GenelGüncelKültür Sanat

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA XOCALI FACİƏSİNİN QURBANLARI YAD EDİLİB

Fevralın 23-də AMEA-nın akademik Z.M.Büynadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.
Tədbirin əvvəlində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu deyərək, həmin hadisələrdə kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyini, 487 nəfərin şikəst olmasını, 1275 dinc sakinin girov götürülməsini, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmamasını, 8 ailənin tamamilə məhv edilməsini, 25 uşağın hər iki valideynini itirməsini qeyd edib. R.Cümşüdlü Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikasının atdığı addımlardan danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb.
İnstitutun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Xocalı soyqırımını bəşəriyyətin ən qanlı faciəsi adlandırıb. S.Talıblı 1992-ci ilin fevralında Azərbaycan kəndlərindən Malıbəyli, Qaradağlı və Ağdabanın ermənilər tərəfindən işğalından danışaraq, ermənilərin Xocalıya üç istiqamətdən hücum etdiklərini, əhalinin Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olduqlarını, qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edildiyini deyib.
İnstitutun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqına qarşı 1992-ci ilin 26 fevralında Xocalıda həyata keçirilən soyqırımının bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi olduğunu deyib. Xocalı qətliamını XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima, Lidisa, Oradur faciələri ilə müqayisə edən E.Mustafayev bildirib ki, bu soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər.
İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi, siyasi elmlər doktoru, dosent Adil Mirabdullayev Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

xocali
xocali

Vüqar Məmmədov,
AMEA-nın Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru

xocali
xocali

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest