On bir ilin son zəngi – bu günlərin ahəngi

 Son zəngə az qalir

On bir ilin son zəngi – bu  günlərin ahəngi

Qiymət qalmaqalı olurdu bəzən,
Etalon bir idi – “beş” idi ancaq.
Kimisi-üstyankar, sözdə, söhbətdə,
Kimisi qürurlu, kimsə -utancaq.

*

Vardı ərköyünü,  dalaşqanı da
Amma dururdular öz sərhəddində.
Bunların dili çox meydan açmağa 
Ədəbli idilər söz sərhəddində.

*

Çoxunun seçimi coxdan bəlliydi,
Bax,bu,Edinburqdur,bu da Aberdin.
Şagird müəllimi ötüb keçəndə-
Gərək deyəsən ki, yoxdur bir dərdim…

*

İstanbul,Ankara -yarış yerləri,
Hər yarış onlara böyük zəfərdir.
İndi daha məşhur uğur sədası 
Bilik meydanından gələn xəbərdir.

*

İndi həkim olmaq dəbdən düşübdür,
Həkimlər hamısı baş həkimdir ki…
Adi hüquq indi-beynəlxalq hüquq,
Heç kəs öyünməkdən çəkinmir indi.

*

Babanın,  atanın, ananın dili,
Aydın məsələdir- düşüncəmizdir.
İngilis dilində şeir yazmaqsa,
Adi həyat tərzi -əyləncəmizdir.

*

Kimi’sə yerində susdurmaq üçün,
Onun dilin bilmək qələbəmizdir.
Dil ki var,açardır min siyasətə,
Dilin var, deməli, yolun təmizdir.

*

Bizim dövr başqa,bu dövr başqa,
İndi- başqa əsr,başqa qərinə…
Təlatüm edirlər bircə him ilə,
“Düz danış”, söyləsən,desən birinə.

*

Elə bilirlər ki,hər sözləri – düz,
Qabaq “mən” deyənər, indi deyir -“biz”
Birinci -birdə də,. son sinifdə də….
Hər ildə yüz zəfər, hər ildə min iz.

*

Siz ey birincilər- onbirincilər,
Həmişə birinci – ən  birincilər,
Uğurlar,uğurlar,yenə uğurlar…
Bu ilin sonunda -son birincilər….

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi.türkoloq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest