ŞƏRQŞÜNAS ALİM ÖZBƏKİSTAN VƏ TÜRKİYƏ SAYTLARINDA 20 YANVAR FACİƏSİNDƏN YAZDI

ŞƏRQŞÜNAS ALİM ÖZBƏKİSTAN VƏ TÜRKİYƏ SAYTLARINDA 20 YANVAR FACİƏSİNDƏN YAZDI

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Özbəkistan və Türkiyə saytlarında 1990-cı ilin 20 Yanvar faciəsindən yazıb. Şərqşünas alimin məqalələri Özbəkistanın human.uz saytında və Türkiyədən yayımlanan kriminsesigazetesi.com saytında dərc edilib.
human.uz saytında rus dilində dərc olunan “1990-cı ilin 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik yolu” adlı, eləcə də kriminsesigazetesi.com saytında dərc edilən “20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda əzmi” adlı məqalələrdə faciəvi hadisələr barədə ətraflı məlumat verilir və xalqımızın müstəqilliyə doğru keçdiyi yolun məhz bu hadisələrdən keçdiyi qeyd edilir. Məqalələrdə 1990-cı ilin yanvar günlərində Bakıda, Neftçalada, Lənkəranda sovet ordusunun cinayətləri faktlarla göstərilir.

Pin It on Pinterest