Səid Ünsizadə və İsmayıl bəy Qaspralı adlı layihə

Diqqət !    “Səid Ünsizadə və İsmayıl bəy Qaspralı “adlı layihəmiz var… 

Hamınızı bu  möhtəşəm layihənin reallaşdırılmasına dəvət edirik.

..

Bakıda -Azərbaycan Texniki Universitetində “Ziya” adlı çoxtirajlı qəzet çıxır.Redaktoru tanınmış filoloq,elmlər namizədi Müşfiq Borçalıdır.Onu 20 ildir ki, tanıyıram.Birgə əməkdaşlığımız var.

Müşfiq Azərbaycanda nəşriyyat işlərinə də rəvac verir.”Ziyа”dan başqa,

yaratdığl “Ziya” İnformasiya mərkəzində “Şərqin səsi “adlı qəzet də çıxarır.

Müşfiq “Ziya” İnformasiya Mərkəzinin xətti ilə maraqlı kitablar da nəşr edir.Bu cəhətdən onu XXİ əsr Şərqinin Qutenberqi hesab etmək olar.

Bu günlərdə ona  ərkyana bir məktub yazdım ki, Səid Ünsizaə ilə ilgili böyülk önəmi olan  maraqlı  bir layihəni həyata keçirək.

Burada Səid Ünsizadənin İsmayıl bəy Qaspralı ilə dosluğu da özünə meydan tapmalıdır.

Görək də….

***

Salam,köhnə dost….


“Ziya” qəzetinin (25.01.1879,Tiflis-26.06.1884,Tiflis) 140 illik yubileyini keçirə bimədik.
Heç olmasa, gələn il – 2022-ci il mayın 31-də
YUNESKO-nun xətti türk dünyasının fazillərindən,
aydınlarından biri olan ,
türk dünyasını işıqlandıran Səid Əfəndi Ünsizadənin (1842,Şamaxı-1903,İstanbul) Tiflisdə,Bakıda,Şamaxıda və İstanbulda təntənəli yubileyini keçirək.Yubileyəcən S.Ünsizadənin dərslik və tərcümələrini, eləcə də “Ziya” qəzetinin latın qrafikalı əlifba ilə transliterasiyadan kənarda qalan
ilk 46 nömrəsini oxuculara çatdıraq.
Bakıda,Tiflisdə və İstanbulda Səid Ünsizdə adına küçə, caddə və alleyaların açılması barədə də fikirləşmək lazımdır.
Türk dünyasının aparıcı mütəfəkkirlərindən biri olan İsmayıl bəy Qasзralı Səid Ünsizadənin əqidə və məslək dostu olmuşdur.
“Ziya” qəzeti “Tərcüman”ın təcrübə məktəbi olmuşdur
İ.Qaspralınin türkdilli mətbuata ilk yazıları “Ziya” qəzetində dərc olunmuşdur.

İnanıram ki,ümumi mənzərəsini yaratmaq istədiyim bu layihənin həyata keçirilməsində sən də öz fəallığını və işgüzarlğını göstərəcəksən.

Hörmətlə,
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
türk dünyasının Şeref Yarlıqlı tədqiqatçısı

Bakı.27.02.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest