QƏDİM MİSİR – HİKSOSLAR – SKİFLƏR – OĞUZLAR

Dostum Sənan bəy Qılıncarslan Qacar apardığı araşdırmalar zamanı müəyyən etmişdir ki, qədim türklərin Eymur boyunun damğası ilə qədim Misirin simvollarından biri arasında eynilik vardır.
Sənan bəy bu məlumatı mənimlə bölüşdükdə müəllifi olduğum “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki hiksoslarla bağlı epizodu yenidən xatırladım:
E.ə. IV–III əsrlərin Misir tarixçisi Manefon özünün “Misir tarixi” əsərində yazır ki, “e.ə. XVI əsrdə Osiris məbədinin baş kahini Osarsif Misirin keçmiş hakimləri hiksoslarla birləşərək Firon I Amenhotepi (e.ə. 1525–1505) Nubiya səhrasına qovmuş, dövlətin başına özü keçmişdi. Yusif Peyğəmbərlə Manefonun Osarsif obrazını eyniləşdirənlər məhz ad oxşarlığına və onların həyat yollarındakı bəzi bənzərliklərə əsaslanırlar.
On üç ildən sonra firon və oğlu Ramzes geri qayıdaraq ölkədə qayda-qanun yarada bilmişdilər. Osarsif hiksoslarla birlikdə Misiri tərk edərək Fələstinə getmiş, bundan sonra Musa adı ilə tanınmışdır. Hiksoslar Yəhuda dövlətini qurmuş, Yerusəlim şəhərinin əsasını qoymuşdular”.
Hiksoslar barəsində bildiyimiz budur ki, onlar köçəri-maldar tayfalar olmuş, Asiyadan Suriyaya keçmiş, sonra isə Misirə soxulmuşdular. Misirin böyük bir hissəsini işğal etmiş hiksoslar özlərinin süvari hissələri, döyüş arabaları, oraq formalı qılıncları, mürəkkəb quruluşlu uzaqvuran kamanları, dəmir zirehləri, savaş taktikaları ilə yerli əhali arasında məğlubedilməz şöhrətini qazanmışdılar. Onların Misirdəki paytaxtı Avaris adlanırdı. Misirin XV və XVI firon sülalələri hiksoslardan olmuşlar.
Avaris şəhərinin qalıqlarından tapılmış üç hiksos abidəsini (şəkil 3, 4, 5) Göytürk şahzadəsi Gültikinin Orxon–Yeniseydəki abidəsi (şəkil 6), Qırğızıstanın Çuy vadisində aşkarlanmış qıpçaq balbalı (şəkil 7) və Səlcuq türkünün hazırda ABŞ-ın Metropolitan muzeyində saxlanılan abidəsi (şəkil

?

ilə müqayisə etsək, onlar arasında bənzərliyi aydın görərik. Bəzən belə bir fikir də irəli sürülür ki, guya bu abidələrin hamısı hiksoslara xidmət etmiş çinli məmurlara aiddir. Bu fikrin subyektivliyi şübhəsizdir.
Yeri gəlmişkən, Manefon “hiksos” sözünün mənasını “hökmdarlıq edən çobanlar” kimi izah etmişdir. Bu, skiflərin hökmdar zümrəsi haqqında qədim yunan müəlliflərinin işlətdikləri “çar skifləri” (hökmdarlıq edən köçərilər) anlayışına bənzəyir. Belə isə, skiflərin ən məşhur simvollarından birinə nəzər salaq və onu xristianların, qədim misirlilərin, oğuzların rəmzləri ilə müqayisə edək: 9-cu şəkildə biz e.ə. VI əsrə aid edilən skif simvolunu, 10-cu şəkildə xristian xaçını, 11-ci şəkildə qədim misirlilərin “anx” adlanan rəmzini, 12-ci şəkildə isə qədim oğuzların eymur boyunun damğasını görürük.

Araz ŞƏHRİLİ

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest