GenelGüncelKültür Sanat

NÖVBƏTİ GÜN… – Hekaye – ETİBAR ƏBİLOB

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

ETİBAR ƏBİLOB

NÖVBƏTİ GÜN…

              Hekayə

“Qobu” adlanan göl şose yolunu iki hissəyə bölmüşdü. Bu yol onu birbaşa iş yerinə aparırdı.Yol sanki hamıdan gizlənmək istəyən adama bənzəyirdi.Bu yoldan adamlar az istifadə edirdilər.Kərimin yaşadığı kəndlə,işlədiyi şəhəri bir-birindən bu kiçik göl ayırırdı.Əslində kənddən şəhərə iki yol var idi.Biri köhnə sakinlərin “Qatar yolu” adlandırdıqları (hasansa bu yol həqiqətən də qatar yolu olub)  və indi Kərimin işə gedib gəldiyi yol,digəri isə kəndin günbatan tərəfindən keçib gedən və həmişə də izdihamlı olan əsas yol.Əsas yoldan şəhərə hər yarım saatdan bir marşrut avtobus da işləyirdi.Amma Kərim işə əsasən həmin köhnə qatar yolu ilə gedib gəlirdi.Kərimim işə bu yolla gedib gəlməsi,yolun ədatən adamsız,sakit olmasına görə idi.

   Kərim hər gün işə,bəzən də atasıgilə bu yolla gedib gələrdi.Kənardan ona diqqətlə baxan olsaydı Kərimin öz- özü ilə söhbət etdiyininin şahidi olardı.Kərim bu adamslz yolda 4 il 10 ay bindan əvvəl vəfat etmiş oğlu ilə “söhbət” edirdi.İş yerində belə imkanı təbii ki,olmurdu.Evdə isə adətən,gecələr,yatağına uzanandan sonra,oğlu ilə xəyali söhbətlər,görüşlər qururdu…Xəyalən oğlu ilə birlikdə Bakıya gedirdi,birlikdə Şəhidlər xiyabanında olurdular,oğlunun kirayə qaldığı evdə çay içirdilər…yaxud oğlunun işlədiyi Akademiyaya gəlirdi,akademiyanın qarşısında oğlu onu qarşılayırdı…Yaxud,oğlunun Bakıdan gəlişini səbitsizliklə gözləyirdi.Həyat yoldaşı  bir gün əvvəl etdiyi bazarlıqdan cürbəcür yeməklər hazırlayardı.Kərim tez-tez o vaxt yenicə aldığı mobil telefonla oğluna zəng edirdi.Oğlu “RAF”da olduğunu bildirərdi.”RAF”  hansı kəndin,yaxud qəsəbənin ərazisində olardısa Kərim həmin qəsəbə,yaxud kənd ilə öz kəndlərinin arasındakı məsafəni hesablayardı.Demək oğlunun evə gəlib çatmasına hələ saat yarım var…Bu saat yarımı o necə dözəcək…Həyətdən evə gəlməzdi.Dönə-dönə küçəyə çıxmaqdan yorulmazdı…Nəhayət oğlu gəlib çıxardı…Və Kərim,Kərimin həyat yoldaşı bu vaxt dünyanın bəxtəvəri olardılar.Çay süfrəsi arxasında söhbət edərdilər.Oğlu şirin-şirin danışar,onlar maraqla qulaq asardılar.

    Bu xəyali söhbətlər,”görüşlər” 5 ilə yaxın idi ki,beləcə davam edirdi.Bu vəziyyət Kərimə az da olsa toxdaqlıq verirdi…Düzdü,bilirdi ki,oğlu yoxdur,olmayacaq,bilirdi ki,əslində özü-özünü aldadır…Amma Kərim neyləməli idi ki?.. Başqa  çıxış yolumu vardı?..Özünü beləcə aldatmasaydı,həyatı daha da dözülməz olmazdımı?

   Hər cümə günü Kərim kəndin günbatanında olan qəbristana gedərdi.Kəndlə qəbristanın arası piyada təxminən 45-50 dəqiqəlik yoldu.O yolu da tək getməyi xoşlayırdı.Bəzən qəbristana-doğmalarının,əzizlərinin ziyarətinə gedənlər,onun üçün maşınlarını saxlasalar da,Kərim həmin maşınlara minməzdi.Oğlu ilə xəyali söhbətlər qəbristan yolunda da davam edərdi.Elə bil oğlunun məzarı üstünə yox,onun iş yerinə,yaxud kirayə qaldığı evə gedirdi.Qəbristana yaxınlaşdıqca,oğlu ilə xəyali söhbət hiss olunmadan düşüncəsini tərk edərdi.Elə ki,böyük qəbristanlığın ilk başdaşlarını görürdü-elə bil Kərimin ruhi dünyasına bir vəhşi canavar daxil olurdu.Həmin vəhşi canavar onun ruhuna elə əzablar,işgəncələr verirdi ki…Ruhun ağrısı dəhşətli olur…

   Oğlunun baş daşındakı şəklinə baxa  bilmirdi.Şəkil elə canlı çıxmışdı ki…Şəklin bircə dili yox idi ki,danışsın…

   Gerçək dünya ilə xəyalı dünya arasında hansı fərqlər olur? Bu haqda heç düşünməyə dəyməz.Kərimin gerçək dünyası amansız,dəhşətlə dolu idi…

   Xəyali dünya isə şirin yuxuya bənzəyirdi.Qısa çəkən şirin yuxuya…

   Molla “Yasin”i oxuyub qurtarana qədər,Kərimin düşüncələri sanki iflic olurdu…Hiss edirdi ki,baş verənləri çox yox,5 qəqiqə olduğu kimi fikirləşsə havalana bilər.Kərimə elə gəlirdi ki,həyatındakı dəhşət dolu gerçəklikləri sürəkli olaraq fikirləşməməkdə,Allah özü ona köməkçi olur.Düzdü,böyük dərd ömürlük olaraq onun ruhuna hopmuşdu- çəkdiyi əzabların izləri onun sifətinə,danışığına,yerişinə,davranışına…hopmuşdu…Amma Kərim daxili müvazinətini saxlayan hansısa bir qüvvənin olduğunu hiss edirdi ki,o qüvvənin adı,şübhəsiz ki,Allah idi…

   Qəbristandan geriyə də piyada qayıdardı.Yenə də oğlu ilə xəyali ünsiyyət…Oğlu təzə məqalə yazıb,məqalə hansısa qəzetdə çap olunub,həmin    məqaləni oğlu onun üçün oxuyur….Başqs cür yaşamaq  mümkün deyildi sadəcə…

   Bir ay bundan əvvələ qədər,yəni oğlunun vəfatından 4 il 9 ay ötənə qədər vəziyyət belə idi…Bir ay bundan əvvəl Kərim hiss elədi ki,oğlu ilə xəyali söhbətləri əvvəlki kimi alınmır.Oğlu ilə xəyali görüşləri,söhbətləri get-gedə öləzəyirdi…Oğlu ilə xəyali rabitə tez-tez itirdi.Kərim həmin rabitəni heç cür bərpa edə bilmirdi.

   Oğlunun tez-tez işlətdiyi,özünəməxsus bəzi sözlərini də unutmuşdu.Vaxtında yazmaq istəyirdi oğluna məxsus olan o sözləri.Həmin sözləri yenə də ciddi-cəhdlə yadına salmaq istəyirdi.Bir neçəsi yadına düşmüşdü də…

   “Bilmirəm” əvəzinə oğlu “bilmənəm”deyirdi.

   “Nə olar?”  əvəzinə “Nolanda” sözünü işlədərdi…Sonra…Yox,yadına sala bilmirdi…Artıq yaddaşı da korlanmışdı…

   …İndi  işə gedərkən həmin o qatar yolunda,oğlu ilə xəyali danışığa cəhd edirdi…

   Cəhdi alınmırdl.

   Gecə yatağına uzananda,xəyalən,oğlu ilə həyətlərində çay süfrəsi arxasında söhbət etmək istıyirdi…

   Yox,mümkün olmurdu…Yox,oğlunun xəyalı ondan küsə bilmızdi.Oğlunun ruhunu küsdürəcək hərəkət eləməmişdi Kərim.

   Kərim əzab çəkirdi,Kərim ağrıyırdı,dəliyə dönürdü…Oğlu ilə xəyali rabitənin kəsilmə səbəbini fikirləşirdi…Nəhayət həmin amansız,dözülməz gecələrin birində Kərim oğlunun xəyali ilə niyə əlaqə yarada bilməməsinin səbəbini tapdı.

   Oğlu 4 il 10 aydır ki,vəfat edib.O vəfat edıkdə Kərimin 51yaşı var idi.Oğlu 25 yaşında dəyişdi dünyasını.İndi Kərimin yaşı 55-i keçib.Oğlu yaşasaydı yaçı 30-a yaxın olacaqdı.Ata 55 yaşını keçib.Oğlu isə beş ilə yaxındlr ki,25 yaşında qalıb,həmişə də bu yaşda qalacaq…Kərim 4 il 10 ay bundan əvvəlki Kərim deyil.Düşüncəsi,dünya görüşü,həyata baxışı,hətta danışığı,hərəkətləri,xarici görünüşü, zahiri dünyası tamam dəyişib.Oğlu isə elə 25 yaşında qalıb.Kərim əslində yaşı 30-a çatan oğlu ilə xəyali söhbətlər etməlidir.Amma oğlunun 30 yaşda necə olacağını təsəvvür edə  bilmirdi Kərim.Bəlkə bir qədər də ağır təbiətli olardı.Ya bəlkə əvvəlkindən fərqli olaraq bir qədər zarafatcıl olardı.Bəlkə indi bir qədər arıqlamış olardı.Yaxud da əksinə…Bu vaxt ərzində sözsüz ki,evlənmiş olardı oğlu.Uşaqları dünyaya gələrdi.Qayğılarının ünvanı da dəyişmiş olardı…Atasının-yəni Kərimin adını oğluna verərdi.Anasının adını verərdi qızına…İndiyə yəqin söhbətlərinin mövzusu da başqa olardı.

   Səbəb bu idi şübhəsiz .Kərim,yaşı 30-a çatmış oğlunu heç cür xəyalında canlandıra bilmirdi.Və bu əslində mümkünsüz idi…Kərim acı,buz kimi soyuq hıqiqəti dərk edib qeyri-ixtiyari olaraq səssizcə ağladı.Qorxa-qorxa yanında yatmış xəstə həyat yoldaşına baxdı.Yoldaşı yuxuya yenicə getmişdi.Kəsik-kəsik nəfəs alırdı.Kərim həyat yoldaşına görə narahat oldu.Ürəyində -Kaş yuxudan oyanmayaydı- dedi.Çünki həyat yoldaşı yuxudan oyansaydı səhərə qədər yata bilməyəcəkdi.Oğlundan sonra “şəkər”, “təzyiq” tapan həyat yoldaşı,axır vaxtlar əsəb xəstəliyindən də əziyyət çəkirdi.

   Növbəti bir gün gəlirdi…

                  Neftçala,  aprel 2024.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest