Kültür Sanat

Şamaxının qara daşı…

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika  Rəsədxanasının

Astronomiya muzetində iri bir qara daş var

Şamaxının qara daşı-
göydən yağan iri daşın 
parçalammış para daşı…
Zəncilərəa məskən olan
Afrikaya oxşar daşı..
.
Qara daşa şeir yazıb ,
söz oynadan çox olubdur.
Qara daşa baxa-baxa 
bir-birinə eyham vuran,
göz oynadan çox olubdur.

Bu qara daş milyon ildir,
milyon illik yolu gəlib.
Məğrur-məğrun yatıb baxır,
sanki əli dolu gəlib. 
Bu qara daş,bu para daş
göyərmir ki,göyərmir,
Sirləri var qarnında çox,
ha çalışır, ha çalışır,
detyəmmir ki,deyəmmir…

26-27.01.2020..

Şamaxının  qara daşı
Şamaxının qara daşı
Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Pin It on Pinterest