çekmez kürenin sırtı bu tâbât-ı cesîmi (Ölmez bu vatan varsayalım ölse bile / Çekmez dünyanın bedeni bu kocaman tabutu). Bu olay, ününü birden arttırdı.[3]
Mithat Cemal, 1923 yılında noterliğe başladı. Beyoğlu 4. noterliğine tayin edildi ve 1956 yılında yaşamını yitirinceye kadar noterliği sürdürdü; Türkiye’nin en uzun süre noterlik yapan hukukçusu unvanını aldı.
1950 seçimlerinde CHP listesinden Çorum milletvekili adayı olduysa da seçilemedi.[4]
Hicaz Valisi Ahmet Ratip Paşa’nın torunlarından Naile Hanım ile evlenen Kuntay, çok sevdiği eşini genç yaşta yitirdikten sonra tekrar evlenmedi. Naile Hanım (1895-1945) ile evliliğinden Vedat (1918-2011)
isimli tek bir oğlu ve fotograf sanatcisi Lale Tara tek torunudur.
(bəzi mənbələrdə iki torunu olduğu yazılır- N.N.)
Kuntay akciğer kanseri nedeniyle 30 Mart 1956 günü İstanbul’da hayatını kaybetti. Kabri Karacaahmet Mezarlığı’ndadır.
ƏDƏBİ İRSİ
Kemal (1912), 4 perdelik manzum piyes
28 Kanunuevvel (1918), Çanakkale hakkında oyun
Edebiye (1913)
Üç İstanbul romanı(1938)
Mehmed Âkif-Hayatı, Seciyesi, Sanatı (1939)
İstiklâl Şairi Mehmed Âkif (1944)
Namık Kemal :Devrin Olayları ve İnsanları Arasında (1.cilt 1944; 2. cilt, Kısım I, 1949; 2.cilt, Kısım II, 1956),
İlkler ve Ötekiler (1944)
Sarıklı İhtilalci Ali Suavi (1946)
Mehmed Âkif: Hayatı, Sanatı, Şiirleri, Seciyesi, Seçme Şiirleri (1948)
Türk’ün Şehnamesi (1945. 1971 yılında ikinci defa basıldı.)
Hitabet ve Münazara Dersleri (1913)
İftira-yı Taassub (1913),
Hitabet Dersleri (1914)
Edebiyat Defteri (1915)
Tevfik Fikret (çap edilməyib-N.N.)
En ünlü beyiti
Mithat Cemal, şiirin bütününden koparak tek başına yaşamayı hak eden birer vecize halini alan ve bu yolla insanların hafızasına kazınan bazı beyitlerin de sahibidir. Bunların en ünlüsü, “On Beş Yılı Karşılarken” adlı şiirinin sonunda yer alan şu beyittir:
Bayrakları bayrak yapan üstündeki kandır;
Toprak, eğer uğrunda ölen varsa vatandır!
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Təhsil Nazirliyinin Elmi Metodik Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti