GenelGüncelKültür Sanat

Nərimanov rayon MKS-də “Bayrağımız – kimliyimiz, mənliyimiz və qürür mənbəyimizdir” adlı tədbir keçirilib

Noyabrın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Azərbaycan Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız – kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir” adlı tədbir keçirilib.

Tədbirdə AMEA-nın Şərqşünaslıq institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, 178, 39 və 193 nömrəli tam orta məktəbin şagirdləri, kitabxananın əməkdaşları və fəal oxucular iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü açan kitabxananın əməkdaşı V.Ağamalıyeva qonaqları salamlayaraq, Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Sonra kitabxananın əməkdaşları T.Məmmədova, S.Abbasova və V.Ağamalıyeva bayraq haqqında 4 dildə məlumat veriblər və milli kimliyimizin, mədəniyyətimizin, milli ideologiyamızın ifadəsi olan müqəddəs bayrağımız barədə videoçarx qonaqlara təqdim olunub.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirin bədii hissəsində 178 nömrəli tam orta məktəbin şagirdlərinin səsləndirdiyi şeirlər, milli rəqs nümunələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest