Ortaq türk dili üçün tərcümələr

“Kirimin sesi”ndə bir şeir oxudum.Vətən həsrətli şeirdir.Məni yaman tutdu.Azərbaycandilinə uyğunlaşdırmaq istədim. Alınmadı.Görünür,tərcmədə hələ də çoxlarının bilmədiyi nəsnələr çoxdur. Amma yenə də fikrimdən əl çəkmədim.

***
Mən həmişə deyirəm ki, Azərbaycanın ilk Xalq şairi S.Vurğunun “Azərbaycan” şeirininrus dilinə tərcümə edilmiş heç bir variantı, heç bir tərcüməsi orijinala uyğun gəlmir.

Doğrudur, iş görülüb,zəhmət çəkilib, amma  unutmayaq ki, hər bir tərcümə orijinal əsərsahibinin  yurdunun,obasının pasportudur, vizit vərəqidir. 


Sovet dövründə adlı-sanlı şairlərin dırnaqarası tərcümələri həmişə alqışlarlaqarşılanmışdır. Bəlkə də bu, dövrün siyasi sifarişi idi.


Tərcümə işimizdə indi də özbaşınalıqdır.Kim necə istəyirsə,elə də tərcümə edir.


Şəxsən mən,Nizami Gəncəvinin farscadan Azərbaycan dilinə tərcümələrinin çoxunun keyfiyyətindən çox narazıyam.Nizaminin əsərlərinin tərcüməsinə yenidən başlanılmalıdır.Azərbaycanda bu sahənin biliciləri çoxdur.Onların bilik və bacarıqlarından,poeziya  maraqlarından  təəssüf ki, səmərəli istifadə olunmur.


Biz Nizaminin adından quraşdırılmış süni nəzm parçalarını oxumağa məcburuq. Amma oxuduqlarımızı yenidən fars dilinə çevirsək,yəqin ki, gülməli vəziyyət yaranar.


…Vaxtilə S,M.Kirovun adı yapışdırılmış Azərbaycan Dövlət Universitetinin

qiyabi filologiya fakültəsində  bizimlə oxuyan tələbələrin cərgəsində rus dilindən bədii

tərcüməyə meyilli iki tələbə yoldaşımız var idi- İsa Cavad oğlu Əliyev və Natiq

Səfiyev.

Çoxumuz  sonuncu kursadək onların tərcüəçilik fəaliyyətindən xəbərsiz olduq.

İsa -Məhəmməd Peyğəmbər haqqında bir kitabı tərcümə etmişdi….O vaxtlar İsa Əliyevin

bu tərcüməsi əlyazması şəklində  ziyalılar arasında geniş yayılmışdı. Lakin İsa filoloji

təhsilini başqa səmtə yönəltdi.Tərcüməçilik bu sahədə də onun karına çatırdı.

Digər tələbə dostuuz Natiq Səfiyev də sonralar yaxşı təcüməçi kimi tanındı.

Tərcümə işi – dərin düşüncəli,yüksək təfəkkürlü insanların işi olmalıdır.Tərcüməçi ən azı

iki dilin incəliklərinə  bələd olmalıdır.Sətri tərcümədən tərcüməhər  özünü

doğrultmur.Bədii ətrcümədə ftazeoloji vahidlərin uyğun variantlarından ən uğurlusu

seçilməlidir.
 

Əlbəttə, klassik əsərlərin qəbul olunmuş başqa tərcümə prinsipləri də var.

 
Mən İ.A.Krılovun təmsillərinin tərcüməsinə daha çox meyilliyəm.Bəlkə də bu, Krılovun

təmsillərinin ədəbi qaynaqları ilə ilgilidir.

Bir dəfə A.S.Puşkindən bir şeiri tərcümə etmək

fikrinə deüşdüm.Alınmadı….Deməli, tərcüməçi  bildiyi mövzuya, yaradıcılığına bələd

olduğu yazıçıya müraciət etməlidir.

Zorən təbiblik kimi, zorən tərcməçilik də yolverilməzdir.


Görünür,A.S.Puşkini başa düşmək üçün şeir yazmaq dərəcəsində bir neçə dili şeir yazmaq

dərəcəsində,mükəmməl bilməlisən.


Kırım tatarlarının dilində yazılmış “Qırım qartları” şeirini də tərcümə etmkdə, Azərbaycan

dilinə uyğunlaşdırmaqda çətinlik çəkdim. Bu da təbiidir.Türk dilləri ailəsinin bütün

dillərinin leksikası  ortaq türk dilinin leksikasını formalaşmasına kömək edə bilmir.


Türkiyədən  yayımlanan və burada nəşr olunan “Kirimin sesi” hal-hazırda

bütün türk dünyasında tanınan mətbu orqandır. Ortaq türk dili  üçün onun leksikasından  

səmərəli istifadə oluna bilər.


Gəlin  bu şeiri –  “Qırım qartları” şeirini hərəmiz- hər bir türk elinin vətəndaşı,  öz

dilimizə tərcmə edək,uyğunlaşdıraq.

 Qeyd.   Hər bənddən (kupletdən ) sonrakı misralar  tərcümədir,  iki uduzla işarə olunur.


******

Başladıq….


Qırım Qartları- Kırım qocaları ( *mən qart sözünü işlərmədim.Qart-Azərbaycan dilində

həddindən çox qöcalmışa deyilir.-N.N.)



Kirimin sesi   25 Kasım 2018  Mammet Beşikçi,

Qartlar-**Qocalar,ay qocalar…


Qartlar keteler namazğa,
Siya qalpaq başlarında.
Qaytıp gurbetlikten
Altmış-yetmiş yaşlarında.

**Qocalar namaz qılır,
Qara papaq başında…
Qürbətdən gəlib onlar
Altmış-yetmiş yaşında.

*****

Kozleri qurumasa da yaştan,
Gurbetlikni attılar baştan.
Olar kene çalışalar,
Ev quralar yañı baştan.

**Gözləri hələ nəmli,
Qürbətlik çıxıb başdan..
Yenə çalışır onlar,
Lap səhərdən,obaşdan.

*****

Şu qartlar umütsiz yaşamadı,
Olar raat otmek aşamadı.
Elli-altmış yıl horlansa da,
İç birisi vatanını unutmadı.

**Yaşadılar ümidlə
İraq-vətən olmadı.
Uzun illər keçsə də,
Vətən unudulmadı.

*****

Balalıqta sürgün etildiler,
Qartayıp qaytıp keldiler.
Er birisi oz yurtnı-koyuni
Kozyaş ile barıp kordiler.

**

Sürüldülər uşaqkən,
Qocaldılar,döndülər…
Doğma yurdu,obanı 
Gözü yaşlı gördülər.

*****

Kene de Qırım qartları
Şukür etip yaşaylar.
Çekken horluqlarınıñ
Boten olğanına şaşaylar.

**

Yenə Kırım dərdləri…
Yaşayırlar şükürlə…
(Ürəyimdə nə qədər,
Dövr eləyir fikirlər)…
P.S.Axıncı iki misranın mənasını aydınlaşdıra bilmədim,fəhmlə yazdım.

********************

Mammet Beşikçi

Tərcümə-uyğunlaşdırma  (Nazim Nəsrəddinov)

Qartlar-**Qocalar,ay qocalar…


**Qocalar namaz qılır,
Qara papaq başında…
Qürbətdən gəlib onlar
Altmış-yetmiş yaşında.

**Gözləri hələ nəmli,
Qürbətlik çıxıb başdan..
Yenə çalışır onlar,
Lap səhərdən,obaşdan.

**Yaşadılar ümidlə
İraq-vətən olmadı.
Uzun illər keçsə də,
Vətən unudulmadı.

**Sürüldülər uşaqkən,
Qocaldılar,döndülər…
Doğma yurdu,obanı 
Gözü yaşlı gördülər.

**Yenə Kırım dərdləri…
Yaşayırlar şükürlə…
(Ürəyimdə nə qədər,
Dövr eləyir fikirlər…)…

P.S.Axıncı iki misranın mənasını aydınlaşdıra bilmədim,fəhmlə yazdım.

Mammet Beşikçi

Ortaq türk dili üçün tərcümələr” için bir yorum

  • 8 Kasım 2019 tarihinde, saat 11:08
    Permalink

    ..Vaxtilə S.M.Kirovun adı yapışdırılmış Azərbaycan Dövlət Universitetinin
    qiyabi filologiya fakültəsində bizimlə oxuyan tələbələrin cərgəsində rus dilindən bədii tərcüməyə meyilli iki tələbə yoldaşımız var idi- İsa Cavad oğlu Əliyev və Natiq Səfərov.
    Çoxumuz sonuncu kursadək onların tərcüəçilik fəaliyyətindən xəbərsiz olduq.
    İsa -Məhəmməd Peyğəmbər haqqında bir kitabı tərcümə etmişdi….O vaxtlar İsa Əliyevin bu tərcüməsi əlyazması şəklində ziyalılar arasında geniş yayılmışdı. Lakin İsa filoloji təhsilini başqa səmtə yönəltdi.Tərcüməçilik bu sahədə də onun karına çatırdı.
    Digər tələbə dostuuz Natiq Səfərov da sonralar yaxşı təcüməçi kimi tanındı.
    09.11.2019
    P.S.Yazıda tələbə dostumuzun birinin soyadı səhv yazılmışdır.
    Doğru variantı-Natiq Səfərovdur.

    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest