Səid Ünsizadə və Kazan tatarı şairi Allahyar Sofi

Görkəmli maarifçi Səid Ünsizade’nin Kazan tatarı şairi Allahyar Sofinin kitabından iqtibas etdiyi bir dərsliyi haqqında ( SƏID ÜNSIZADƏ. ƏQAID VƏ NƏSAYIH. TIFLIS, “ZIYA” MƏTBƏƏSI,1882)

(“Kırımın sesi ” qazetesi, 11.05.2021 ) adlı yazımda

1882-ci ildə Səid Ünsizadənin Tiflisdə Ziya mətbəəsində çap olunmuş “Əqaid və nəsaylh” adlı ilk milli dərsliklərimizdən birindən söz açmışdım.

Bu dərslik görkəmli Kazan tatarı şairi Allahyar Sofinin “Səbatül-Acizin” (Gücsüzlərin səbatı,möhkəmliyi,gücü ,qüvvəsi mənasındadır-N.N.) kitabının hekayələrindən iqtibas və tərcümə olunmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, Allahtar Sofi məzkur əsərində XVI əsrin tükdilli şairlərindən biri olan tanınmış söz ustası Güvahinin əxlaqi və nəsihətvari mənzum hekayələrindən çox təsirlənmişdir.

Məqaləm “Kırımın səsi” qəzeti vasitəsilə vasitəsilə türk düntasına yayımlanandan sonra oxucuların maraqlarına rəğmən bir sıra yeni incələmə və ümumiləşdirilmələrin axtarışına çıxdım.Bir sıra türk və əcnəbi dillərdə yazılmış . əsərlərlə rasrtlaşdım.

Məlum oldu ki,Azərbaycan ədəbiyyatşünaslığında Allahyar Sofi haqqənda ilk dəfə geniş şəkildə söz açan mənəm.gili materiallar da

Elmi ictimaiyyətə bu mövzu ilə ilgili ilk elmi məlumat və iformasiyalar da mənim dediklərimdir.

Axtarışlardan o da məlum oldu ki, bəzi tədqiqatçılar Allahyar Sofini oxuculara Orta Asiya şairi kimi tanıdırlar.Bəziləri onun bir müddət Tatarıstansa yaşadığını və Kazan tatarları ilə maraqlı ədəbi əlaqələrindən də söz açmalı olmuşlar.

“Əqaid və nəsayih” dərsliyində yazıldığına görə Səid Ünizadə oğlu Əbdürrəhmanın xahişi ilə Allahyar Sofini Kazan tatarı dilində olan kitabını “bizim dilə” ( Azərbaycan türkcəsinə-N.N.) çevirmişdir.

Tədqiqatçılar Allahtar Sofinin fars dilli yaradıcıllığından da həvəslə söz açmışlar.Bəzi tədqiqatlarda Allahyar Sofinin “Səbatül-acizin” əsərinə yazılmış təfsiri də oxucuların diqqətinə çatdırırlar.

Səid Ünsizadə,çox güman ki,Allahyar Sofinin 1842-ci ildə Kazanda nəşr edilən 108 səhifəlik “Səbatül-acizin” oxu kitabından-müntəxəbatından istifadə etmişdir.Marqqlıdır ki,bu kitabın Kazanda geniş yayıldığı vaxtlarda görkəmli türrkdilli dilçi Azərbaycanlı Mirzə Kazım bəy də bu şəhərin türk düntasının aparıcı alimlərindən biri idi.

Mirzə Kazım bəyin “Səbvatül-acizin” əsəri haqqlda susması və ya onun bu nəşrdən xəbərsiz olması inandırıcı görünmür.

Yeri gəlmişkən,onu da qetd edək ki Səbatül-acizin kitabl türk dqnyasımın Qurani-Kərimin oxusundan sonrakı ilk əsərdir.Bu əsər oyüdnamə,pəndnamə və nəsihətnamə kimi hər ailənin kitabxanasının ən müqəddəs güşəsində olmalıdır.Təəssüf ki, dərslikıərimizdə ondan istifadə etmək getdicə unudulmuşdur.

…Səid Ünsizadə və Kazan tatarı şairi Allahyar Sofi ədəbi və pedaqoji əlaqələri ilə ilgili axarışlar davam edir.

El qınağı – kimlərinsə sığındığı Fil qulağı


Çoxumuz yatmışıq fil qulağında,
Elə bil dünyada dərd-sərimiz yox…
Türkdilli “Səbatül -acizin” hanı?
Niyə bu əsərdən xəbərimiz yox?


Qurani-Kərimdən sonrakı kitab,
Onu nənələr də əzbər bilibdir.
Görəsən, nə üçün nədən ötəri,
Onu beynimizdən kimlər silibdir?


Burda sağ ol düşür Səid Ünsiyə,
Acizin səbatın cana gətirdi…
Sofi Allahyara min alqış deyib,
Onu dərslik kimi yurda yetirdi.


“Səbatül-acizin” – bir izafətdir

“Səbat”-dəyanətdir,gücdür,qüvvətdur.

Açması – dünyada gücsüzlər üçün

Doğru yol tapmağa bir işarətdir.


Düşünüb,daşınıb Səid Əfəndi,

Ellərə dərs dedi bu kitabədən.

“Zamanə zor vaxtı deyil” sözüylə,

Üzünü tutdu o, xalqa xitabən


İqtibas etdiyi bu dərs kitabı,

Paylandə söz bilən türk dünyasına.

Ağıl qaydası tək,manifest kimi

Sözü bir, fikri bir bir, ərk dünyasına…


Bir sözü əqaid, biri nəshət…

Dərrakə,mərifət kitabıdır bu…

Bütün türk elinə, türk yurdlarına

Allahyar babanın xitabıdır bu.


Dili orta dilə-gözəl nümunə,
Gərək yaxşı sözə hamı göz olsun….
Sevin türk dilinin gözəlliyini,
Bu şərtlə, çalışın söz də düz olsun.


Nazim Nəsrəddinov

Bakı,12.05.2021.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest