Edebi eserleriyle Türk dünyasında derin izler bırakan şair Ötərxan Eltac
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi

Kırımınsesi Gazetesi Kültür Sanat Servisi, Türk dünyasının edebi bağlarını güçlendiren yepyeni ve heyecan verici bir yayını okurlarıyla buluşturmanın gururunu yaşıyor.
Ötərxan Eltac’ın Şiirleri Kırımın Sesi’nde Yankılanıyor
Edebi eserleriyle Türk dünyasında derin izler bırakan şair Ötərxan Eltac, en seçkin eserleriyle okurların karşısına çıkmaya hazırlanıyor. Azerbaycan Türkçesinin zengin, ahenkli ve duygu yüklü anlatımıyla kaleme alınan şiirler, Kırımın Sesi Gazetesi sayfalarında düzenli olarak yayınlanacak.
Kültürel köprüleri sağlamlaştırmayı hedefleyen bu proje, iki kardeş coğrafyanın edebi mirasını ortak bir paydada buluşturuyor. Ötərxan Eltac’ın kendine has üslubuyla yoğrulmuş mısralar, Azerbaycan lehçesinin tüm zarafetini Kırım semalarına ve tüm Türk dünyasına taşıyacak. Okuyucular, bu köklü lehçenin barındırdığı derin manaları ve kalbe dokunan ezgileri gazetemiz aracılığıyla keşfetme fırsatı yakalayacak. Edebiyat tutkunlarını bir araya getirecek olan bu şiir serisi.
Ötərxan Eltac
Şeirlər
BURA LAÇINDI
Eşqinlə çırpınır köksümdə ürək
Məhəbbət dastanım, bura Laçındı.
İgidlər doğulub adına örnək
Xosrovum, Soltanım, bura Laçındı.
***
Dağa bax, bərq vurur sinəsində qar
Köksündən boylanır əzəmət, vüqar
Daryaltək oğlu var, cəsur, xilaskar
Baxıb ürəklənim, bura Laçındı.
***
Narzan bulaqları dərdlər dərmanı
“İstisi” damarda coşdurar qanı
“Nuhcan” şəlaləsi sübhün azanı
Cənnətim, gülşənim, bura Laçındı.
***
Hər daşı, qayası möcüzə, tilsim
Qaragöl qibləmdi, Həkəri səsim
Qartalların qıyı yaşam həvəsim
Ey dada yetənim, bura Laçındı.
***
Buralar cənnətdi, ocaqlı, pirli
Xiridar yetişir kəlməsi dürlü
Meşəsi turaclı, ceyran-cüyürlü
Sünbülüm, süsənim, bura Laçındı.
***
Nadir Azayoğlu, Elman Elsevər,
Ağa Laçınlıtək sinəsi dəftər
Malik Fərrux sözü uca, mötəbər
Coşum, fərəhlənim, bura Laçındı.
***
Xələf İsmayılla o Sevinc Qərib
Uca söz mülkünə pay göndərilib
Zahir Abbas təbi “Rast”a köklənib
Söz qədri bilənim, bura Laçındı.
***
Hüseyn Kürdoğlu naxışda əsrar
Nazim Əhmədlinin öz ilməsi var
Misrada çağlayır Kamil Vəfadar
Sözlə ətirlənim, bura Laçındı.
***
Qaynar bir çeşmədi Fəxri Uğurlu
Nəsrdə yenilməz, ötkəm, qürurlu
Seyid Malik kimi misrada duru
Qəlblərə çilənim, bura Laçındı.
***
Gəl Sarı Aşığı parlaq günəş san
Seyid Nigaridən dərs al, qüsullan
Desin Namiq Zaman, İlham Qəhrəman
“Cəngi”yə köklənim, bura Laçındı.
***
Burda hər bir igid sözünün əri
Burda qoşa düşməz naşının zəri
Təranə Vahiddir duyğu zərgəri
Həm Arif Məmmədlim, bura Laçındı.
***
Düşmən çox hiyləgər, məkrli, nadan
Olsa da ram etdik, aldıq qana-qan
Öyrəndik sərtliyi sərt qayalardan
Düşmənlərə qənim, bura Laçındı.
***
Kamillə İsrafil, Qorxmaz, Ələsgər
Həm Fazil, həm Oqtay ən məğrur əsgər
Birləşib oldular keçilməz səngər
Yurd üçün ölənim, bura Laçındı.
***
Yüyənsiz göylərdə buludlar əlçim
Damlası şəfadı doldur ver içim
Yolunda can verim, ömrümdən keçim
Bayrağı kəfənim, bura Laçındı.
***
Dosta çıraqbandı, yada göz dağı
Ötərxan, qan tökdük, yuduq torpağı
Ucaldı göylərə Vətən bayrağı
Göylərdə yelkənim, bura Laçındı.
10.06.2026
ÇİÇƏYİN ETİRAZI
Ay şair, al qələmi yenə “təriflə” məni
Çün cənnətə döndərib nəfəsim göy çəməni.
***
De, nə günahı var ki, ömrüm qönçə üzülə
Hüsnümə mail olub aşma ta əndazəni.
***
O qədər ucaltma ha, qübbəyə çatsın əlin
Hər sözün qədrini bil, çox şişirtmə kəlməni.
***
Harayım göy titrədər, fəryadım ərşə dirək
Heç vaxt tapdalamazsan, eşitsən ah-naləmi.
***
Əlləri çarpazlayıb uzanıb köksüm üstə
Yenə nəzmə çəkirsən ayaq altında məni.
***
Eşqinin rayihəsi, gah da ilham pərinəm
Dərdi səndən çəkirəm, biləsən mən çəkəni.
***
Mən könül ovsunuyam, qoxlananda yaşaram
Rəssamın fırçasıyam, şairlərin qələmi.
02.06.2026
BƏLKƏ DƏ
Dərd sinəmdə çiçək açıb təzə-tər
Ətri ruhun qidasıdır bəlkə də.
Şırıltılı bulaqların nəğməsi
Xəyalların vidasıdır bəlkə də.
***
Qiyməti yox ötüb-keçən çağların
Dərdi böyük zaval vurmuş bağların
Bəstəkarı şəlalədi dağların
Gur çayların ədasıdır bəlkə də.
***
Bahar gəlib, çiçək açıb, yaza bax
Ləçək üstə arılarda naza bax
Bənövşətək ətir saçan qıza bax
Ulu Haqqın butasıdır bəlkə də.
***
Dodağında puçurlanan sözdümü?!
Gözlərində alovlanan közdümü?!
Bircə kimsə öz eybini çözdümü?!
Təbiətin xətasıdır bəlkə də.
***
Bir kimsədən şöhrət umma, gəzmə şan
Abır eylə, həya göstər, bir utan
Ötərxanı ayaq üstə dik tutan
Qətiyyəti, nidasıdır bəlkə də.
16.11.2025
BƏRƏKALLAH
Ey dostu arxa sanan
Şələnə bərəkallah.
Dərdin, qəmin üzünə
Gülənə bərəkallah.
***
Sevginin, sədaqətin
Yenilməyən qüdrətin
İnsanlığın qiymətin
Bilənə bərəkallah.
***
Nadan qanmaz, ha bizlə
Səhvinə sus, ha izlə
Varını kimsəsizlə
Bölənə bərəkallah.
***
Sevgi ruhun sərvəti
Eşqsiz cücərməz qəti
Qəlbdən kini, nifrəti
Silənə bərəkallah.
***
Yağı həddin aşanda
Qeyrət kükrəyər qanda
Ana Vətən uğrunda
Ölənə bərəkallah.
23.02.2026
QOCALMA
Qəddin əyiləcək, büküləcək bel
Gözün korşalacaq, kükrəyəcək sel
Bəyaz saçlarını darayacaq yel
Qocalma.
***
Hər kəs mız qoyacaq edəcək tənə
Dişlər seyrələcək, düşəcək çənə
Çiynin çalışacaq daşa söykənə
Qocalma.
***
Dünya belə gəlib həm böhtan, həm şər
Ağzından bal çıxsa dadacaq zəhər
Bir gün büdrəyəcək mindiyin kəhər
Qocalma.
***
Nə oğul, nə də qız yetər dadına
El-oba şəbədə qoşar adına
Sonda tapınarsan öksüz qadına
Qocalma.
***
Övladlar böləcək varı-dövləti
Bəlli edəcəklər əsl niyyəti
Ruhunu yenəcək əcəl şərbəti
Qocalma.
20.10.2025
ŞƏHİDLƏR ŞƏHƏRİ
Ora hikmət nurundan ilhamlanan gur çeşmə
Ora qəhrəmanlığın çağlayan Kövsəridi.
Ora Haqqın əliylə qurulmuş ziyarətgah
Ora səcdəgah yeri, Şəhidlər şəhəridi.
***
Ora ən hündür zirvə, Allaha yaxın məkan
Oradan doğub günəş, orada ağarıb dan
Ora qürur çırağı, gül-çiçəkli, çıraqban
Ora qibləgah yeri Məkkədən irəlidi.
***
Ora qeyrət məbədi, intiqamın vüsəti
Orada and içilib, qisas alınsın qəti
Ora haqqın bərpası, namusun səltənəti
Ora ərlər dastanı, dillərin əzbəridi.
***
Ora and yerimizdi, kimliyin mərtəbəsi
Ordan ucalır göyə qəhrəmanlıq nəğməsi
Ora qeyrət məktəbi, kişiliyin ilməsi
Ora ölümsüzlərin səf tutmuş lövbəridi.
***
Ora tarix dərsidi, qızıl qanla yazılmış
Ora Haqq dərgahıdı şəhidlər binə salmış
Ora düşmən önündə hər an zəfər qazanmış
Dillərdə dastan olan xalqın şah əsəridi.
7.12.25
BAŞIMDAN UTANIRAM
Boşa xərclənir ömür
Yaşımdan utanıram.
Saçlarım çal, qaş – kömür
Qaşımdan utanıram.
***
Odur dərdə batdığım
Eşq ilə “aldatdığım”
Tuşlamamış atdığım
Daşımdan utanıram.
***
Hünərim məğrur qala
Hər kəs ona mübtəla
O da “başıma bəla”
Başımdan utanıram.
6.04.2026
YAZ NƏFƏSLİYƏM
Hər sözüm-söhbətim bahar ətirli
Çiçək təravətli, yaz nəfəsliyəm.
Aqil məclisində dastanlar qoşan
Ələsgər ruhluyam, saz nəfəsliyəm.
***
Söz olub azuqəm, söz olub qidam
Onu da qeybindən bəxş edib Xudam
Həm Aşıq Alıyam, Dədə Qorqudam
Sözdü səltənətim, söz nəfəsliyəm.
***
Mənəm bu dağların basılmaz nəri
Mənəm ən qiymətli sözə müştəri
Mənəm alovlanan min ildən bəri
Ocaq hərarətli, köz nəfəsliyəm.
***
Səbr elə, pəl vurma sözə anında
Əyilmə ədalət imtahanında
Mete Xan qanı var coşqun qanımda
Xətai nərəli, iz nəfəsliyəm.
***
Ötərxan Eltacam söz ruhun təbi
Yolum ibrət dolu, həyat məktəbi
Arif elm öyrədər, aqil ədəbi
Verər dizə təpər, diz nəfəsliyəm.
27.04.2026
ÇİÇƏKLƏR MAYALANSIN
Yanında hər gözəlin
İtər qiyməti ləlin
Mənə uzanmır əlin
Barı Haqqa uzansın.
***
Ey şux nazənin afət
Sevgidən qur imarət
Varsa qəlbində nifrət
Odda, atəşdə yansın.
***
Eşqindən olum dəli
Həyat olsun gülməli
Nə desən, deyim bəli
Ürəyimiz calansın.
***
Yaşamayaq dərd ilə
Eşqimiz batsın gülə
Adımız düşsün dilə
Qulaqda sırğalansın.
***
Ömür şərəf, ömür şan
Bəxş eləyib Yaradan
Libas geyək abırdan
Baxanlar həyalansın.
***
Sarban atını sürsün
Karvan keçsin, it hürsün
Tanrı tozu üfürsün
Çiçəklər mayalansın.
28.04.2026
SÖZ BAŞA DÜŞSƏ
Üzünü söykəməz üzünə daha
Üzsüzün üzünü, üz başa düşsə.
Namərdin önündə bir yaltaq kimi
Əyilməz, qatlanmaz diz, başa düşsə.
***
Sözdə cəsarət var, sözdə var hünər
Sözə ehmal yanaş, söz ürək dələr
Ayaq yorulanda başlar dincələr
Söz ayağa enməz, söz başa düşsə.
***
Lazımmı tamahın nəfsini öpə
İştah xırıd edə, qarınlar köpə
Alov aşiq olar quru çör-çöpə
İçin-için yanmaz köz, başa düşsə.
***
Aqilin sözünü dinlə, qulaq as
Qoy olsun əlində məntiq və əsas
Əndama tən gəlsə əbrişim libas
Xəcalətdən solar bez, başa düşsə.
***
Sözdən söz yaratma, yükləmə filə
Yol yaxın olsa da, çatmaz mənzilə
Meydanda rəqs edər qurd quzu ilə
Hər Adəm övladı söz başa düşsə.
***
İstər qul ol, bəy ol, istərsə padşah
Haray qoparacaq köksündəki ah
Dəyərin, qiymətin itirər vallah
Yersiz söylənilən söz, başa düşsə.
***
Ötərxan, dağa bax, zirvəsində qar
Yüz il yaşamağa eyləyər israr
Qəlbinin səsini haqqa çatdırar
Cığır başa düşsə, iz başa düşsə.
15.05.2026
LAÇIN QEYRƏT TACIDI
Qar əriyib səslənir
Çaylara axmaq üçün
Yağış da həvəslənir
Laçına yağmaq üçün.
***
Burda quşlar nəğməni –
Qoşur, ağarmamış dan
Çör-çöp, kol-kos, daş, qaya
Məmnundu öz halından.
***
Dağlara bax, məst olub
Çiçəklərin ətrinə
Günəş də tez oyanır
Arıların xətrinə.
***
Burda təb cuşa gəlir
Çəmənlərin şehindən
Könüllər məlhəm tapır
Sübhün xəfif mehindən.
***
Ağaclar qürrələnir
Laçının havasında
Daşlar əli xınalı
Çəmən toy libasında.
***
Sanki ustad aşıqdı
Şırıltısı çayların
Dağlar məhək daşıdı
Vəfanın, etibarın.
***
Laçın qeyrət tacıdı
Ömrümün səltənəti
Laçın həya libasım
Vicdanımın taqəti.
29.06.2026
BURA LAÇINDI
Eşqinlə çırpınır köksümdə ürək
Məhəbbət dastanım, bura Laçındı.
İgidlər doğulub adına örnək
Xosrovum, Soltanım, bura Laçındı.
***
Dağa bax, bərq vurur sinəsində qar
Köksündən boylanır əzəmət, vüqar
Daryaltək oğlu var, cəsur, xilaskar
Baxıb ürəklənim, bura Laçındı.
***
Narzan bulaqları dərdlər dərmanı
“İstisi” damarda coşdurar qanı
“Nuhcan” şəlaləsi sübhün azanı
Cənnətim, gülşənim, bura Laçındı.
***
Hər daşı, qayası möcüzə, tilsim
Qaragöl qibləmdi, Həkəri səsim
Qartalların qıyı yaşam həvəsim
Ey dada yetənim, bura Laçındı.
***
Buralar cənnətdi, ocaqlı, pirli
Xiridar yetişir kəlməsi dürlü
Meşəsi turaclı, ceyran-cüyürlü
Sünbülüm, süsənim, bura Laçındı.
***
Nadir Azayoğlu, Elman Elsevər,
Ağa Laçınlıtək sinəsi dəftər
Malik Fərrux sözü uca, mötəbər
Coşum, fərəhlənim, bura Laçındı.
***
Xələf İsmayılla o Sevinc Qərib
Uca söz mülkünə pay göndərilib
Zahir Abbas təbi “Rast”a köklənib
Söz qədri bilənim, bura Laçındı.
***
Hüseyn Kürdoğlu naxışda əsrar
Nazim Əhmədlinin öz ilməsi var
Misrada çağlayır Kamil Vəfadar
Sözlə ətirlənim, bura Laçındı.
***
Qaynar bir çeşmədi Fəxri Uğurlu
Nəsrdə yenilməz, ötkəm, qürurlu
Seyid Malik kimi misrada duru
Qəlblərə çilənim, bura Laçındı.
***
Gəl Sarı Aşığı parlaq günəş san
Seyid Nigaridən dərs al, qüsullan
Desin Namiq Zaman, İlham Qəhrəman
“Cəngi”yə köklənim, bura Laçındı.
***
Burda hər bir igid sözünün əri
Burda qoşa düşməz naşının zəri
Təranə Vahiddir duyğu zərgəri
Həm Arif Məmmədlim, bura Laçındı.
***
Düşmən çox hiyləgər, məkrli, nadan
Olsa da ram etdik, aldıq qana-qan
Öyrəndik sərtliyi sərt qayalardan
Düşmənlərə qənim, bura Laçındı.
***
Kamillə İsrafil, Qorxmaz, Ələsgər
Həm Fazil, həm Oqtay ən məğrur əsgər
Birləşib oldular keçilməz səngər
Yurd üçün ölənim, bura Laçındı.
***
Yüyənsiz göylərdə buludlar əlçim
Damlası şəfadı doldur ver içim
Yolunda can verim, ömrümdən keçim
Bayrağı kəfənim, bura Laçındı.
***
Dosta çıraqbandı, yada göz dağı
Ötərxan, qan tökdük, yuduq torpağı
Ucaldı göylərə Vətən bayrağı
Göylərdə yelkənim, bura Laçındı.
10.06.2026
ÇİÇƏYİN ETİRAZI
Ay şair, al qələmi yenə “təriflə” məni
Çün cənnətə döndərib nəfəsim göy çəməni.
***
De, nə günahı var ki, ömrüm qönçə üzülə
Hüsnümə mail olub aşma ta əndazəni.
***
O qədər ucaltma ha, qübbəyə çatsın əlin
Hər sözün qədrini bil, çox şişirtmə kəlməni.
***
Harayım göy titrədər, fəryadım ərşə dirək
Heç vaxt tapdalamazsan, eşitsən ah-naləmi.
***
Əlləri çarpazlayıb uzanıb köksüm üstə
Yenə nəzmə çəkirsən ayaq altında məni.
***
Eşqinin rayihəsi, gah da ilham pərinəm
Dərdi səndən çəkirəm, biləsən mən çəkəni.
***
Mən könül ovsunuyam, qoxlananda yaşaram
Rəssamın fırçasıyam, şairlərin qələmi.
02.06.2026
BƏLKƏ DƏ
Dərd sinəmdə çiçək açıb təzə-tər
Ətri ruhun qidasıdır bəlkə də.
Şırıltılı bulaqların nəğməsi
Xəyalların vidasıdır bəlkə də.
***
Qiyməti yox ötüb-keçən çağların
Dərdi böyük zaval vurmuş bağların
Bəstəkarı şəlalədi dağların
Gur çayların ədasıdır bəlkə də.
***
Bahar gəlib, çiçək açıb, yaza bax
Ləçək üstə arılarda naza bax
Bənövşətək ətir saçan qıza bax
Ulu Haqqın butasıdır bəlkə də.
***
Dodağında puçurlanan sözdümü?!
Gözlərində alovlanan közdümü?!
Bircə kimsə öz eybini çözdümü?!
Təbiətin xətasıdır bəlkə də.
***
Bir kimsədən şöhrət umma, gəzmə şan
Abır eylə, həya göstər, bir utan
Ötərxanı ayaq üstə dik tutan
Qətiyyəti, nidasıdır bəlkə də.
16.11.2025
BƏRƏKALLAH
Ey dostu arxa sanan
Şələnə bərəkallah.
Dərdin, qəmin üzünə
Gülənə bərəkallah.
***
Sevginin, sədaqətin
Yenilməyən qüdrətin
İnsanlığın qiymətin
Bilənə bərəkallah.
***
Nadan qanmaz, ha bizlə
Səhvinə sus, ha izlə
Varını kimsəsizlə
Bölənə bərəkallah.
***
Sevgi ruhun sərvəti
Eşqsiz cücərməz qəti
Qəlbdən kini, nifrəti
Silənə bərəkallah.
***
Yağı həddin aşanda
Qeyrət kükrəyər qanda
Ana Vətən uğrunda
Ölənə bərəkallah.
23.02.2026
QOCALMA
Qəddin əyiləcək, büküləcək bel
Gözün korşalacaq, kükrəyəcək sel
Bəyaz saçlarını darayacaq yel
Qocalma.
***
Hər kəs mız qoyacaq edəcək tənə
Dişlər seyrələcək, düşəcək çənə
Çiynin çalışacaq daşa söykənə
Qocalma.
***
Dünya belə gəlib həm böhtan, həm şər
Ağzından bal çıxsa dadacaq zəhər
Bir gün büdrəyəcək mindiyin kəhər
Qocalma.
***
Nə oğul, nə də qız yetər dadına
El-oba şəbədə qoşar adına
Sonda tapınarsan öksüz qadına
Qocalma.
***
Övladlar böləcək varı-dövləti
Bəlli edəcəklər əsl niyyəti
Ruhunu yenəcək əcəl şərbəti
Qocalma.
20.10.2025
ŞƏHİDLƏR ŞƏHƏRİ
Ora hikmət nurundan ilhamlanan gur çeşmə
Ora qəhrəmanlığın çağlayan Kövsəridi.
Ora Haqqın əliylə qurulmuş ziyarətgah
Ora səcdəgah yeri, Şəhidlər şəhəridi.
***
Ora ən hündür zirvə, Allaha yaxın məkan
Oradan doğub günəş, orada ağarıb dan
Ora qürur çırağı, gül-çiçəkli, çıraqban
Ora qibləgah yeri Məkkədən irəlidi.
***
Ora qeyrət məbədi, intiqamın vüsəti
Orada and içilib, qisas alınsın qəti
Ora haqqın bərpası, namusun səltənəti
Ora ərlər dastanı, dillərin əzbəridi.
***
Ora and yerimizdi, kimliyin mərtəbəsi
Ordan ucalır göyə qəhrəmanlıq nəğməsi
Ora qeyrət məktəbi, kişiliyin ilməsi
Ora ölümsüzlərin səf tutmuş lövbəridi.
***
Ora tarix dərsidi, qızıl qanla yazılmış
Ora Haqq dərgahıdı şəhidlər binə salmış
Ora düşmən önündə hər an zəfər qazanmış
Dillərdə dastan olan xalqın şah əsəridi.
7.12.25
BAŞIMDAN UTANIRAM
Boşa xərclənir ömür
Yaşımdan utanıram.
Saçlarım çal, qaş – kömür
Qaşımdan utanıram.
***
Odur dərdə batdığım
Eşq ilə “aldatdığım”
Tuşlamamış atdığım
Daşımdan utanıram.
***
Hünərim məğrur qala
Hər kəs ona mübtəla
O da “başıma bəla”
Başımdan utanıram.
6.04.2026
YAZ NƏFƏSLİYƏM
Hər sözüm-söhbətim bahar ətirli
Çiçək təravətli, yaz nəfəsliyəm.
Aqil məclisində dastanlar qoşan
Ələsgər ruhluyam, saz nəfəsliyəm.
***
Söz olub azuqəm, söz olub qidam
Onu da qeybindən bəxş edib Xudam
Həm Aşıq Alıyam, Dədə Qorqudam
Sözdü səltənətim, söz nəfəsliyəm.
***
Mənəm bu dağların basılmaz nəri
Mənəm ən qiymətli sözə müştəri
Mənəm alovlanan min ildən bəri
Ocaq hərarətli, köz nəfəsliyəm.
***
Səbr elə, pəl vurma sözə anında
Əyilmə ədalət imtahanında
Mete Xan qanı var coşqun qanımda
Xətai nərəli, iz nəfəsliyəm.
***
Ötərxan Eltacam söz ruhun təbi
Yolum ibrət dolu, həyat məktəbi
Arif elm öyrədər, aqil ədəbi
Verər dizə təpər, diz nəfəsliyəm.
27.04.2026
ÇİÇƏKLƏR MAYALANSIN
Yanında hər gözəlin
İtər qiyməti ləlin
Mənə uzanmır əlin
Barı Haqqa uzansın.
***
Ey şux nazənin afət
Sevgidən qur imarət
Varsa qəlbində nifrət
Odda, atəşdə yansın.
***
Eşqindən olum dəli
Həyat olsun gülməli
Nə desən, deyim bəli
Ürəyimiz calansın.
***
Yaşamayaq dərd ilə
Eşqimiz batsın gülə
Adımız düşsün dilə
Qulaqda sırğalansın.
***
Ömür şərəf, ömür şan
Bəxş eləyib Yaradan
Libas geyək abırdan
Baxanlar həyalansın.
***
Sarban atını sürsün
Karvan keçsin, it hürsün
Tanrı tozu üfürsün
Çiçəklər mayalansın.
28.04.2026
SÖZ BAŞA DÜŞSƏ
Üzünü söykəməz üzünə daha
Üzsüzün üzünü, üz başa düşsə.
Namərdin önündə bir yaltaq kimi
Əyilməz, qatlanmaz diz, başa düşsə.
***
Sözdə cəsarət var, sözdə var hünər
Sözə ehmal yanaş, söz ürək dələr
Ayaq yorulanda başlar dincələr
Söz ayağa enməz, söz başa düşsə.
***
Lazımmı tamahın nəfsini öpə
İştah xırıd edə, qarınlar köpə
Alov aşiq olar quru çör-çöpə
İçin-için yanmaz köz, başa düşsə.
***
Aqilin sözünü dinlə, qulaq as
Qoy olsun əlində məntiq və əsas
Əndama tən gəlsə əbrişim libas
Xəcalətdən solar bez, başa düşsə.
***
Sözdən söz yaratma, yükləmə filə
Yol yaxın olsa da, çatmaz mənzilə
Meydanda rəqs edər qurd quzu ilə
Hər Adəm övladı söz başa düşsə.
***
İstər qul ol, bəy ol, istərsə padşah
Haray qoparacaq köksündəki ah
Dəyərin, qiymətin itirər vallah
Yersiz söylənilən söz, başa düşsə.
***
Ötərxan, dağa bax, zirvəsində qar
Yüz il yaşamağa eyləyər israr
Qəlbinin səsini haqqa çatdırar
Cığır başa düşsə, iz başa düşsə.
15.05.2026
LAÇIN QEYRƏT TACIDI
Qar əriyib səslənir
Çaylara axmaq üçün
Yağış da həvəslənir
Laçına yağmaq üçün.
***
Burda quşlar nəğməni –
Qoşur, ağarmamış dan
Çör-çöp, kol-kos, daş, qaya
Məmnundu öz halından.
***
Dağlara bax, məst olub
Çiçəklərin ətrinə
Günəş də tez oyanır
Arıların xətrinə.
***
Burda təb cuşa gəlir
Çəmənlərin şehindən
Könüllər məlhəm tapır
Sübhün xəfif mehindən.
***
Ağaclar qürrələnir
Laçının havasında
Daşlar əli xınalı
Çəmən toy libasında.
***
Sanki ustad aşıqdı
Şırıltısı çayların
Dağlar məhək daşıdı
Vəfanın, etibarın.
***
Laçın qeyrət tacıdı
Ömrümün səltənəti
Laçın həya libasım
Vicdanımın taqəti.
29.06.2026

