Siz kimsiniz, cənab Valerian Vladimiroviç Bezobrazov ?
Sizi rus şərşünaslarına da,siyasət aləminin adamlarına da tanıtmaq isrtəyirəm.
Haqqınızda bir neçə yazı yazmışam.Amma respondentlər hələ ki susurlar,sorğularıma cavab vermirlər. Türkdilli tədqiqatçılar da, rusdilli tədqiqatçı alimlər də …
Adama elə gəlir ki,Siz də arxivlərdə gizlənmişsiniz..
Arxivlərdən Sizi axtarıb tapan mən olmuşam.Bu işi görəndə sevinirdim ki, nəhayət məni də hörmətli alim qardaşlarımız eşidəcəklər. Siz layiq olduğunuz mötəbər mənbəyə qalxacaqsınız.
Bəlkə də heç kim Sizin hansı ixtisas sahibi oluğunuzu bilmir.
Şərqşünassınız. Mostarda,Türkiyədə,İranda konsul olmuşsunuz. Siyasət adamı kimi sonuncu iş yeriniz Tiflis olmuşdur.Türk dilini də, fars dilini də bu dilin daşıyıcılarından heç də pis bilməmişsiniz.
Sankt-Peterburqda M.Topçubaşovdan,Mirzə Kazım bəydən fars dili dərsi alan yaxşı tələbə kimi yaddaşlarda qalmışsınız..Tədqiqatçılarımız
Sizi iqtisadçı akademik V.V.Bezobrazovla qarışıü salmışlar.Gənc jurnalistlərə Sizi dərsliklərdə məhz belə tanıdıblar.
Baramaçılığa-kümçülüyə aid bir kitabı türk dilinə tərcümə etmisiniz..Bunu bilrsiniz kim yazıb ?
–Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu Şərif Mirzəyev.
Hardasa oxumuşdum ki,Siz hansı bir müddət Bakı Bəy Komissiyasının sədri də olmusunuz.Təəssüf ki,bu faktın mənbəyini itirmişəm,tapa bilmirəm.Ancaq mütləq tapacağam.
Valerian Vladimiroviç! Əcnəbinin türk dilini bilməsi igidlikdəndir.Siz 1881-ci ildə “Ziya” qəzetinin redaktor oımaq istəmişsiniz. Məqsədinizə çatmaq üçün “Ziya”nın 5 nömrəsi əsasında Qafqaz qəzetində müzakirə təliqi ilə bir böyük məqalə də yazmışsınız. .Əmirxanyans da, Matveyeviç də Sizə bu işdə kömək etmək fikrinə düşmüşdülər.. Amma redaktor Səid Ünsizadəyə qalib gələ bilməmişsiniz.
Səid Ünsizadə də Ünsizadədir ha… Bir vaxtlar Bakı qubernatoru onun ən böyük dayağı və yol göstərəni idi.
Kırım tatarı İsmayıl bəy Qaspıralı da Kırımdan əqidə və məslək dostu Səid Ünsizadəyə havadarlıq etmişdir.
İsmayıl bəy Qaspıralı 1881-ci il mayın 8-də Tiflisdə “Ziya” mətbəəsində nəşr etdirdiyi “Tonğuc” jurnalında Səid Ünsizadənin şan-şöhrətindən söz açıb, bədxahları yerində oturtdurmuşdur.
Onun rusca “Русское мусульманство” (01.06.1881) adlı məqalələr məcmuəsinin beşinci hissəsində də Ünsizadə qardaşlarının rus müsəlmanlarının məktəb və maarif işlərinə aid xidmətləri xüsusilə nəzərə çarpdırılmışdır.
“Qafqaz” qəzetindəki məqaləniz ,təəssüf ki,tədqiqtçıların diqqətini o dədər də
cəlb etməyib.Bəlkə də bu, Qafqaz Canişinliyində yüksək vəzifədə işləyən Adolf Petroviç Berjenin (1828-1896) xüsusi tapşırığı imiş.O da Sizin kimi tanınmş rus şərqşünası idi.
İkiniz də müxtəlif illərdə Rusiyanın paytaxt şəhərində-Peterburqda fars dili ixtisasına yiyələnmişdiniz.Canişinlikdə ümumi iş üçün sizin əlbirliyiniz vacib idi.
Siz Səid Ünsizadəni “Ziya”dan uzaqlaşdıra bilmədiniz.
“Ziya”- Ünsizadə qardaşlarının mülkiyyəti idi.Onlar əslində qıəzetdən pul qazana bilmirdilər.Səid Ünsizadənin dəfələrlə yazdığı kimi, onlar başqa yerdən qazandıqlarını mətbuatın piş-rəftinə, yəni tərəqqisinə yönəldirdilər.
A.P.Berje Sizin Qafqazdakı fəaliyyətiniz üçün istədiyiniz yaşıl işıağı yandırdı Senzura Komitəsində məsul vəzifələrdə çalışışdınız..1891-ci ilin əvvəllərində Vladiqafqazda “TERSKİYE VEDOMOSTİ” qəzetində əvvəlcə əməkdaşlıq etdiniz.Bir neçə aydan sonra isə ,nəhayət ki,redaktor vəzifəsinə təyin olundunuz. .Bəyliyiniz,vəzifə generallığınız uzun çəkmədi…
***
V.V.Bezovrazov 1891-ci il dekabrln əvvələrində qulağının dibindən çıxan şişdən dünyaslnı dəyişmişdir.
***
***Əvvəllər yazmışdım ki,....
_____________________
Yaxşı tanımadığımız rus şərqşünası və diplomatı-
Valerian Bladimiroviç Bezobrazov (1834-1891,dekabr)
***
Mətbuat tariximizdə V.V.Bezobrazovun adı tez-tez hallanır.
Görkəmli mətbuat tarixçisi Ağarəfi Zeynalov onu tədqiqatçılara və ictimai fikir tariximizi öyrənənlərə Saltıkov-Şedrinin lisey yoldaşı kimi təqdim edir.
Burada yanlışlığa yol verilmşdir.
Məşhur rus yazıçısının lisey yoldaşı sonralar iqtisadçı -akademik kimi məşhurlaşan Bezorazovdur-Vladimir Pavloviç Bezobrazov (1828-1889)
Fəaliyyəti ilə tanıdığımız Bezobrazov isə Sankt-Peterburq Universitetindəşərqşünaslıq ixtisası üzrə təhsil almış
VALERİAN VLADİMİROVİÇ Bezobrazovdur.(1834-1891,dekabr).
O,əslən Saratov quberniyasındandır.Universiteti bitirəndən sonra Mostarda,İstanbulda və Təbrizdə Rusiya dövlətinin konsulu işləmiş,XIX əsrin 1878-ci ildə Təbrizdən Tiflisə ezam olunmuş,Zaqafqaziyanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
V.V.Bezobrazov bir müddət Bakı Bəy Komissiyasının sədri olmuş,senzor vəzifəsindəişləmiş,1891-ci illərin əvvəllərində Vladiqafqazda “TERSKİYE VEDOMOSTİ” qəzetində redaktorluq etmişdir.
Ömrünü də elə bu vəzifədə başa vurmuşdur.
V.V.Vezobrazov türk dilini bu dilə düşünə biləcək dərəcədə yaxşı bilirdi.
O,1885-ci ildəTiflisdə “Baramaçılıq barəsində” adlı bir kitabı Avropa dillərinin birindən Azərbaycan dilinə tərcümə etmişdir.
Onun Ziya qəzetinin (1879,yanvar-1884,iyun)1880–ci ilin əvvəllərində çıxan
5 nömrəsi haqqında yazdığı geniş həcmi təqrizi (rəyi) “Kavkaz” qəzetində mətbuat tariximiz haqqında geniş müzakirəyə səbəb olmuşdur.
V.V.Bezobrazovun bu yazısı bir sıra ziddiyyətlərlə doludur.O,”Ziya”nın redaktoru Səid Ünsizadəni( 1842-1903 ) rus dilini yaxşı bilməmədiyini yazır,bəzi terminlərin qəzetdə düzgün işlətmədiyindən söz açır,başqa sözlə, o vaxxtlar türk dünyasına maarifçilik yolunu göstərən mətbu orqanın təsisçisinə və imtiyaz sahibinə yol göstərməyə cəhd edirdi.
V.V.Bezobrazovun bu yazısı türk və rusdilli ziyalıları ona cavab verməyə məcbur etdi.Onlar Səid Ünsizadənin müdafiəsinə qalxdılar.
Bu cəhətdən görkəmli tatar ziyalısı,özünün ilk türkdilli yazılarını “Ziya”da dərc etdirən İsmayıl bəy Qaspralı daha fəal idi.O, Tiflisdə “Ziya” mətbəəsində çap etdirdiyi “TONĞUC” (1881) jurnalındakı proqram xarakterli yazısında Səid əfəndi Ünsizadənin xidmətləri çox yüksək qiymətləndirilmişdir.
V.V.Bezobrazov 1891-ci il dekabrın əvvəllərində qulağının dibindən zühur edən şişdən ölmüşdür.Onun bezdirib Azərbaycandabn didərgin saldığı Səid Əfəndi Qnsizadə isə 1890-cı ildən örünün sonunadək-1903-cü ilin ortalarınadək İstanbulda geniş maarifçilik fəaliyyətini uğurla davam etdirmiş,burada Quranın türk dilində təfsirini yazmışdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq
Bakı, 25.04.2021.