GenelGüncel

SSRİ-Nİ PARÇALAYAN SON SAVAŞ, ƏFQANİSTAN SAVAŞI

Sənan Qılıncarslan Qacar/KırımınSesi/Azerbaycan

1978-ci ildə Əfqanıstan Xalq Partiyasının (ƏXP) rəhbəri, SSRİ-yə meylliliyi ilə tanınan Nur Məhəmməd Tərəki rəqibi Həfizulla Əmin tərəfindən qətlə yetirildi. Hakimiyyət Aminin rəhbərliyi altında olan ƏXP-nin «Hezb» qanadının əlinə keçdi. Aminin ölkədə həyata keçirdiyi iqtisadi-siyasi islahatlar iri mülkədarlar tərəfindən müsbət qarşılanmadığından Əfqanıstanın müxtəlif əyalətlərində mərkəzi hakimiyyətə qarşı çıxışlar baş verməkdə idi. Bu çıxışlar Pakistan, həmçinin ABŞ da daxil olmaqla, bir sıra qərb ölkələri tərəfindən dəstəklənirdi. Belə bir məqamda Əfqanıstandakı dayaqlarını itirməmək üçün SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi bu ölkəyə qoşun yeritmək qərarı verdi.

Müxtəlif statistikalara görə, 10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak olub. Amerikalılar isə əfqanların itkisinin 2,5 milyon nəfər olduğunu yazırlar. Sovet ordusu Əfqanıstanda 1979-cu ildə 86, 1980-ci ildə 1484, 1981-ci ildə 1298, 1982-ci ildə 1948, 1983-cü ildə 1446, 1984-cü ildə 2343, 1985-ci ildə 1868, 1986-cı ildə 1333, 1987-ci ildə 1215, 1988-ci ildə 759, 1989-cu ildə 53 nəfər olmaqla ümumilikdə 14.427 hərbçisini itirdi. DTK-nın itkisi 576, Daxili İşlər Nazirliyinin itkisi isə 28 nəfər olub. Hərbi əməliyyatlarda təxminən 54 min nəfər yaralanıb, 416 min nəfər isə müxtəlif dərəcəli kontuziyalar aldı. Sovet ordusunun Əfqanıstanda texniki itkisi isə belə olub: 147 tank, 1314 zirehli transportyor, 433 artilleriya sistemi, 118 təyyarə və 333 vertolyot. Əfqanıstan müharibəsi SSRİ-nin süqutunu sürətləndirdi. On illik müharibə nəticəsində SSRİ Əfqanıstana təxminən 800 milyon ABŞ dolları yardım göstərdi. 40-cı ordunun saxlanılması və əməliyyat xərcləri 3 milyard dollardan çox oldu. Bir sözlə Sovet sistemi Əfqanıstanda tamamilə məğlub oldu və bu müharibə SSRİ-nin süqutunu tezləşdirdi. Müharibənin başa çatmasından cəmi iki il sonra SSRİ parçalandı. Müharibənin aparıldığı 1979-cu il dekabrın 25-dən 1989-cu ilin fevralın 15-dək Əfqanıstanda Sovetlər Birliyinin 620 min hərbi qulluqçusu xidmət edib.

SSRİ Əfqanıstana daxil olanda Qərb dünyası narahatlıq içində idi. Kommunistlərin burada qələbə çalacağı təqdirdə Qərb bu regiona nəzarəti itirə bilərdi.

On illik Əfqanıstan müharibəsində 7500 Azərbaycan Türkü iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.

Bu Azərbaycan Türkləri sonralar Qarabağ uğrunda döyüşlərdə vuruşdular və ordu quruculuğunda yaxından iştirak etdilər.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest