MƏNİM MİLLƏTİM
Mən hər zaman, hər vəziyyətdə millətimin daxilindəki gücə, qüdrətə inanmışam. İnanmışam onun damarlarında axan qana. Asudəçilikdə sakit görünsə də, vətənin dar günündə Qurd baxışlı igidlərin Atillaya, Gürşada, Oğuz xana, Babəkə, Koroğluya dönəcəyinə inanmışam. İnanmışam min fitnəyə,
xəyanətə, yalana qurban getsələr belə içlərindəki vətən eşqinin, millət eşqinin saflığına. İllər boyu əsarətdə yaşasa da, beynini yuyub manqurtlaşdırmağa çalışsalarda, genetikasındakı Boz Qurdluqdan arındırmaq heç kimin həddinə olmayıb, olmayacaqda. Bəlkə döyüşü uduzar, döyülər, söyülər, amma daxilindəki küllənmiş intiqam atəşi ilk fürsətdə yenidən alovlanıb bütün cahanı yandırar. Qarşında durduğunda anlaya bilmərsən içindəki vətən sevdasın. Lakin vətəninə sıxılmış ilk mərmində, kimliyindən aslı olmayaraq Boz Qurda dönüb əli yalın sərhəddə qaçacaqdır.
Bunu biz əvvəllərdə eşitmişdik, görmüşdük. İstər 2016-cı il aprel döyüşlərində, istərsə də bu günlərdə Tovuz hadisələrinin canlı şahidi olduq. Cəpədə atışmanın olduğunu eşidən minlərlə igidin cəpəyə üz tutması dünya içtimaiyyətində çox az rastlanan hallardan biridi. Palkovnikin, Mayorun, hətda Generalın öz əsgərləri ilə çiyin-çiyinə döyüşərək şəhid olması hər millətə nəsib olan şərəf deyil. Bu millət: “mənim əsgərim döyüşərkən mən geridən izləyə bilmərəm, öndə olmalıyam” deyərək döyüşə atılan Boz Qurd ruhlu Polad Həşimov kimi General yetişdirməyə qadir bir millətdir. Və bu cür igidlərə sahib olan bir milləti döyüşlə məğlub edə bilməyəcəkləri düşmənə bir daha sübut olunmuşdur.
Və dünya türk dünyasının bir anda bir yumuruq halına necə gəldiyinin şahidi oldu. Xor görülən, təhqir olunan, bəyənilməyən türk, bu gün bütün dünyaya necə birlik olunacağını göstərdi. Vətən eşqinin necə candan əziz olduğunu göstərdi. Və şərəfsiz düşmənə son türk ölməyənə qədər o torpaqlarda rahat otura bilməyəcəklərini göstərdi. Dünyada bir türk qalsa, o türkün yenidən dövlət olacağını göstərdi.