GenelGüncelKültür Sanat

Prof. Dr. Mehmet İsmail Armağanı kitabı işıq üzü görüb.

“Prof. Dr. Mehmet İsmail Armağanı”
Əsərləri dünyanın əllidən çox dilinə çevrilmiş, Azərbaycan, türk, rus, fransız, yapon, qazax, rumın, alban, macar dillərində qırxdan çox kitabı yayınlanan türk dünyasının ünlü şairinin adına Türkiyədə kitab ərməğan olunub- “Prof. Dr. Mehmet İsmail Armağanı” işıq üzü görüb. Ərməğan kitabda həm Azərbaycan, həm də Türkiyə şair, yazıçı və elm adamlarının Məmməd İsmayıla həsr olunmuş şeirləri, xatirə yazıları və elmi məqalələri yer alıb.
Məmməd İsmayıl kimi haqq şairinin sevgi, istək, əbədiyyət yolunu işıqlandırmaq, şoxşaxəli yaradıcılığını bir kitab həcminə sığdırmaq çətin və çətin olduğu qədər də məsuliyyətlidir. Onun poeziyası milli ruhu daşıyan, türklük düşüncəsini məfkurə bilən insanlara daha çox doğmadır. Şairin poeziyası xəlqi mahiyyət daşısa da, daha çox milli ziyalı çevrəsinə ünvanlanıb. Çünki milləti millət edən onun qabaqcıl ziyalıları, fikir və düşüncə insanlarıdır.
“Prof. Dr. Mehmet İsmail Armağanı” kitabı oxuculara ustad şairin yaradıcılığını bütün dolğunluğuyla qavramaq, əsərlərinə yeni, elmi tərəfdən baxmaq, onu yenidən kəşf etmək imkanı verir.

Mehmet İsmail Armağanı
Mehmet İsmail Armağanı
Mehmet İsmail Armağanı
Mehmet İsmail Armağanı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest