Genel

     TANINMIŞ ƏDİB NƏCİBƏ İLKİNİN İŞIĞINDA

              

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

            İyulun 22-də saat 14-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində tanınmış şair-publisist, yazçı  Nəcibə İlkinin “Gədəbəy qartalı” romanı “və “Yarımçıq toy” povest və hekayələrindən ibarət kitablarının təqdimatı keçirildi. Hər iki kitabın redaktoru AYB-nin katibi, tanınmış yazçı Elçin Hüseynbəylidir. Bu təqdimat eyni zamanda sənətkarın 60 illik yubileyinə təsadüf edirdi

  Taninmiş  sənətkarmız Nəcibə İlkin (Babakişiyeva) 1961-ci il, iyulun

22-də Tərtər rayonunun Sarov kəndində dünyaya göz açıb. Moskva

Texnologiya Universitetinin filologiya (dil-ədəbiyyat) fakültəsini bitirib.

Nəcibə İlkin
Nəcibə İlkin

Bir müddət ixtisası üzrə işləyib.Ədəbi yaradıcılığa 1978-ci ildən başlayıb. İlk şeiri 1979-cu ildə işıq üzü görüb. Sonralar respublikanın əksər mətbu orqanlarında şeir və ədəbi-publisist məqalələri çap olunub. “Bir ömür uduzdum” (2004),

          “Qəlbimdə dil açan dünya”(2006), “İllərin o tayı gözləyir məni” (2011), “Son görüş, son zəng, son təbəssüm” (2013), “Qartal zirvədə qaldı”(2015), “Könlüm nağıl istəyir”(2016), “Sözün ölçüsü və çəkisi”(2016), “Bir şəhidin gecikmiş ömür yolu”(2018) “Yarımçıq toy” povest və hekayələr (2020) “Gədəbəy qartalı”(2020), “İki vətən qızı”(2020) kitablarının müəllifidir. “Bir yorğun yolçuyam” adlı şeir kitabı isə Təbrizdə işıq üzü görüb (2019). Uzun  sürən pandemiyadan sonra qələm adamları bir yerə toplaşıb, H.B.Zərdabinin əsasını qoyduğu “Milli Mətbuat və Jurnalistika günü” nün 146 illiyini qeyd etdilər. ADPU-nin dosenti  Yeganə xanım  Qəhrəmanova  H.B.Zərdabi nəşr etdiyi “Əkinçi” qəzeti, elmi-publisist və pedaqoji fəaliyyəti ilə maarifçilik ideyalarını,  xeyriyyəçilik hərəkatının banisi kimi Zərdabinin mənalı həyatı, çoxcəhətli və dolğun yaradıcılığı, geniş ictimai fəaliyyəti, bütövlükdə vətəninə,millətinə təmənnasız xidmətləri haqqında geniş danışdı.   Bizi bizdən alan ədəbiyyat təkcə söz sənəti deyil, həm də sözlə yaşayıb-yaşatmağa, sözlə istiqamətləndirməyə, sözlə məfkurə yaratmağa, mövcud məfkurəni dərinləşdirməyə qadirdir. Ədəbiyyat vətəndir, ədəbiyyat səngərdir, ədəbiyyat sehrdir, ədəbiyyat əbədiyyətdir… Hətta müharibə ədəbiyyata mövzu verir, ədəbiyyat döyüşən ordunun ruhunun, qələbə ovqatının, əzminin daşıyıcısı olur.

         Nəcibə xanımla görüşə gəlmiş qələm adamları, nasirlər, publisistlər, tarixçilər,şairlər və digər sahənin mütəxəssisləri şairi təbrik edib, ürək sözlərini söylədilər. Təqdimatı giriş sözü ilə Yusif Nəğməkar açdı. Sonra söz qonaqlara verildi. Tanımış yazıçı Yunis Oğuz,  tanınmış tele-jurnalsit Telli Pəhnahqızı, yazıçı-şair Naibə Yusublu,  tənqidçi-şair  Hikmət Məlikzadə,  tanınmı şairlərdən  Musa Ələkbərli,  “Ulduz” jurnalının poeziya şöbəsinin müdiri, şair Dayandur  Sevgin,  yazıçı Əli Bəy Azəri, şair-yazçı  Narıngül Nadir, alım-yazıçı Sadiq Qarayev və Rəşad Tahiroğlu,  tanınmış sənətkar Zəka Vilayətoğlu, yazıçı Məlahət Hümmətqızı, şairlərdən  Rəfiqə Abbasova, Xalidə Nuray, Zaur Ustac, Rəfiqə İsaq qızı,  Balayar Sadiq, Arzu Hidayət qızı, Mərziyyə Sarvan, Fürqani, Aysel Xanlarqızı, Aysel Fikrət,  Hüseynli, Nuranə Təbriz, Günay Ümid, Fərqanə Əhmədova, Gülnarə İsrafil, Əlövsət Tahirli,  Qabil Ədalət Mələk Yazar, Mayisə Əsədullaqızı, Xuraman Camalqızı, Şəfəq Sahibli, Qabil Nəbiyev, Ədalət Bədirxanlı  və digər söz-sənət sahibləri təbriklərini çatdırdılar. Sənətkara xoş arzularını biıdirdilər. Yaradıcılığı və şəxsiyyətinin vəhdəti barədə geniş fikir söylədilər. Canlı bağlantıya Rusiyadan  şair Rizvan Cəfərli, Dəmir Qapı Dərbənddən isə  nəğməkar şair müğənni Zeynəb Dərbəndli qoşuldular. Yubiley böyük coşqu, ruh yüksəkliyi ilə keçdi.

      Nəcibə İlkin bu günədək, 400-ə yaxın kitabın redaktoru və ön söz müəllifidir. Bu xidmətlərinə görə, Kütləvi İnformasiya Vasitələrinin bir neçə fəxri diplomuna layiq görülüb. 2006-cı ildən təsis etdiyi “Azad qələm” qəzeti və “Ali Ziya”jurnalının baş redaktorudur. Dünya Türkmən Ədəbiyyatı və Yazarlar Birliyinin, İlesam Ədəbiyyat Əsəri Sahibləri məslək Birliyinin (Türkiyə) üzvüdür. 2019-cu ildə Türkiyədə nəşr olunan “Elbistan”dərgisinin redaksiyası tərəfindən Türk dünyası könül elçisi ödülü”-nə layiq görülmüşdür. 2016-cı ildə “Avropa Nəşr Mətbu Evi”-nin QIZIL MEDALI Ilə təltif edilərək, ona “ilin ən yaxşı vətənpərvər şairi” mükafatı təqdim edilmişdir.

     2020-ci ildə Mərkəzi Asiyanın “YENİ AVAZ” Yazıçılar və Tarixçilər Birliyinin və “TURAN BİRLİYİ” medalı ilə mükafatlandırılıb. 2006-cı ildən AYB-nin, AJB-nin üzvüdür. Prezident mükafatçısıdır. Ailəlidir, iki övladı və iki nəvəsi var.

       Bir daha təbrik edirik, Nəcibə xanım! Sizə can sağlığı, ailə səadəti, evinizə ruzi-bərəkət, başınız üstə həmişə vətənin aydın səmasını arzu edirik!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest