Qiymət verin özünüzə

İllər keçdi oldum yumaq,
Bir qonağam- üzsüz qonaq.
Ömürdür də yaşayıriq,
hər günümüz –ciddi sınaq.
***..
Ağartmağa dişim yoxdur,
Heç kim ilə işim yoxdur.
Tələsirəm,narahatam,
Görüləsi işim çoxdur.
***
Baş tutmadı ziyarətim –
Baba dağa səyahətim.
Hələ belə dolanmağa,
Bu can ilə var niyyətim.
***
Bir vaxt əmi deyəndi,
İndi dərdim -baba dərdi.
Öz yolumda çapar idim,
İllər məni yerə sərdi.
***
Eh!…

Boş günüm nə çox olub,
Mənim dərdim bax bu dərddir.
İtirdiyim belə günlər,
Anan Allah, nə qədərdir?
***
Baxln,baxın ,yaxşı baxın,
Keçdiyiniz yola ,rizə.
Utanmayın qiymət verin
Yaxşı-taxşı özünüzə….
***
Qiymət verin özünüzə,
Nə qədər var nəfəsinz….
Qoy bilinsin nəsillərə-
Bu dünyaya həvəsiniz.

nazim nasreddinov
nazim nasreddinov

Nazim Nəsrəddinov.

Bakl
24.01.2020

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest