Genel

Mif dağılır – Fazil GÜNEY

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Fazil GÜNEY

 Mif dağılır 

Aşot Səfilyanla söhbət Mişeli sıxmışdı. Onların uşaqlığı, demək olardı ki, bir yerdə keçmişdi. Mişelgilin məhləsi Hayların Beyrutda top yaşadığı Burc Hammud rayonuna qonşu idi, aralarından bir cəddə keçirdi. Uşaqlar üçün sərhəd yoxdu, cəddənin hər iki tərəfində oynayırdılar. Böyüdükcə əlaqələri sərinləşdi, az görüşürdülər. Mişelin atasının kiçik mətbəəsi vardı, universiteti bitirdikdən sonra qəzetçiliklə məşğul olmağa başladı. Ara-sıra rastlaşanda uşaqlıq yoldaşına kitab işindən, qəzetçilikdən həvəslə danışardı. Aşotsa sirli-müəmmalı gəncə çevrilmişdi, nə ilə məşğul olması bilinmirdi. Ümumi maraqları olmadığı üçün küçədə rastlaşanda uzaqdan-uzağa əl eləyib salamlaşırdılar. Aylarla, illərlə bir-birini görmürdülər. Eşitdiyinə görə, Aşot xarici ölkələrə tez-tez gedib-gəlirdi.

İllər sonra – bir gün onu gözləyirmiş kimi, artıq, saçı-saqqalı çallaşmış Aşot qarşısına çıxdı, çox mehriban görüşdü. Ötən illəri yad etmək üçün birgə oturub qəhvə içməyi təklif etdi. Onlar Yerevan, Ararat küçələrini keçib yaxınlıqdakı “Qahvətu Zucəc” kafesinə yönəldilər. Aşot bir şüşə şərab, badam, fıstıq, noxud qarışıq ləbləbi, sonda hillə qarışdırılmış qara qəhvə sifariş verdi. Birinci badəni şən uşaqlıq illərindəki dostluğun şərəfinə qaldırmazdan öncə Aşot Mişelə heç gözləmədiyi halda kiçik gümüş xaç bağışladı, “özüm düzəltmişəm” deyib, onun boynundan asdı. Aşotun atasının bəzək əşyaları düzəldilən kiçik emalatxanası vardı.

Bu qəfil jestdən çaşbaş qalan Mişel “Mən sənə borclu” dedi.

– Nə borc? Biz uşaqlıq dostuyuq. Mənim əlimdən bu gəlir, sənin əlindənsə yazmaq, – deyən Aşot badələri doldurdu.

Mişel jurnalist həssaslığı ilə duydu ki, onun dostluq haqqındakı sözlərini gözləri, üzünün ifadəsi təsdiqləmir. İkinci badədən sonra Aşot ürəyindəkiləri dilinə gətirdi:

– Dostum, sənin “Sedar əxbar” saytındakı “Qarabağ tarixi ərazidir” adlı məqalən məni məyus elədi. Yazırsan ki, Qarabağ Azərbaycan torpağıdır, bir milyon köçkün oradan didərgin düşüb, yerli sakinlərin kənd və şəhərlərini hay-ermənilər yerlə-yeksan ediblər.

– Mən gördüklərimi, mənbələrdən oxuduqlarımı yazmışam.

– Canım, sənə yanlış məlumat veriblər.

– Bəs Suriyadan, Livandan orada etnik təmizləmədən sonra boşaldılmış evlərdə yerləşdirilənlər haqqında nə deyə bilərsən?

– Min illər öncələr o torpaqlar bizim əcdadlarımızın olmuşdur. Necə ki, Suriyada, Fələstində, Aralıq dənizinin şərq sahillərindəki torpaqlarda sizin əcdadlarınız finikiyalılar hökmranlıq etmişlər.

– Dediyin o torpaqlarda bizə qohum Samilər yaşayırdı. Finikiyalılar Tir, Sur, Sidon, Palmira kimi şəhərlər salmışlar, xarabalıqları indiyədək qalır. Amma Qarabağda, Orta Şərqdə iddia etdiyiniz digər torpaqlarda, elə Livanda da hay-erməni qalalarına və şəhərlərinin izlərinə rast gəlinmir. Bu mövzunu araşdırmış Avropa tarixçi arxeoloqların əsərlərində də mən bir şey tapmadım.

Qızarıb-bozaran Aşot sifətinə yalançı təbəssüm verib söhbətin axarını dəyişdi:

– Əziz dostum, tutaq ki, dediklərin doğrudur. Bəyəm bunları bizi dəstəkləyən Avropanın bilim adamları, siyasətçiləri bilmirlərmi?! Sən düşünməlisən ki, biz xristianıq, müqəddəs xaçı islam dünyasına aparırıq. Sənin yazında xristian təəssübkeşliyi yoxdur. Orta əsrlərdə durdurulmuş xaç davasını 200 ildir biz aparırıq. Namuslu xristian kimi sən bizim yanımızda olmalısan. Biz böyük ermənistanı bərpa edəndən sonra sizin kimi dostları unutmayacağıq, bu böyük əraziləri idarə etməyə cəlb edəcəyik.

Mişel sərt cavab vermədi. “Sərsəmləsələr də, onların işləri gedir, istədiklərini edirlər. İllər öncə Azərbaycanın Beyrutdakı İrəvanlı fəxri konsulunun ofisini daşa basmış, qapı-pəncərələrin şüşələrini qırmışdılar. Beyrutun bugünkü çətin durumunda, işığın, suyun, ərzağın, maliyyənin çatışmadığı şəraitdə onlar bizdən yaxşı yaşayırlar, məktəbləri, xəstəxanaları işləyir…”. Bunları düşünüb aralarındakı körpünü uçurmamaq üçün yumşaq səslə dedi:

– Namuslu xristian jurnalisti kimi oxucularımı itirməmək üçün mən gerçəklikləri dana bilmərəm.

Aşot səsini qaldırıb amiranə səslə dedi:

– Mişel, öz xeyrindən qaçma. Görürsən ki, indi ailə saxlamaq çətindir. Bizim mücadiləni dəstəkləyən yazılar yaz, qazan! Həmkarlarından ibrət götür! Daşnaksütyun partisi hər şeyi görür, izləyir, dəyərləndirir. Gərəkəndə qaldırır da, torpağın altına göndərir də! Dənizdən dənizə böyük ermənistan xəritəsi hələ 1918-ci ildə Fransa dövlətinin başçılarına təqdim edilmişdir, indiyədək onun bütün dövlət başçıları bizi dəstəkləmişlər. Sənin xidmətlərin dəyərləndiriləcək. Görürsən ki, biz Livanda da istəyimizə çatırıq. 20 ilə yaxındır Livan prezidentinin fərmanı ilə 7 yanvar ermənilərin bayramı kimi rəsmiləşmişdir. Parlamentdə iki deputatımız, hökumətdə nazirlərimiz vardır, Beyrutun bir neçə küçəsi bizim adımızı daşıyır. Get, yaxşı fikirləş, dostum. Biz güclü və etibarlı tərəfdaşıq…

Pandemiyadan öncələr olmuş bu söhbətdən sonra Aşotun təkəbbürlü, lovğa davranışı Mişeli ondan daha da uzaqlaşdırdı. Ordan-burdan öyrəndi ki, Aşot gizli erməni terrorçu təşkilatının üzvüdür, kiçik qardaşı ilə bərabər Qarabağın işğalında iştirak etmişlər. Bu məlumat onların münasibətlərinə nöqtə qoydu.

***

Mişel Hanna üçün ən baxımlı mənzərə Beyrutun sinəsinə qısıldığı dağın yamacındakı kiçik evinin aynabəndindən aşağılardakı körfəzə, Aralıq dənizinin sahillərinə, göz dincəldən mavi sularına baxmaq idi. Min illər öncələr ulu babaları finikiyalılar güneyə, doğuya, batıya bu dənizlə üzmüşlər, onun sahillərindəki yaxın-uzaq torpaqlarda şəhərlər salmış, ticarət etmişlər.

Zaman anlamını unudan Mişelə birdən elə gəlirdi ki, dəniz ilbizləri şirəsindən əcdadlarının icad etdikləri al-qırmızı, çəhrayı boyalı paltarlar geymiş finikiyalılar onu Tir, Biblos, Sur, Sidon, Palmira şəhərlərinə aparırlar. Misirdən, İkiçayarasından gələn ticarət yolları bu şəhər-dövlətlərdən keçirdi. Burada bol olan sidr, palıd ağaclarından tikinti materiallarını, düzəltdikləri zeytun yağını, şərabları, purpur parçaları taxıla dəyişirdilər. Yeni eradan öncə – V yüzillikdə Afrikanın dərinliklərinə qədər getmiş, yazdığı səyahətnaməsi yunancaya tərcümə edilmiş tarixi şəxsiyyət səyyah Hanna sanki, dünyanın ortalıq dənizinin sahilboyu ölkələri ilə ticarət etmiş əcdadlarının yolunu davam etdirməyə çağırırdı onu… İslamdan sonra “Suriya ərəbləri” kimi tanınan, xristianlığı erkən qəbul etmiş, iki dünya dininin arasında qalmış bu ölkənin başına çox oyunlar gəlmişdi. Doğrudur, yan-yörədəki xalqlar – Aqqad, Siryani, Arami, İvrit, Ərəb, Amhar  dillərində danışanlar Nuh peyğəmbərin oğlu Saminin törəmələri sayılırdılar, qanları, dilləri, adət-ənənələri yaxındı. Bunlardan ən geridə qalmış ərəblər islamdan sonra önə çıxdılar, bütün Sami dillərini ehtiva edən, Məğribdən Məşriqə danışılan bir dili təkmilləşdirib formalaşdırdılar.

Yeni eradan öncəki minillikdə Finikiya tacirləri Mesopotamiya, Babil, Misir, Yunanıstan arasında ticarəti ələ almışdılar, o dövrlərin qədim ölkələri ilə əlaqələr qurmuşdular, yaratdıqları əlifba qonşu ölkələrə də yayılırdı. Onların iti üzən gəmiləri Aralıq dənizinin şərq sahillərində hökmranlıq edirdi. Belə qüdrətli bir ölkə miladdan öncəki yüzilliklərdə əvvəlcə dövlətçiliyini, sonra hər şeyini itirdi, xalqı pis günə qaldı. Bunun əsas səbəbi haylar oldu. Onlar döyüşsüz dövləti ələ aldılar, hay qadınları vasitəsilə…

Suriya yazıçısı Fransis Marraş 1862-ci ildə yazdığı “Haqq qayəsi” romanında kralın kraliçaya böyük səlahiyyətlər verməsini, özü ilə bərabər səviyyədə tutmasını təsvir edirdi. Hər ikisi başlarında hökmdarlıq rəmzi olan tac gəzdirirdi. Bundan istifadə edən hay əsilli kraliça öz adamlarından kralın ətrafında hörümçək torutək şəbəkə yaradıb hakimiyyəti ələ almışdı. Birinci sırada bacı-qardaşları, sonra əmi, dayı, xala-bibi uşaqları və b. dururdu. Krala sadiq sərkərdələr, bilim və siyasət adamları, ağıllı məmurlar ona yaxın buraxılmırdı. Sevdiyi qadının ağuşunda uyuyan kral dövlətin idarəsinin etibarlı əllərdə olmasını zənn edirdi. Əslində ölkədə ədalətsizlik, rüşvətxorluq, zorakılıq, hərc-mərclik hökm sürürdü. Məhkəmələr, qanunlar işləmirdi. Haylar öz həyat tərzini – fahişəliyi, yaltaqlığı, zorakılığı, əxlaqsızlığı Finikiyaya gətirmişdilər. Ölkənin qapıları hay əsillilərin üzünə açılmışdı: qız-qadınlar öz adətləri ilə ailələrə soxulurdular. Əgər birisi hay qızına evlənirdisə, onun ailədəki digər qadınlarla yaxınlıq hüququ vardı. Bu da kişiləri hay qızları ilə evlənməyə şirnikləndirirdi. Qadınlar kraliçaya baxıb düzlənirdilər. Kraliça kişi hərəmxanası yaratmışdı. Xoşuna gələn kişilərdən diribaşlara vəzifə paylayırdı. Bir işdən başqa heç nəyə yaramayan vecsizləri isə hərəmxanada saxlayırdı. Fransız Marraş bunu yazmamışdı, Mişel başqa mənbədən oxumuşdu. Haylar kimlə yaxınlaşırdılarsa, axırına çıxırdılar… Lakin hökmdarlar dəyişdikcə, tarix də dəyişirdi. Hayların əxlaqı ana-oğul, bacı-qardaş arasında nikah Het dövlətindəki kimi Finikiyada da oturuşmadı, kütləvi şəkil almadı, əksinə, sıxışdırılmağa başladı. Xristianlıqdan sonra ölkə onlardan təmizlənsə də, küncdə-bucaqda ilişib qalanlar oldu. Satqınlıqlarına görə türklərin cəbhə bölgələrindən, Rusiya imperiyası ilə sərhədyanı ərazilərdən çıxarılmış ermənilər Suriya, Livan, İraqda yerləşdirildilər. Beləliklə, Livanda, özəlliklə Beyrutda erməni toplumu yarandı, Qriqoryan kilsəsi adət-ənənələri digər xristian xalqlarından çox fərqli olan hay-erməniləri bir araya gətirdi, Suriyada, İraqda, Misirdə olan kilsələri ilə idarə olunan əlaqələr yaratdı. Beyrutda hər dəlmə-deşiyə soxulmuş ermənilər hakimiyyətdə yer tutmaqdan ötrü dəridən-qabıqdan çıxırdılar, qızlarını, qadınlarını qabağa buraxıb istədiklərinə nail olurdular. 2000-ci illərdə Prezident seçilmiş Emil Lahudun arvadı hay-erməni idi. Ermənilər onun sayəsində çox iş gördülər. XX yüzilliyin ortalarında Beyrut hay-erməni siyasi partiyalarının, onların gizli silahlı-terrorçu təşkilatlarının mərkəzinə çevrildi. XIX əsrin sonlarında yaradılmış Hınçaq, Daşnaksütyun partiyalarının, Asala tipli bir düjün terrorçu təşkilatların mənzil qərargahları Beyrutda idi. Ötən əsrin 70-ci illərində Livanda alovlanmış vətəndaş savaşında ermənilər ikiüzlü siyasət yeridirdilər: həm xristianlar, həm də müsəlmanlar tərəfdə adamları döyüşürdülər.

Livanda İranın hərbi dəstəyi ilə yaradılmış şiə müxalifəti Hizbullah partiyasının lideri Şeyx Nəsrullah Beyrutu ikiyə bölmüş, onun sinəsində qara yaraya çevrilmişdir. Ötən əsrin əvvəllərində ermənilərə yazığı gəlib yardım edən livanlılar artıq onları tanımışdılar. Bir əli burada xristian liderlərin, o biri əli İran rəhbərlərinin ətəklərindəydi. Mişel jurnalist kimi Orta Şərqdə baş verən siyasi, hərbi, iqtisadi olayları izləyirdi, ermənilərin gizli silahlı terrorçu təşkilatlarının törətdiklərindən məlumatlı idi, Cənubi Qafqazda Gürcüstan və Azərbaycana səfər etmişdi.

2020-ci ilin sentyabrında Qafqazdan gələn bir xəbər şimal, qərb, cənub ölkələrində ildırım təki partladı. Ermənilərin İrəvandan sonra ikinci paytaxt sandıqları Beyrutu da lərzəyə saldı. Azərbaycan ordusu əks hücuma keçmişdir və sürətlə irəliləyir, Livan erməniləri müsəlmanların xaçpərəstlər üzərinə yeridikləri, xristian abidələrini dağıtmaları haqqında ölkədə hay-küy qaldırdılar, Livan xristianlarını erməni qardaşlarına dəstək verməyə çağırış etdilər. Bu çağırış bir neçə həftə sonra yalvarışa keçdi. Amma bu çağırış və yalvarışlara öz ermənilərindən və İranpərəstlərdən başqa kimsə səs vermədi. Erməni könüllüləri yenə də Qafqaza – Qarabağa üz tutdular.

Mişel dünya mediasından on illərdi tüstülənib közərən bu müharibə ocağının alovlanmasını təkcə jurnalist kimi yox, həm də livanlı kimi izləyirdi. Əksər həmyerliləri kimi, bir vaxtlar yer verib kömək etdikləri hay-ermənilərin son əlli-altmış ildə necə qudurduqları onu da hiddətləndirirdi. Özlərini basılmaz, güclü, qədim millət sayan hayların “yenilməz ordusu”, əsgər və zabitləri döyüş meydanından qaçırdılar, öncələrdə olduğu kimi ruslara onların əvəzindən vuruşmağı, Azərbaycan Ordusunu durdurmağı yalvarırdılar. Amerika və Qərbi Avropadakı erməni diaspor təşkilatları da bu hücumları durdurmaq üçün vətəndaşları olduqları bu dövlətlərdən siyasi, hərbi dəstək istəyirdiər. Amma öncəki illərdəki kimi onları dəstəkləyən, səslərinə səs verən tapılmadı. Rusiya bəyan etdi ki, döyüşlər Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədləri içərisində getdiyi üçün müdaxilə edə bilməz. Qərbin isə başı koronavirusla mübarizəyə qarışmışdı.

