GenelGüncelKültür Sanat

Qələmsiz yazılanlar –  in status-esseləri

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Rəşad Məcid

Qələmsiz yazılanlar –  in status-esseləri

Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru

Stalin vaxtaşırı Mərkəzi Komitədən SSRİ Yazıçılar İttifaqına rəhbər işçilər təyin edərmiş ki, ədəbiyyat adamları arasında partiya-sovet təşviqatını, bolşevik ideyalarının təbliğini gücləndirsinlər.

Növbəti belə rəhbərlərdən biri olan Polikarpov bir müddət işləyəndən sonra Stalinin qəbuluna düşüb yazıçılardan şikayətlənməyə başlayır: “Yoldaş Stalin, orda vəziyyət çox pisdir, özbaşınalıq tüğyan edir. Bu yazıçılarla işləmək mümkün deyil. Aleksey Tolstoy bütün günü içir, Simonov eşqbazlıq edir, Erenburq xaricdən yığışmır, Fadeyev elə, filankəs belə… Partiya iclaslarına gəlmirlər, üzvlük haqqını gecikdirirlər…”

Stalin onu sakitcə dinləyir, sonra da özünəməxsus kinayə ilə Polikarpova belə cavab verir: “Olanımız bunlardır, yoldaş Polikarpov, gərək işləyəsən. Biz səndən ötrü başqa yazıçılar düzəldə bilmərik. Amma bacarmırsansa, yazıçılarımız üçün başqa Polikarpov taparıq”.

(Anar müəllimin söhbətlərindən)

***

Yenə başlandı – zənglər, dəvətlər, tədbirlər. Qaçaqaç, yuxu kimi ömür…

***

İndi hamı şəkərə meyllidir…

***

Ağlaşma sevən xalqıq…

***

Dənizsiz şəhərlərin kompleksi olur. Nə qədər özündən desə də, bilir ki, tam, bütöv deyil. Bakının bəxti gətirib ki, Xəzəri var. Biz də şanslıyıq ki, Bakımız var!..

***

Çox yaşamaq üçün yüyürənlər…

***

İşə, karyeraya görə hər cür artistlik (…) etmək məqbuldurmu?!

Özünə yaraşdıranlara, həzm edənlərə, hə…

***

Bir də gördün, bütün namizədlərə deputat vəsiqəsi verildi. 🙂

***

Əvvəllər insanın insana ehtiyacı olardı, indi profillərin nöqtələrə ehtiyacı aktualdır. 🙂

***

Bu qədər bəd xəbərin içində indi gəl siqareti tərgit!..

***

Deyir, indi evdə xanıma səsini qaldıra bilərsən?! Xoşqədəm burdan, Qənirə ordan, biri Norveçdən, biri İsveçdən elə hay salarlar ki, “do”dan “si”yə enərsən… 🙂

***

Yəqin düyməni səhv basıblar…

***

Gənclər üçün böyük fürsət!

“Yüksəliş” müsabiqəsi 20 dahi axtarır. 🙂

2020-ci ildə 20 nəfər bacarıqlı, savadlı, kreativ gəncə 20 min mükafat verilməsi nəzərdə tutulur.

Özünə güvənən GƏNCLƏR, https://yukselish.az/ saytına daxil olun, qeydiyyatdan keçin, müsabiqədə iştirak edin.

Yüksəliş Sizin olsun! Uğurlar!

***

Hələ ki köşklərdə qəzet satılır…

***

Bizim toylarda – o hay-küyün içində, dambadurumun altında sərasər 3-4 saat oturan adamın nevroz olmaması mümkünsüzdür.

***

Yusif Rzayev ölkənin ən peşəkar redaktorlarından biri, sözü hiss edən, duyan, jurnalistikanın prinsiplərini dərindən bilən, sadə, təvazökar həmkarımızdır. “525”in möhkəm sütunudur. Ad gününü təbrik edirəm. Hər şey ürəyincə olsun! İstədiyin, arzuladığın kimi qəzet nəşr etməyə rahat mühit və geniş imkan arzulayıram.

***

Yumor hissimiz zəifləyib. Ciddi xalq olmuşuq. 🙂

***

İnstaqramda Kəmalə Əhmədova adlı gənc müğənninin ifasında Hacı Xanməmmədovun Mikayıl Müşviqin sözlərinə bəstələdiyi “Yaşa, könül” mahnısını dinlədim. Çox bəyəndim. İlk dəfəydi rastlaşırdım bu müğənninin ifasıyla. Sonra yutubda başqa mahnılarını da dinlədim. Klassik bəstəkarlarımızdan seçmə, səviyyəli mahnılar və su kimi axıcı, məlahətli səs. Düşündüm ki, məmləkətimiz istedadlardan heç vaxt xali olmur. Qeybdən, qəfildən üzə çıxırlar.

***

Qaşınmayan yerdən qan çıxartmaq, süni qalmaqal yaratmaq mediamızın şakərinə çevrilib. Çox təəssüf!

Ancaq bəzən medianı da qınamaq olmur: boz, məzmunsuz, yeniliksiz gündəmi nəyləsə maraqlı etmək, yox yerdən nəsə bir həyəcan yaratmaq, əyləncə düzəldib baş qatmaq da onun funksiyalarına aid edilir…

Bir müddət öncə APA-ya verdiyim geniş müsahibədə “Bizdə Çingiz Abdullayev kimi, kitablarının çapından qazanan tək-tük yazıçılar da var” sözlərimdən sonra jurnalist detektiv janrına münasibətimi soruşanda “detektivi ədəbiyyat saymıram” söyləmişdim. Müsahibə daxilində bu fikirlərin “detektivi ciddi ədəbiyyat, bədii ədəbiyyat saymıram” mənasına gəldiyi aydın idi. “Çingiz Abdullayev maraqlı yazır?” – sualına isə belə cavab vermişdim: “Mən onun bircə “Bakı bulvarı” adlı romanını oxumuşam. Maraqlı idi, su kimi oxunurdu, amma sonra özünə sual verdim ki, bunu yazmağın mənası nədir? Oxuyursan, sonra yadda qalmır…”

Əfsuslar olsun ki, bir sıra media orqanları mənim bu fikirlərimi kontekstdən çıxardaraq, birbaşa Çingiz Abdullayevə qarşı yönəldiblər. Hətta bəziləri daha da irəli gedərək Çingiz Abdullayevə mənim guya onu yazıçı hesab etmədiyimi deyib, buna münasibət öyrənmək istəyiblər. “AYB katibi, Çingiz Abdullayevin yazdıqlarını ədəbiyyat saymır”, yaxud “Rəşad Məcid Çingiz Abdullayevi yazıçı saymır” kimi başlıqlarla İP qazanmağı qənimət biliblər.

Halbuki mən indiyədək neçə yerdə, elə həmin müsahibədə də Çingiz Abdullayevin dünyada tanınan yazıçı olduğunu, çox oxunduğunu qeyd etmişəm. Çingiz Abdullayev yüzdən çox əsərin müəllifidir, dünyada 3520 adda kitabı 35 milyondan çox tirajla çap olunub. Əsərləri 32 dildə çap edilən, ssenarilərinə 2 serial, 8 film çəkilən müəllif haqqında “yazıçı deyil” demək olarmı?!

“Detektivi ədəbiyyat saymıram” cümləsi heç bir anlamda, heç bir yozumda “Çingiz Abdullayevi yazıçı hesab etmirəm” qənaətinə gəlməyə əsas vermir. Üstəlik, Xalq yazıçısı Çingiz Abdullayevin tarixi romanları, dərin vətəndaş və ziyalı mövqeyi əks olunan publisistikası da var. Mənim belə bir zəngin yaradıcılığı olan insan barədə “yazıçı saymıram” deməyim mümkünsüzdür, absurddur.

Jurnalistlərə mənim fikirlərimi bu cür yanlış yozmaları ilə bağlı iradımı bildirəndə cavab verdilər ki, Çingiz Abdullayevdən nəsə yazmaq bizim üçün bolluca İP deməkdir, ona görə məsələyə bu yozumda yanaşdıq. Mən də onların bu “arqument”inə təbəssümlə reaksiya verdim və söhbətin məğzini Çingiz Abdullayevə də izah etdim.

Amma belə görünür, mətbuatın bu İP niyyətli manevri, yüngül şousu Çingiz müəllimdə bəlli bir narahatlıq yaradıb, onun çoxsaylı pərəstişkarlarını da məyus edib. Odur ki, bu məsələ barədə fikirlərimi bir daha aydınlaşdırmağa qərar verdim.

Onu da bildirim ki, Yazıçılar Birliyinin katibləri arasında belə qalmaqal yaratmağa çalışmaq, bu vasitəylə IP yığmaq cəhdi qətiyyən yaxşı hal deyil və jurnalistikamıza etibar qazandırmır!..

***

Qışqırıq və həyasızlıq nəsə əldə etmək üçün vasitəyə çevrilib.

***

Bir azdan Qarabağı xatırlayan qalmayacaq.

***

Filoloq, ədəbiyyatşünas Əli Şamili uzun illərdir tanıyıram. Ötən əsrin 80-ci illərinin axırlarından, Sovet rejimində “havalar yumşalandan” o, SSRİ ərazisindəki Krım tatarları, qaqaquzlar və digər türk xalqlarıyla sıx əlaqədə idi. İndinin özündə də yaradıcılığının əsas ağırlığını məhz bu istiqamət təşkil edir. O, öz təcrübə və müşahidələri əsasında maraqlı əhvalatlar, hadisələr danışır, yazılar yazır. Yazılarını tez-tez “525-ci qəzet”də çap edirik.

İranla bağlı son günlərdə baş verən hadisələr yadıma bir əhvalatı saldı. Əli Şamil danışırdı: “Ötən əsrin 90-cı illərində Təbrizdə Məhəmməd adında bir gənci Bakıya gətirmişdim. O, Şirazla İsfahanın arasında, qaşqaylar yaşayan balaca şəhərdən idi. Dilləri demək olar ki, eynən bizimki kimi idi. İstəyirdim, gəlsin Bakıda təhsil alsın, universitetdə oxusun, burdakı ab-havanı görsün. Elə də elədik, onu hazırlıqlara göndərdik, universitetə hazırlaşdırırdıq. Bir gün gördüm ki, oğlan yoxdur, qaçıb gedib. Sonra yolum onun olduğu şəhərə düşəndə maraqlandım. Anası dedi ki, oğlum gələndə dedi ordakılar hamısı savadsızdırlar. Universitetində də, televiziyalarında da bizim danışdığımız dildə danışırlar, farsca danışmırlar”. Gör, rejim bu gəncin beynini necə yumuşdusa, elə bilirdi ki, universitet, televiziya farsca deyilsə, deməli, savadsızdır. O, öz dilində təhsil almağa aşağı bir iş kimi baxırdı.

Əli Şamil başqa bir əhvalat da danışırdı: “2018-ci ildə həmin qaşqaylar yaşayan yerdə azərbaycanlı sənətçilərin konserti keçirildi. Konsertdə ali- təhsilli qaşqaylardan biri mənə yaxınlaşıb soruşdu ki, siz bizim dili hardan öyrənmisiniz? Mən də dedim ki, yox, mən sizin deyil, öz dilimdə danışıram. Adam elə israrla onların dilini hardan öyrəndiyimi soruşurdu ki…” Hələ bunların ali təhsillisinin məlumatı bura qədər idi, bilmirdi ki, cənubdakı qaşqayların dili elə şimaldakı azərbaycanlıların diliylə eynidir…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest