GenelGüncelKültür Sanat

Nizami Gəncəvi yaradıcılığında multi kulturalizm və tolerantlıq nümunələri

Nizami Gəncəviyaradıcılığında multikulturalizm və tolerantlıq nümunələri

İnsan övladının yer üzərində bərqərar olunmasından bu günümüzə qədər insarlar biri-birlərindən təcrid olunub, ayrı-ayrılıqda yaşaya bilməyəcəklərini dərk etmiş,könüllülük prinsipi və öz istəkləri ilə fərqlimillətlərə,fərqli dinlərə mənsub insanlarla əlaqələr yaratmışdır.Müqəddəs Qurani-Kərimdə də bəşər övladları arasında bu əlaqələrin qurulmasına çağrış olaraq Hucurat surəsinin 13-cü ayəsində buyurulur ki,“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır”.

Azərbaycan ərazisində mulitikuluralizimin,tolerntlıq dəyərlərinin qədim tarixi, dərin ənənələri vardır. Tarix boyu Azərbaycan ərzisində müxtəlif xalqlar,fərqli etnik quruplar,müxtəlif mədəniyyətlərə sahib insanlar birgə yaşamış,tanışlıq və dostluq əlaqələri qurmuş, iqtisadi,mədəni və sosial bağlılıqlar yartmışdır.

 Bu ənənələr və dəyərlər Azərbaycan ədabiyyatının bütün mərhələlərində,bütün yazılı və şifahi folklor nümunələrində öz əksini tapmışdır. Azərbaycanın görkəmli mütəfəkkirlərin, ədib  və şairlərinin  əsərlərində multikultural ideyalar ,tolerantlıq nümunələri müsbət obrazlarda vəsf edilmişdir. Bu nümunələrin formalaşmasında xalqımızın milli mental xusisiyyətləri əhəmiyyətli rola malikdir.Əlbətdə ki, Azərbaycan xalqqının həyatında bu dəyərlərin formalaşmasında ilk olaraq Türk-Oğuz mədəniyyətinin sonra isə İslam dəyərlərinin dərin təsirləri olmuşdur.

Milli mədəniyyətimizin ən qədim nümunəsi olan “Kitabi-DədəQorqud” dastanında multikultural dəyərlərin nümünələri açıq şəkildə təhkiyyə olunur. Dastanın “Qanlı Qoca oğlu Qanturalı” boyunda qəhrəman evlənmək üçün -“Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadan ol turğac gərək! Mən qaraqoç atıma binmədən ol binmək gərək!” Beləliklə Qanturalı Trabzonun xristian başçısının qızı, sarı donlu Selcan xatunu seçir. Oxucu Oğuz bəyləri üçün bu dini mənsubiyyətin heç bir mənada mənfi qarşılanmadığını dastanda açıq–aşkar görür.Dastan boyu Selcan xatuna dini inancından ötrü heç bir ögeyliyin nümayiş olunmaması təhkiyyə edilir.

            Azərbaycanın yeni dövr ədəbiyyat nümünələrindən sayılan və 30-dan çox xarici dillərə tərcümə olunaraq dünya oxucusularının marağına səbəb olmuş “Əli və Nino” romanı da məhəbbət janrında yazılmasına baxmayaraq,XX əsr Azərbaycanın ictimai-siyasi hadisələrinə dərindən nəzər yetirmişdir.Bu kitab Azərbaycan xalqına xas multikultural və toleranthəyat tərzini özündə bütün incəlikləri ilə təbliğ edən bir əsərdir. Qurban Səidin yazmış olduğu bu əsər müsəlman azərbaycanlı Əli ilə gürcü qızə Ninonun məhəbbət hekayəsinin təsviridir.

Heç şübhəsizki, orta əsrlər Azərbaycan poetik məktəbinin nümayəndələrinin də əsərlərindəümumbəşəri dəyərlərin,multikultural və tolerantlıqnümunələrinin təbliği məslələri başlıca yerlərdən birini tutmüşdur.

Təsəvvüf etiqadlı,müdrik filosof,dünya şöhrətli,dahi Azərbaycan şairi Nizami Gəncəvinin bədii yaradıcılığında ən gözəl nümunələr sayılan əsərləri ümumbəşəri dəyərlərin təbliği və təşviqi məsələsində xüsusilə fərqlənir. Müdrik şairin yaradıcılığına əsasən deyə bilərik ki, onun ümumibəşəri dəyərləri tərənnüm edən əsərlərində multikultural nümunələr və tolerantlıq dəyərləri kifayət qədər çoxdur. Əsərlərinin qəhrəmanları arasında fərqli dinə,fərqli etiqada və fərqli irqlərə mənsub insanları vəsf edir vəheç bir ayrıseçkilik qoymadan öz qəhrəmanlarının misalında kamil insan obrazlarını yardır.

AMEA-nın vitse-prezident, akademik İsa Həbibbəyli“Ədəbiyyat fatehi və əbədiyyətin fəthi” adlı elmi məqaləsində dahi mütəfəkkirin dühası və əsərlərinin cahanşümullüyi barədə qeyd edir ki, “Nizami Gəncəvi dünya intibah mədəniyyəti təfəkkürü üçün xarakterik olan əsl universal zəka nümunəsidir. Bir çox dünya dillərini, dəqiq elmləri və təbiət elmlərini dərindən mənimsəmiş, həm də geniş ədəbi dünyagörüşə, qeyri-adi bədii istedada malik olan Nizami Gəncəvi miqyası intibah standartlarını aşan, Renessans (yenidən doğulma) üçün yeni çağırışlar meydana qoyan ölçüyəgəlməz bir reallıqdır. Elmi-ədəbi biliklərinin universallığına görə Nizami Gəncəvi Azərbaycanın Aristotelidir”.

Mərakeşli professor Məhəmməd Fəqiri ölkəsində nəşr etdirdiyi,“Nizami Gəncəvinin Ziyafətində” adlı məqaləsindədahi mütəffəkirin bədii-mənəvi zənginliyindən söz açaraq qeyd edir ki, “Nizaminin mühüm xüsusiyyətlərindən biri həyatı sevməsi, insan ləyaqətini müdafiə etməsi olub. Onun bütün əsərləri hər hansı millətə deyil, bütünlükdə bəşəriyyətə aiddir. Nizami əsərləri, poemaları ilə insaniyyətin yeni mərhələsinin əsasını qoyub. Ərəb şeirlərindən də təsirlənmiş Nizami Gəncəvizamana sığmayan dahi şəxslərdən sayılır.

Bu gün Nizami Gəncəvi ilham mənbəyidir. O, sülhə, qarşılıqlı anlaşmaya, plüralizmə, təcrübə mübadiləsinə əsaslanan fəlsəfənin sahibidir. Şair hər zaman tolerantlıq və dialoqa çağıran prinsiplərə, dəyərlərə inanıb, plüralizmi insan hürriyyətinin əlamətlərindən hesab edib. Nizami birgəyaşayış və anlaşma kimi dəyərləri önə çəkib, dünya tarixi və mədəniyyətində iz qoyub. Onun dəyərini bilənlər qeyd edirlər ki, Nizami saray şairi yox, əksinə xalqın şairi olub, insanların qəlblərində yaşayıb, zamanlar və məkanlar arasında güclü körpülər qurub. Onun şeirləri və əsərləri zaman və məkan hüdudlarını aşır”.

Misirin üçüncü ən qədim universiteti olan İbrahim Paşa Universitetinin professoru, Abdulmonin Muhəmməd Həsəneyn, Nizami Gəncəvi-fəzilət şairi (dövrü,həyatı, şeirləri) adlı ikicildlik disertasiya mövzulu əsərində dahi mütəfəkkirin yaşayıb yaratdığı dövrdə təsəvvüf fikr məktəbinin Nizami Gəncəvinin həyat və yaradıcılığına təsirləri haqqında bildirir ki:

“Həmin dövrdə baş verən siyasi təlatümlər dini qarışıqlığa gətirib çıxarmışdır. Müsəlman dini məzhəbləri və fərqli təriqətlərin ardıcılları arasında üzun sürən çəkişmələr baş verirdi. Bütün bunlar öz növbəsində düçüncə qarışıqlıqları yaradır, müsəlmanlar arasında təfriqə və təəsübkeşlik burulğanlarını yaradırdı.Bu burulğanlar araşdırmamızın mövzusunu əhatə edən hicri tarixinin VI (miladiXII) əsrində ən yüksək zirvəyə çatmışdır. Lakin bu burulğandan kənarda yeganə fəlsəfi cəriyan qalmışdır ki, o da Sufilikidi. Belə ki, Təsəvvüf məktəbinin ardıcılları, gözəl əxlaq,iffətli davranışları və sağlam fikirləri ilə seçilirdilər. Həmçinin Sufiliyin düşüncə üfüqləri başqalarından, təəssübkeşlərdən daha geniş idi. Bu da onlara daha çox insanın sevgisini qazandırır , cəmiyyət arasında nüfüzlarının artmasına və güclənməsinə səbəb olurdu”.

Misirli professor Abdulmonin Muhəmməd Həsəneyn Nizaminin həyatı və dini dünya görüşü barədə qeyd edir ki: “Nizaminin şeirlərinə istinad edərək deyə bilərik ki, o tamamilə dini inanclı,möminanə bir həyat yaşamışdır. O məhz yaşadığı Gəncə şəhərinin ictima-dini həyatından təsirlənmişdir. Bunu özü də təsdiq edərək, gənclik illərindən bəri dini-imanlı həyat yaşadığını qeyd edir.“Yeddi Gözəl” əsərində vurğulayır ki: Gəncliyimdən bu yana Sənə yaxınlığımı dərk etdiyim üçün Səndən savayı heç kəsin qapısında dayanmadım”.

Əminliklə deyə biləri ki, müdrik filosof Nizami Gəncəvi İslam mədəniyyətinin,müsəlman cəmiyyətinin yetişdirdiyi  təkrarsız şəxsiyyət, böyük təsəvvüf alimidir.Müdrik şairöz əsərlərində müqəddəs Qurani Kərimin təlimlərinə əsasən insanları tək Allahlığa çağırır,xüsusiləHəzrəti Məhəmməd peyğəmbərin sevgisinə dəvət edirdi. Əsərlərindən də göründüyü kimi böyük təsəvvüf bilicisi, ŞeyxNizami izdivaya çəkilərək günlərlə Allah Talanızikr edər, təffəkür və təəmmül içərisində Uca Yaradana ibadət edirdi. Onun mənəvi duyğuları, fikir və düşüncələri bütünlükləQurani-Kərimin ayələrindən , peyğəmbərin hədislərindən yoğrulmuçdur.

Fikirmizcə dahi mütəfəkkirn və əsərlərininbirçox müsəlman təsəvvüf alimlərindən və onların əsərlərindənfərqli cəhətləri ondan ibarətdir ki, Nizaminin əsərləri insanları tərki dünyalığa,təcridçiliyə deyil, həyata, həyatsevərliyə,qurub yaratmağa,mübarizliyə,zəhmətsevərliyə, əməksevərliyə və digər müsbət keyfiyyətlərə təşviq edir.Fikrimizcə dahi Nizami Gəncəvinin əsərlərindəki məhz bu xüsusiyyətlər onu digərər müsəlman təsəvvüf alimlərindən,ədiblərindənfərqləndirən əsas məziyyətlərdir. Dahi mütəfəkkir sanki bu dünyanı əbədi dünya ilə əlaqələndirir, axirət səadətini qazanmağın yollarını poetik üslublarla açıb göstərir.

Heç şübhəsiz ki, dahi mütəfəkkirimizinyaradıcılığında multikultural və tolerantlıq ideyalarının ən əsas qaynaqları Azərbaycan şifahi və yazılı ədəbiyyatından süzülən birgəyaşayış mədəniyyəti və müsəlman təsəvvüf -irfan məktəbindən qaynaqlanan ənənənələridir. Dahi şairimizin mltikulturalvə tolerantlıq nümunələrini özündə ehtiva edən ən maraqlı, ən cəlbediciəsərlərindən biri  “Yeddi Gözəl” əsəridir.Əsərdə Çin qızının, Slavyan gözəlinin, Rum qızının, Hind, Xarəzm, Məğrib (Qərb) gözəlinin dilindən deyilmiş hekayətlər, ayrı-ayrı xalqlar haqqında  ən maraqlı anlar, ən ibrətamiz hadisələridir. Dahi şair 7 fərqli irqin nümayəndələrini,7 fərqli inanca sahib qəhrəmanlarını və onların 7 coğrafi məkandan gəlmələrini yüksək bədii üslubda xüsusi vurğulayır.

Nizami Gəncəvinin “Yeddi gözəl” poeması multikultural və tolerntlıq dəyərlərini fərdin və ümumilikdə insan cəmiyyətinin mənəvi zənginliyindəki rolunu, yerini və əhəmiyyətini parlaq şəkildə nümayiş etdirir. Şairin bu əsərində müxtəlif xalqlara, fərqli millətlərə heç bir ayrı seçkilik qoymadan onların müsbət keyfiyyətə malik qəhrəmanlarını önə çəkib. Qəhrəmanlarının fərqli millətlərdən, fərqli coğrafi ərazilərdən və dinlərdən olmaları, onlarıəsərin müsbət məziyyətli qəhrəmanları olmalarına heç bir əngəl yaratmır.Nizaminin əsərində irqi mənsubiyyətindən və dini inancından aslı olmayaraq insana ehtiram təbliğ olunur.

Qurani-Kərimin təlimlərinə görə İnsan  Allah Talanın yer üzərində  yaratdığı ənmükəmməl ən möhtəşəm əsərdir.İslam fəlsəfəsində insanın yaradılışlar içərisində hər şeydən uca tutmaq düşüncəsi isə İslam dinin ən önəmli çağrışlarından biridir. İsra Surəsinin 70-ci ayəsindəAllah Təala buyurur ki,“Biz Adəm oğullarını hörmətli etdik”.

Göründüyü kimi Qurani-Kərimin ayələrinə əsasən insan Allah talanın şah əsəri kimi təqdim edilir, vurğulanır ki,Allah insanı öz sevgisindən yaratmışdır.İrfani fikirlərədə insanın insana ehtiram göstərməsinin Allah dərgahında ən yaxşı əməllərdən hesab edilir. Allah Talanın göndərdiyi səmavi elçilər, peygəmbər və əlbətdə ki, onalrın vasitəsiylə göndərilən müqəddəs kitabların hamsı insan mərkəzlidir, qayəsi kamil insan yetişdirməkdir.

Nizaminin əsərlərində bəzən də ism olaraq hansısa xalqın və yaxud dinin adını dilə gətirərək onların irqi və dini  mənsubiyyətindəki zahiri görnüşünü təqdim edir,lakin insanın daxili aləminin gözəlliyini,açıqürəkli və mətinliyini bədi üslüb vasitələri ilə qabardaraq , insana irqi və dini mənsubiyyətinə əsasən dəyər verməkdən çəkindirir.


Zəncinin zahiri qaradır, ancaq,

Sən ağzından çıxan saf sözlərə bax.

Zənci dəmir kimi qara, parlaqdır,

Üzü qaradırsa, ürəyi ağdır!

“İskəndərnamə” poeması

            Bunula da demək olar ki, dahi mütəfəkkiröz fikirlərində müqəddəs Qurani-Kərimin ayələrindən,həzrəti Muhəmməd peyğəmbərin kəlamlarından ilham aldığını açıq şəkildə ortaya qoyur. Həzrəti Muhəmməd peyğəmbərinçağrışını yüksək poetik üslübda dilə gətirir- Allah sizin görkəminizə,mal-mülkinizə deyil, qəlbinizə və davranışlarınıza baxar.Heç şübhəsiz ki, qəlbin səmimi davranış əlamətlərindən biri də, əlbətdə ki gözəl sözdür!

Dahi mütəfəkkir poetik üslubla vurğulamaq istəyir ki, insana xarici görünüşünə, rənginə,irqinə, sosial statusuna görə deyil, onun insani keyfiyyətlərinə, davranışlarına qiymət verilməlidir. Çünki insan hər yerdə insandır. Məhz bu fikirləri ilə dahi şairimiz müasir dünyada da tez tez meydana gələn milli və dini ayrı seçkiliyə qarşı çıxır.Bu da Nizami Gəncəvi yaradıcılığının ümumbəşəri  olmasını,fərqli mədəniyyət və inanc sahiblərinə multikultural və tolerant baxışların sərgilədiyini göstəriri

 Nizami Gəncəvi
Nizami Gəncəvi

Ey müsəlman,öyünmə,atəşpərəst deyilsən,

Bir günəşin eşqindın zərrəcə məst deyilsın.

Kaş ki,hindli möbidtək dərk edəsən dünyanı.

Bu dünyaya uymadan tərk edəsən dünyanı.

“Sirlər Xəzinəsi” müdrik möbidin hekayəti

Göründüyü kimi burada da dahi şair, insan əxlaqının bəyənilən davranışlarından olan sadəliyə ,səmimiliyə dəvət edir. Atəşpərəst olmdığı üçün müsəlmanam deyib təkəbbürlük,lovğalıq kimi məzmum davranışlardan uzaq durmağı,bəlağətli üslubda pooetik dillə ifadə edərək, qınayır. Dahi Nizami multikultural və tolerantlıq düşüncələrindən çıxış edərəkbəzən bir hindlini, bir müsəlman üçün əxlaq və davranış münasibətlərində nümunə göstərir.Bu dünyanı dərk etməkdə, sadəliklə yaşayıb, dünyanın aldadıcı nemətlərinə aldanmamaqda,bir hindli möbidi bir müsəlmana misal göstəriri. Şair yüksək poetik üslubla vurğulayır ki, insanın insandan müsbət keyfiyyətlər əxz etməsi üçün dini və irqi fərqliliklər heç bir əngəl törətməməlidir. Müdrik filosofunəsərlərindən süzülən,bu nümunələr Azərbaycan xalqının mühüm xusisiyyətlərindən olan tolerntliq və multikultural dəyərlərinin dərin ənənələridir.

Xüsusi ilə yada salmaq lazımdır ki, şairin “Xosrov və Şirin” poemasında qəhrəmanlarında atəşpərəstliyin,xiristianlığın, bütpərəsliyin etiqadları olsa da, Nizami öz qəhrəmanlarının dilindən insan səadətinə çatmaq üçün heç nəyin əngəl olmadığını təsvir edir.Nizami Gəncəvinin bu əsərinin qəhrəmanları türk kökənli,atəşpərəst Xasrov və xiristian dinliŞirindir.Göründüyü kimi, əsərin qəhrəmanlarının dini və irqi müxtəlifliyi, Nizamini ümumbəşəri ideyaları, multikultural dəyərləri tərənnüm edən müdrik filosof kimi təqdim edir.

Beləliklə demək olar ki, bütün əsərlərində multikultural dəyərləri,tolerntlıq ideyalarını təbliğ edən fövqəlzəka sahibi,müdirk filosof insanlar arsındakı mədəni müxtəlifliyin onlar arasında  mədəni zənginlik yartdığını təqdim etməyəçalışır. İnsanı kamilliyə çağırır və bu yolda  necə addımlamaq lazım olduğunu  dönə-dönə əsərlərində izah edir.

Qeyd etmək lazımdır ki, 2021-ci il dahi Azərbaycan şairi,müdrik filosof  və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi tamam olur. Bu münasibətlə imzalanmış Sərəncamda deyilir: “Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilsin.

 Nizami Gəncəvi
Nizami Gəncəvi

Nizami Gəncəvini həyat və yaradıcılığının öyrənilməsi və əsərlərinin bir daha dərindən araşıdırılaraq təbliğ edilməsi məqsədi ilə ölkə ərazisində ilboyu ardıcıl tədbirlər,elmi seminar və konfranslar təşkil edilir. Heç şübhəsiz ki,bu tədbirlər və fəaliyyətlər Azərbaycanın multikultural və tolerant dəyərlərə sahib ölkə olaraq dünyaya tanıdılması və cəmiyyətdə birgəyaşayış mədəniyyətinin qorunması və inkişafı üçün əvəzsizdir.

Seyid Cabbbarov,
Seyid Cabbbarov

Seyid Cabbbarov,

Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest