Kirman Rustemli Həsən Ağasoy Hakkında yazdı
Səhnəmizin Cavidi
Həsən Ağasoy təkcə bir aktyor deyil, eyni zamanda sənətdə əyilməzlik və ləyaqət simvoludur. Onun Naxçıvan teatr mühitində yaratdığı obrazlar və son illərdə qarşılaşdığı çətinliklərə rəğmən göstərdiyi dik duruş, onu müasir səhnəmizin “Cavid təbiətli” sənətkarlarından birinə çevirib.

Hörmətli Həsən müəllim!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı və sarsılmaz ruh yüksəkliyi arzulayırıq.
Siz Azərbaycan səhnəsinin elə bir uca zirvəsindəsiniz ki, oradan baxanda yalnız istedad deyil, həm də insani ləyaqət və haqq mübarizəsi görünür. Səhnəmizin Cavid obrazını canlandıran sənətkar kimi, taleyin sınaqları qarşısında göstərdiyiniz mətanət, Sizi tamaşaçıların gözündə sadəcə bir aktyor deyil, həm də bir mənəviyyat qəhrəmanına çevirmişdir.
Siz Naxçıvan teatr məktəbinin ən parlaq və sadiq davamıçılarındansız.
Səhnədəki hər sözünüzlə Haqqın və Ədalətin səsiini çiyinlərinizdə daşımısınız.
Repressiyalara və haqsızlıqlara qarşı sənətkarın yenilməzlik manifestini xalqımıza nümayiş etdirdiniz.
Siz “müasir səhnəmizin Vaqifi, Səyyavuşu” olaraq sənətin təmizliyini qorudunuz. İnanırıq ki, apardığınız haqq mübarizəsi hər zaman qalib gələcək və sizin xalq sevgisi ilə yoğrulmuş sənətiniz gələcək nəsillər üçün örnək olacaqdır.
Həsən Ağasoy
Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.
Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib.
1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub.
Yeni yaşınız Sizə yalnız sevinc, sənət eşqi və ədalətin tam zəfərini gətirsin!
Dərin hörmət və ehtiramla,

Kirman Rüstəmli
Şair, publisist
Bakı
27.03.2026