Mişel Azərbaycan əsgərinin belə döyüşkən olmasını təsəvvür etməzdi. Ona ləzzət verən bu idi ki, lovğa, təkəbbürlü erməniləri, onların “məğlubedilməz” ordusunu Azərbaycan əsgərləri ilə döyüş meydanında bir-birlərilə təkbətək vuruşmağa buraxmışdılar. Daha öndə rus tankları və əsgəri getmirdi. Haylara mənəvi dəstək verən Fransada çıxan “Le Mond” qəzetinin müxbiri Qarabağın erməni mərkəzi sayılan Stepanakert (Xankəndi-red.) xəstəxanalarından verdiyi məlumata görə Şuşa və digər yaşayış məntəqələri uğrunda döyüşlər əlbəyaxa getmişdir. Bıçaq, küt alətlər zərbələrindən, tapança güllələrindən yaralanmış erməni əsgərləri, döyüş meydanından qaçan hərbçilər qorxudan stress içindədirlər…

“Çox sinənizə döyürdünüz. Di təkbətək vuruşun, cəsurluğunuzu göstərin” deyə fikirləşən Mişelin içi gülürdü. O, yaxşı bilirdi ki, ermənilər qorxaqdır. Uşaqlıq, yeniyetmə çağlarında erməni tay-tuşları ilə dalaşanda onların qorxaqlığını, qan görən kimi qaçdıqlarının şahidi olmuşdu.

Mişel Azərbaycanın lideri İlham Əliyevin həm siyasi, həm hərbi, həm də informasiya cəbhələrində bacarıqla, təmkinlə döyüşməsinə heyran olmuşdu. Onun ingiliscə, rusca, türkcə, arabir fransızca dünya mediasına verdiyi intervülərlə ermənilərin başçısı Nikol Paşinyanın çıxışları müqayisəyə gəlmirdi. Dünya bu iki liderin timsalında Azərbaycana, Ermənistana qiymət verirdi, kimin kim olduğunu dəyərləndirirdi. O, müşahidə eləmişdi ki, istər Paşinyan, istərsə də son əlli ildə savaşa məruz qalmış dövlət başçıları – Misirdə Sadat, Suriyada Əsəd, Liviyada Qəddafi, İraqda Səddam və b. özlərini itirir, həyəcan keçirir, sözlərini, fikirlərini qarışdırırdılar. Amma Azərbaycan Prezidenti müharibənin sonunadək iradə nümayiş etdirdi, təmkinini, sakitliyini pozmadı, istər döyüş cəbhəsində, istərsə də Bakıya axışan diplomatların və jurnalistlərin qarşısında… Cavablarıyla sual verənləri inandırdı, xüsusi göndərilmiş təxribatçıları susdurdu. Telekanalları izləyən Mişelin, həmkarlarının gəldiyi qənaət belə idi.

Hər bir dövlətin başçısı öz xalqını təmsil edir, ona baxıb xalqına qiymət verir. Azərbaycanlıları görməmiş əcnəbilər onun dövlət başçısına ekranda baxarkən düşünürdülər: “Azərbaycanlılar beləymişlər”.

44 gün davam edən müharibə ermənilərin təslim olması ilə durdurulduqdan sonra  Mişel Beyrutun küçələrində, dükan-bazarında erməni məhlələrində başqa mənzərə gördü. Adətən dik gəzən, adamlara yuxarıdan baxan hay-ərmənlərin  boynu bükülmüş, belləri əyilmişdi, üzlərindəki yekəxanalıq ifadəsini hamıya irişən əsl erməni sifəti – qorxaqlıq, yaltaqlıq əvəz eləmişdi.

Qardaşı Qarabağda öldürülmüş Aşotu küçədə görən Mişel onu güclə tanıdı. Çəliklə axsaya-axsaya yeriyirdi, arıqlamış, gözləri çuxura düşmüşdü. Sifətində əvvəlki təkəbbürdən əsər-əlamət qalmamışdı…

Qos-qoca Livan görürdü: ermənilərin özlərini aldadaraq uydurub yaratdıqları mif necə dağılır…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest