Orhan Arasın Azərbaycana köç edən Almanlar haqqındakı “Helenendorfun sonuncu şahidi” kitabı Qanun Nəşrlər Evində çap olundu.
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Orhan Arasın Azərbaycana köç edən Almanlar haqqındakı “Helenendorfun sonuncu şahidi” kitabı Qanun Nəşrlər Evində çap olundu.
Almaniyada yaşayan məşhur yazıçı Orhan Arasın “Helenendorfun sonuncu şahidi” adlı kitabında 19-cu əsrin əvvəllərində Qafqaza köç edib gəlmiş Almanların Azərbaycan ərazilərində qəsəbə və kəndlər salaraq üzümçülük və kənd təsərrüfatı işləri ilə məşğul omaları və onlarınsonrakı taleyindən bəhs edir.
Gəncə yaxınlığındakı Helenendorf qəsəbəsində, Qazax rayonunun kəndlərində alman əsilli insanlarla görüşlərində insan taleləri, onların həyata olan sevgiləri və faciəli sonluqları ağrılı şəkildə təsvir olunur.Sonuncu alman olan Sami ilə görüşlərində müəllifin qələmə aldığı söhbət səhnələrini oxuduqca acı taleli bu mavi gözlü zavallı insanların arzu və istəklərinin soyuq Sibir çöllərindəsona yetməsini ağrısız təsəvvür etmək olmur.
Birinci Qarabağ müharibəsində Şuşadan köçkün düşən tarix müəlliminin də taleyindəki ağrılı naxışlar alman əsilli Saminin taleyi ilə üst-üstə düşür.Əsərdə Azərbaycanın zəngin təbiyyəti, insanların qonaqpərvərliyi, mənəvi dəyərlər, tolerantılq dəyərləri qabarıq şəkildə təsvir olunur. Kitabı Türkiyə türkcəsindən dilimizə şair-publisist nazim Əhmədli uyğunlaşdırıb.