GenelGüncelKültür Sanat

Kirman Rustemli Həsən Ağasoy Hakkında yazdı

Səhnəmizin Cavidi
Həsən Ağasoy təkcə bir aktyor deyil, eyni zamanda sənətdə əyilməzlik və ləyaqət simvoludur. Onun Naxçıvan teatr mühitində yaratdığı obrazlar və son illərdə qarşılaşdığı çətinliklərə rəğmən göstərdiyi dik duruş, onu müasir səhnəmizin “Cavid təbiətli” sənətkarlarından birinə çevirib.
Həsən Ağasoy
Həsən Ağasoy

​Hörmətli Həsən müəllim!

​Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı və sarsılmaz ruh yüksəkliyi arzulayırıq.

​Siz Azərbaycan səhnəsinin elə bir uca zirvəsindəsiniz ki, oradan baxanda yalnız istedad deyil, həm də insani ləyaqət və haqq mübarizəsi görünür. Səhnəmizin Cavid obrazını canlandıran sənətkar kimi, taleyin sınaqları qarşısında göstərdiyiniz mətanət, Sizi tamaşaçıların gözündə sadəcə bir aktyor deyil, həm də bir mənəviyyat qəhrəmanına çevirmişdir.

Siz ​Naxçıvan teatr məktəbinin ən parlaq və sadiq davamıçılarındansız.

​Səhnədəki hər sözünüzlə Haqqın və Ədalətin səsiini çiyinlərinizdə daşımısınız.

​Repressiyalara və haqsızlıqlara qarşı sənətkarın yenilməzlik manifestini xalqımıza nümayiş etdirdiniz.

​Siz “müasir səhnəmizin Vaqifi, Səyyavuşu” olaraq sənətin təmizliyini qorudunuz. İnanırıq ki, apardığınız haqq mübarizəsi hər zaman qalib gələcək və sizin xalq sevgisi ilə yoğrulmuş sənətiniz gələcək nəsillər üçün örnək olacaqdır.

Həsən Ağasoy

Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib.

1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub.

​Yeni yaşınız Sizə yalnız sevinc, sənət eşqi və ədalətin tam zəfərini gətirsin!

​Dərin hörmət və ehtiramla,

kirman rustemli
kirman rustemli

Kirman Rüstəmli

Şair, publisist

Bakı

27.03.2026

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest