GenelGüncelKültür Sanat

Qarabağ Azərbaycandır! Nadir İSMAYILOV

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Azərbaycanın görkəmli psixiatrı, bu yaxınlarda 85 yaşı tamam olmuş professor Nadir İsmayılov keşməkeşli yeniyetmə çağlarında musiqiyə, poeziyaya böyük həvəs göstərib. İkinci Dünya müharibəsindən sonrakı sıxıntılı, çətin illərdə tar ala bilmədiyindən o, getdiyi musiqi dərnəyini yarımçıq qoyub. Eyni zamanda poeziya dərnəyini də davam etdirə bilməyib. Həyatın çətinliklərinə sinə gərib həyatda uğur qazansa da, ilk gənclik həvəsi quş kimi daima sinəsində çırpınıb. Ahıl yaşlarında o özünə yaxşı bir tar alıb, ifa eləmək öyrənib, gənclik illərindən saxladığı sandıq şeirlərinin üzərinə yeniləri əlavə olunub…
85 yaşlı dünya şöhrətli, Rusiya, Amerika, İngiltərə və digər ölkələrin psixiatriya cəmiyyətlərinin, akademiyaların üzvü olan Nadir İsmayılovun yaşam həvəsi, yazıb-yaratmaq istəyi göstərir ki, həyat hər yaşda gözəl və maraqlıdır. Məncə, onun kimi nadir şəxsiyyət gənclərimiz üçün örnək olmalıdır. Bu məqsədlə dünya şöhrətli alimin, tanınmış pedaqoqun öz dediyi kimi, sandıq şeirlərindən nümunələri mənim təşəbbüsümlə oxucusu olduğumuz “525-ci qəzet”ə təqdim etmək qərarına gəldik.


Fazil GÜNEY Fəlsəfə doktoru, əməkdar jurnalist

Nadir İSMAYILOV

Qarabağ Azərbaycandır!

Varlığım, səadətim ömrümün gənclik çağı,
Hər zaman başı qarlı, möhtəşəmdir Şah dağı.
Düşmən çox əlləşsə də almaq üçün torpağı,
Nər oğullar gələndə atıb qaçdı bayrağı.
Biz hayqırıb söylədik Azərbaycan canımdır,
Car çəkib deyirik ki, Qarabağ Azərbaycandır!

Fəxr edirəm mərd, igid, yaxşı oğullarım var,
Ürəyim fəxr eləyir, könlümə dolur vüqar.
Dönməz inamından o intiqam almayınca,
Dinclik tapmaz yağıya təlatüm salmayınca.
Əsgərimlə fəxr edirəm, ürəyimdir, qanımdır,
Car çəkib deyirik ki, Qarabağ Azərbaycandır!

Yaşanacaq şən günlər, keçəcək uzun illər,
İtirməyəcək umudum, şən olacaq nəsillər.
Gələcəyə nur saçan möhtəşəm illərimiz,
Vətəni ana kimi qucacaq qollarımız.
Baş Komandan söylədi, Vətən şöhrət-şanımdır,
Car çəkib deyirik ki, Qarabağ Azərbaycandır!

Keçsə də günlər, aylar alovumuz sönmədi,
Xalqım bir anda olsa inamından dönmədi.
Yaşa, sən uzun yaşa küllü-aləmə nur saç,
Açılan qapılara ağuşunu geniş aç.
Fəxr elə, xalqım, de ki, bu tarixi bir andır,
Car çəkib deyirik ki, Qarabağ Azərbaycandır!

Həmişə əzizsən

Ağa Atlıxan oğlu Bayramova

Gözündə sevinc var, səmimi insan,
Sözüm həqiqətdir, sən buna inan.
Niyyətin xoş gəlir tanıyanlara,
Xəyalın tuşlanıb gözəl anlara,
Adın çox yaraşır, amalın təmiz.
Ay Ağa, əzizsən, həmişə əziz.

Bu şeiri yazarkən düşündüm bir az,
Qəlbim ruhlanaraq dedi doğru yaz.
Ağa, sən layiqsən şair sözünə,
Etdiyin əməllər dönür özünə.
Yoxdur heç nəyində qəliz, natəmiz,
Ay Ağa, əzizsən, həmişə əziz.

Hər tərifli söz yaraşır sənə,
Görmürəm naxələf heç nə bir dənə.
Gələcəyin xoşbəxt, işıqlı olsun,
Ürəyin hər zaman sevinclə dolsun.
Yaşa bu həyatda şən və qərəzsiz,
Ay Ağa, əzizsən, həmişə əziz.

İstəyimə çatacam

Yoluyla düz gedənlər,
hərdən çaşa bilərlər.
Hər kəs istər ki, çaşmaya,
yolunu səhv salmaya.
Asta-asta dolana,
dost ola, qardaş ola,
ona hə
mdəm olana.
Çalışdım düz yol tapam,
arzu-istəyə çatam.
Dedilər, haram yemə,
onda xoş gün taparsan.
Haram yeyənlər çoxdur,
Onlarla dost olmağa,
heç bir marağım yoxdur.

Xalq şairi Bəxtiyar
Vahabzadənin xatirəsinə

Xatirəmdə yaşayır Bəxtiyarla tanışlıq,
Söhbətimiz alındı, yarandı bir qarşılıq.
O, həm şair, həm alim, həm böyük insan idi,
Hər şeyin dəyərini hiss edirdi, bilirdi.
Sözü qəti deyirdi adamların üzünə,
Deyirdi ki, o şəxslər danışsınlar düzünə.
Söz tutumu olmayan insanları sevmirdi,
Əsas tələbi isə düz söz eşitmək idi.
Sevmirdi uzunçunu, həm də sərt danışanı,
Əyri fikir eşitsə bulayardı başını.
Bir gün ondan soruşdum mümkündürsə mənə de,
Siz görmüsünüz çox dahilərin sözündə.
Onların arasında var idi sözü keçən?
Kim idi onlardan fikrin düzünü seçən?
Onlara qulaq asan çox gedirdi irəli.
Amma eləsi vardır dediyin anlamırdı,
Dahilərin kəlamın nəzərə almayırdı.
Biri söyləmişdi ki, qurban olum, ay Səməd,
Divarla arandakı yerdən cəkginən sərhəd,
Görünməsin heç kəsə çobandakı o sifət.
Bildinizmi kim idi, o çobansayaq adam,
Aşıq Ələsgərdən də deyirdi, ondan uzağam.
Durub bir söz də dedi, Səmədin qulağına –
O portret yaraşmır, heç sənin otağına.
Səməd çox əsəbiləşdi, heç bilmədi nə etsin,
Tək istəyi bu idi, o kəs rədd olub getsin.

Sözün gücü

Söz elə bir gücdür çıxdı ağızdan,
Sahibisən dediyinin hər zaman.
Çalış, şər söz heç gəlməsin dilinə,
Zərbəsi çatacaq onu bilənə.
Düşünmə məzmunun dəyişmək olar,
Təsir qüvvəsini dəyərdən salar.
Söz haqqında gör nə deyib babalar,
O təlimdən dərs alıbdır atalar.
Söz bir güllədir ki, zərbəsi mətin,
Onun yarasını sağaltmaq çətin.
Sözlə yaradılır dostluq, səxavət,
Onu düz deməsən düşər ədavət.
Çox yazılıb məhəbbətin gücündən,
Çəkirik qəm eşqimizin ucundan.
Çox şirindir Füzuli kəlamları,
Hərdən bizi çəkir ölümə sarı.
Söz silahdır fişəngi olmasa da,
Çəki kimi bədənə dolmasa da.
Müdriklərin sözünü yada salaq,
Təsirin anlayıb həm ilham alaq.

Orda sənsən, burda mən

Müdriklər düşünüb aramaqdadır,
Bilmirlər sonsuzluq haralardadır.
Nə yerdən başlayır həyatın ilki,
Düz cavab istəsək bilcəyik ki,
Yaranmış nə varsa heç vaxt pozulmaz,
Tanrının işinə qarışmaq olmaz.

Bax, nə şəkildədir insanın üzü,
Qaş altından baxan süzülən gözü.
Zövq verir güləndə dodaqlar ona,
İzn ver, fikrimi çatdırım sona,
Üzündə-gözündə gözəllik taraz,
Sifəti gözəldir, ləkəsi də az.

Adam Yaradanın nemətidirsə,
Ona nöqsan tuta bilməz bir kimsə.
İnsan əşrəfidir həyatımızın,
Təbiətdən gəlib ona bu izin.
Ona tapşırılıb qurub-yaratmaq,
Cəsarət göstərib arzuya çatmaq.

Bir az da danışaq əsl mətləbdən,
İnsana verilən dərddən, həsrətdən.
Onun əllərilə qurulur həyat,
Onunla canlanır, durulur həyat.
İnsana aiddir hökm və qüdrət,
Daim artmaqdadır ondakı şöhrət.

Saydığımız qüvvət-qüdrət, cəsarət,
Bir gündə puç olar, qalarsan həsrət.
Bilməlisən yaşam qanunlarını,
Qəbul etməlisən hər bir anını.
Həyatın mənasın tapmaq istəsən,
Bilməlisən, orda sənsən, burda mən.

Deyirlər artıbdır pulun hörməti

Mənim bildiklərim demə az imiş,
Gəlir yaddaşıma yaxın bir keçmiş.
Xoş günlər yaşayıb ömür sürmüşəm,
Ad-san xatirinə işlər görmüşəm.
Bilməmişəm artıb pulun hörməti.

Adamlar içində elələri var,
Halal iş görənin cibini sayar.
Vurnuxar dörd yana, dincəlməz bir an,
Miskin insanların keçməz yanından.
Bilir ki, artıbdır pulun qüvvəti.

Keçmişə qayıtsaq nə görərik biz,
Əməyə hörməti səssiz-səmirsiz.
Böyüklər deyərdi halallıq olsun,
Sinən medallarla, ordenlə dolsun.
Bilməmişəm artıb pulun şöhrəti.

Yaşamaq gözəldir zövq ala bilsən,
Lovğaya yox deyib ömründən silsən,
Bilərsən dünyada nədir səxavət,
Təki olsun canda qüvvət, cəsarət.
Düşünmə artıbdır pulun qüdrəti.

Tanrıya inam

Tanrının bircə hərfinin kölgəsindəyəm,
Çətinliyim olanda kömək diləyəcəyəm.
İzah edəcəyim fikrimi biləsən, sən özün də,
Tanrıya inam varsa bilinəcək üzündə.
İnanmayan tanrıya nadandır, həm də aciz,
Ona nifrət edərək danlamayın heç də siz.
Belə yanaşmanın ziyanı çox, xeyiri az,
Yaradan hüzurunda heç nə qaranlıq qalmaz.
Allahın tanımayan olurlar kar, həmdə lal,
O insanlar bədbəxtdir, bunu hər an yada sal.
İmkanın varsa əgər ona köməklik göstər,
Acizə kömək etsən Tanrıda bunu istər.
İndi gəlin danışaq ağıllı insanlardan,
Onların hamısından, qocadan və cavandan.
İnamı olmalıdır onların hər məqama,
Axtarma sən o şəxsdə cüzi nöqsan və əmma.
İnansın təbiətin bütün qanunlarına.
Yetkin sayılan insan bax belə olmalıdır,
Düşüncəsi İlahi qanunla dolmalıdır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest