Səxavət İZZƏTİ ƏNDƏLİB Kırımınsesinde
sexavet izzeti,
Səxavət izzəti – əndəlib
Mən səxavət izzəti əbdüllah oğlu 1966 inci ilin yayında İran Azərbaycanın Qaradağ mahalında doğulmuşam. iki yaşımda atamı itirmişəm. 1977 inci il ayiləmiz təbrizə köçüb bir il sonra Qaradağın mərkəzi Əhər şəhərinə qaydıb təhsılatımı Əhər şəhərində bitirəmişəm. Qaradağ mahalınin başqa uşaqları kimi mənimdə ədəbiyata marağım anamın beşik başında dediyi laylalarla, nağıllarla, dastanlarla başlanıbdır. Qaradağ mahalı iran türklərinin ən güclü Aşıq mərkəzi dir. on yeddi yaşımda şeirdə birinci və bura qədər sonuncu ödülü almışam. iyrimi iki yaşımda Aşıq dastanlarından ibarət nəğməli dastanlar kitabını nəşr etdirdim bir il sonra məhəbbət dastanları kitabı çıxdı bunun dalınca Aşıqlardan işıqlar kitabını çıxartdım kitab aşıq şeri qalibləri və o günə qədər çap olunmamış aşıq şeirlərindən ibarət idi. bir çox şumaldakı şairlərimizin şeirlərini istər kitab şəklində istər intirnet düşərgələrində nəşr etdirmişəm. bura qədər çıxartdığım kitablar:
1-Nəğməli dastanlar təbriz1989
2-Məhəbbət dastanları təbriz1991
3-Aşıqlardan işıqlar təbrız2000
4-Yaxşı ki sən varsan ay sədəfli saz (zəlımxan yaqübün şeirləri) təbriz2005
5-Hürəmt oldu bir saz oldu birdə mən(aşiq qəmkeş allahverdinin şeirləri) təbriz 2008
6-Peyğəmbər (zəlımxan yaqüb) təbriz 2011
7-Aşıq dastanları təbriz 2015
8-on bir budaqlı ağac (qaradağ şeri məcmüəsi) 2017
hal hazırda Ədəbi körpü adlı elekteron dərgini yayıram