GenelGüncelKültür Sanat

Şeirlərim : Fuad Biləsuvarlı

Elə üşüdüm ki…

Ayrılıq tuzağa salanda məni,
Səmadan yerlərə atanda məni.
Məhəbbət yandırıb-yaxanda məni,
Yanmaq necə olur,  bax, onda bildim.

Qorxmazdım göylərin gur çaxışından,
Üşüməzdim göyün qar, yağışından.
Elə üşüdüm ki, yar baxışından,
Donmaq necə olur, bax, onda bildim.

Sonda verəcəksə qüssəni, qəmi,
Onda nəyi gözəl sevginin dəmi.
Heç də qınamadım Məcnun, Kərəmi,
Sevmək necə olur, bax, onda bildim.

Yandı-qındı verib o, bilərəkdən,
Məndən vaz keçərək yapışdı türkdən.
Mənəvi cəhətdən, qəlbdən, ürəkdən,
Sınmaq necə olur, bax, onda bildim.

Ayağım büdrədi, qırıldı qıçım,
Bir gündə nə qədər ağardı saçım.
Yaşadıqlarımdan daha nə yazım?
Ölmək necə olur, bax, onda bildim.

Müəllif: Fuad Biləsuvarlı

1 noyabr

Dərdimi çəkmək də anama qaldı

O qədər yaxşı gün arzuladıq ki,
Yenə də işimiz yamana qaldı.
Dərdin ən yaxşısı, ən qəşəngi də,
Hey yol-yolaq bilən insana qaldı.

Təbiət, bağça da, meşə, yaylaq da,
Əla yurd-yuvalar, orman, oylaq da.
Quruca şoranlıq, qum da, torpaq da,
Zəhərli əqrəbə, ilana qaldı.

Tilsimli bəxtimin açılmağı da,
Bəxtimin yuxudan ayılmağı da.
Xoşbəxtliyin mənə qayıtmağı da,
Allahım, görəsən haçana qaldı?

Macal vermədilər danışım, dinim,
Tək köməyim olsun, Quranım, dinim.
Əlimi hər şeydən üzdülər mənim,
Dərdimi çəkmək də anama qaldı.

Namərdlər mərdlərə qələbə çaldı,
Savaşlar neçə gənc canların aldı.
Olan ancaq elə zəifə oldu,
Fuadam, yer üzü aslana qaldı.

Müəllif: Fuad Biləsuvarlı

31 oktyabr

Tez ayrılmışıq

Çöldə bənövşənin açan vaxtında,
Sevənlər sarayda sevgi taxtında.
Demə, ayrılıq da varmış baxtımda,
Heç özüm bilmədən tez ayrılmışıq.

Məni sağlamlıqdan etdin, afərin,
Xəlvətcə, sakitcə getdin, afərin.
İtdin duman kimi, itdin, afərin,
Düzün söyləmədən tez ayrılmışıq.

Döndük yarısından, ziyanın döndük,
Dünən yanırdıqsa, bu gün də söndük.
Hicran qollarında can verib,öldük,
Biz uzun sevmədən tez ayrılmışıq.

Sən də mənim kimi çılğın, ərköyün,
Övladı olmusan səmanın, göyün.
Özüm də bilmirəm, vallah, nə deyim,
Dözüm göstərmədən tez ayrılmışıq.

Müəllif: Fuad Biləsuvarlı

Elə sevirdim ki…

Elə sevirdim ki, məhəbbətimin,
Ocağı var idi, közü var idi.
Ruhumda Məcnunun dəli sevdası,
Əsil təmiz eşqin özü var idi.

İntihara əlin atan olurdu,
Məndən ötrü özün asan olurdu.
Gəncikən çox mənə baxan olurdu,
Məndə gözəllərin gözü var idi.

Göz bəbəyi kimi əhdi, ilqarı,
Qoruyub, saxlamaq qızların arı.
Tələb etmirdilər oğlandan varı,
O vaxtkı qızların düzü var idi.

O vaxtkı gözəllər kirşan bilməzdi,
Küçəyə çıxmaq nə, dalan bilməzdi.
Nazlı olmaqların adam bilməzdi,
Deməzdim onların nazı var idi.

Gözləri sayrışan ulduzdan denən,
Dilindən bal daman, bal sözdən denən.
Ay bacı, sən Allah o qızdan denən,
Ay parası kimi üzü var idi.

Ay ana mən sənin qadanı alım,
Qoy səndən bir şeyi mən xəbər alım.
Ərə getməyibsə o qızı alım,
Filankəsin gözəl qızı var idi.

Müəllif: Fuad Biləsuvarlı

Qurbanam o dərdi verən Allaha!

Səhərdi… Nur saçır günəş nə vaxtdı,
Mən isə gecədə qalmışam belə…
Dinməyə yox halım, heydən düşmüşəm
Bir baxın, necə də solmuşam belə…

Həsrətin dizinə qoydum başımı,
Bir əldən başıma salır daşını.
Gözlərim göylərdən alır yaşını,
Buludtək kövrəlib-dolmuşam belə.

Dualar edərək çıxdım sabaha,
Düz oldum, batmadım heç bir günaha.
Qurbanam o dərdi verən Allaha,
İlhamı dərdimdən almışam belə!..

Müəllif: Fuad Biləsuvarlı

Yadıma düşdün…

O qumlu, torpaqlı, tozlu küçədə,
Məhəbbət qoxuyan aylı gecədə
Dalmışam, bilmirəm saat neçədə
Yadıma düşdün…

Bir dəniz kənarı, dəniz limanı…
Günəştək bəzərdi üzün hər yanı.
Unutmaq çətindi səntək cananı,
Yadıma düşdün…

Mən də bulud kimi boşaldım-doldum,
Xəyallara daldım, fikirli oldum.
Ağardı bənizim, gül kimi soldum,
Yadıma düşdün…

Heyif ki, olmadın mənim qismətim,
Göylərdə yox imiş xətir-hörmətim.
Ay mənim bəxtimdə ilk məhəbbətim,
Yadıma düşdün…

Müəllif: Fuad Biləsuvarlı

Dərdimiz…

“Uşaq kimi gah gizlənir, gah çıxır”,
Ərköyündü, əzizlənir dərdimiz.
Hərdən mənə elə gəlir köhnəlir,
Köhnəlmir ha, təzələnir dərdimiz.

Biz kimik ki, dərdi tamam əridək?!
Çəkə-çəkə ömrü-günü çürüdək…
Allah bizə göndəribsə nə demək!
Gah görünür, gah gizlənir dərdimiz.

Bəndə kimdi?! Sən dərdini ha qına!
Gözlə, səndən üz çevirər o yana…
Ürək gərək – dalğasına dayana,
Gündən-günə dənizlənir dərdimiz!

Müəllif: Fuad Biləsuvarlı

Fuad Biləsuvarlı
Fuad Biləsuvarlı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest