Kültür Sanat

Sosial mesajlar, sosial teatr adlı layihənin açılış mərasimi

18.12.2024 tarixində rəhbəri olduğum VIII QRANT müsabiqəsi qalibi olan “Sosial mesajlar, sosial teatr” adlı layihənin açılış mərasimi S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasıda baş tutdu. Gimnaziyanın direktoru Ilqar Talibov, direktor müavinləri Leyla Hajiyeva , Yasin Cabizade, psixoloq Sura xanım, müəllimlər və layihədə yer alacaq şagirdlər iştirak etdi. Layihənin eksperti Elnara Narimanova və təlimçi Aynur Zarrintacda tədbir iştirakçılarından idilər.

Layihənin əsas məqsədi 13-15 yaş aralığındakı şagirdlərlə dram vasitəsilə sosial mövzularda iş aparmaqdır. Bullinq, gender bərabərsizliyi, narkomaniya, kiberbullinq və qısnama kimi problemlərə diqqət çəkmək, bu mövzularda fərqindəlik yaratmaq və neqativ davranışların müsbətə doğru adaptasiyasını təmin etmək layihənin başlıca hədəflərindəndir.
Şagirdlərdə məsuliyyət, əməkdaşlıq, özünəinam, liderlik və empatiya kimi fərdi keyfiyyətlərin inkişaf etdirilməsi.
Bədən dili, nitq və ünsiyyət bacarıqlarının inkişafı,valideynlər və şagirdlər arasında ünsiyyətin yaxşılaşması və bağların möhkəmlənməsi də əsas məqsədlərdən biridir.
Bu bilik və bacarıqlar şagirdlərin gələcək təhsil və karyera həyatlarında onlara özgüvən qazandıracaq və liderlik potensiallarını üzə çıxaracaq. Layihə həm də yüksək mənəviyyata malik insan kapitalının formalaşmasına töhfə verəcək.
Dəstək olan hər kəsə təşəkkürümü bildirirəm!
Təhsildə qrantlar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Təhsildə qrantlar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Təhsildə qrantlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Təhsildə qrantlar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Təhsildə qrantlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest