Genel

İsmayıl İmanzadə Şeirler

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

İsmayıl İmanzadə

Şeirlər

АNАMIN ƏLLƏRİ

Аnаmın əlləri tоrpаğа bənzər,

Ömrümün dil аçаn hər izi оrdа.

Еlimin-оbаmın dоlu ürəyi,

Yurdumun gеcəsi, gündüzü оrdа.

                 ***

О, yоlum üstündə günəştək yаnаr,

Оnsuz nеçə аrzum qаlаr yаrıdа.

Bu kövrək əllərdən zəmi bоylаnаr,

Sünbültək dən tutаr bаrmаqlаrı dа.

               ***

Bu əllər düzlüyə, sаflığа аrха,

Niyyəti su kimi durulаr оnun.

Çətin ki, zəhmətdən çəkinə-qоrха,

Çətin ki, ümidi qırılа оnun.

               ***

Аnаmın əlləri tоrpаğа bənzər,

Hər təzə addımım, hər  izim оrdа.

Bаrlı tаrlаlаrım, ulu dаğlаrım,

Kükrəyən çаylаrım, dənizim оrdа.

                ***

Qəzəbdən düyülər dаrdа-çətində,

Yadların önündə аçılаn dеyil.

Yаşаmаq еşqi vаr əzəmətində,

Bu əllər hеç zаmаn kiçilən dеyil.

GƏLİRƏM, TORPAQ, GƏLİRƏM…

Halal duzum-çörəyimsən,

Saf niyyətli ürəyimsən.

Basılmayan kürəyimsən

Bilirəm, torpaq, bilirəm!

          ***

Havam-suyumsan bir udum,

Eşqin tükənməz umudum.

Yadında qalıbmı adım,

Gəlirəm, torpaq, gəlirəm!

                 ***

Şipşirin avazam, səsəm

Yamyaşıl arzu-həvəsəm.

Kəfənim ol, nə vaxt desəm 

Ölürəm, torpaq, ölürəm!

                                   01.01.2025

BAĞIŞLA MƏNİ

Bir vaxtlar dəlicəsinə sevdiyim bir qızın ruhuna

itabən yazdığım şeir 

Bir eşqə qatdım haram,

Qaysaq bağlamır yaram.

Qarşında günahkaram –

Gülüm, bağışla məni!

                 ***

Güvənmədim özümə,

Kölgə düşdü gözümə…

Üz bağlayıb üzümə –

Gəlim, bağışla məni!

Qaçdı ağzımın dadı,

Sevə bilmədim yadı…

Sənsiz qabar bağladı –

Dilim, bağışla məni!

               ***

Üzrümü sanma ayıb,

Fələk saydığın sayıb…

Qəbrini qucaqlayıb –

Ölüm… bağışla məni!

                                10.01.2025

SÖZÜN ŞƏKLİNİ ÇƏKİRƏM

Kipriklərim  “fırça” imiş,

özün şəklini çəkirəm.

Gözlərimdə şölə saçan

Közün şəklini çəkirəm.

                 ***

Günlər keçir bir an kimi,

Səbrim sönmüş vulkan kimi…

“Çoxdan” əlim çıxan kimi

“Azın” şəklini çəkirəm.

              ***

Arzu, ümid qol-budağım,

Kəlmələrim buğum-buğum.

Könlümdə gəzib tapdığım

Yazın şəklini çəkirəm.

          ***

Boş görəndə əllərimi,

Gəzirəm “əkin” yerimi.

Səsləyib ilham pərimi

Nazın şəklini çəkirəm.

                               17.01.2025

GƏL

(Şair dostum Əbülfət Mədətoğlunun təbirincə desəm,- bir qadına…)

Şahiddir o çığır, iz

Yad deyildik axı, biz…

Özgə səmtə tutma üz,

Gəl, hamıdan öndə, gəl!

                  ***

Susub qalma daş kimi,   

Dön geri, sirdaş kimi.

Gəlsən, qaranquş kimi

Yazın çəhlimində gəl!

             ***

Vaxt yeyin, ömür qısa,

Dön ən şirin avaza.

Geciksən, heç olmasa

Ya səsdə, ya ündə gəl!

      ***

Nur saçanda gülüşün,

O xoş günləri düşün…

Əgər çoxdusa işin,

Demirəm ha… gündə gəl!

         ***

Lal həsrət ömrün yükü,

Sənsən ürəyimdəki…

Gec qayıtsan da təki

Qəm-qüssədən gendə gəl!

         ***

Yalqız qaldığım yerdə

Eşqin məlhəmdi dərdə…

Nə görmüsən şəhərdə,

Kəndə gəl ey… kəndə gəl!

                                  30.01.2025

           DEMƏ

Ömrüm boyu yan keçsəm də axından,

Hər yetəni tanımadım yaxından.

Əcəl gəlib yapışanda yaxamdan,

Tez ol, ölüm şərbətini iç,-demə.

                ***

Dost bildiyim ürəyimi sındırıb,

Həyat məni “döyə-döyə” qandırıb.

Öz əlinlə körpüləri yandırıb

Mənə, namərd körpüsündən keç,- demə.

            ***

Bu gedişin əyrisi nə, düzü nə, 

Tamarzıyam məhəbbətin közünə.

Saf eşqimin kül üfürüb gözünə,

Özün gedib öz tayını seç,-demə

             ***

Gözlərimdə şimşək kimi çaxmısan.

Necə deyim durulanda axmısan?

Bir vədələr axırıma çıxmısan,

Baxışların qatil imiş heç demə…

                                      05.02.2025

       NЕCƏSƏN

Sаlаm, yаmаclаrın yаşıl tаlаsı,
Gеtsəmоdun-közünkimə qаlаsı?
Gəlirəm… yoldayamа dаğ lаlаsı –
Mənim al yanaqlı qızım, nеcəsən?

                  ***

Ruhumа dоğmаdır kаmаn dа, nеy də,

Аh çəkdim, buludlаr titrədigöydə.
Yаyın оrtаsındа, qаrlıquzеydə –
Gözləri qаmаşаn, buzum, nеcəsən?

              ***

Sənət mеydаnındааslаnım, şirim
Ustаd Ələsgərim, DədəŞəmşirim.
Sənətaləmindəоcаğım-pirim –
Аy durnа bоğаzlı sаzım, nеcəsən?

               ***

Çəmənə dаd vеrən, şеhliçiçəklik,
Yахın gəl, qəlbimiüzməsintəklik.
 Еşqindəndəliyəm, хınаlıkəklik –
Dеyimmi, şəkərim-duzum, nеcəsən?

                ***

Dərəzülmətquyu, yохuşpilləkən
Kimdir yаmаcdаkı dаşlаrı “əkən”?
Nərgizinşəklini qаr üstəçəkən –
Novruzum, хоş gördük, yаzım nеcəsən?..

                           01.09. 2001

YUXARI BAŞDAKI ADAM

Yuxarı başdakı adam,

Gəl, bir az da aşağı bax.

Ölən səsin zülmətində

Çabalayan işığa bax.

Hələ toz qonmaz üstünə,

         ***

Qapılar üzünə açıq.

Yuxarı başdakı adam-

Bir az ordan aşağı düş,

Bir az adam içinə çıx.

Tanrı səndən yuxarıda,

Allah olası deyilsən.

Çoxları elə bilir ki,

Adam balası deyilsən.

          ***

Yuxarı başdakı adam-

Bil ki, təkcə qapıdan yox,

Pəncərədən də daş gəlir.

Haqqa arxa çevirənlər

Sonda qarğışa tuş gəlir.

        ***

Yerdən qalxan naləyə bax,

De, çatdımı sənə bu səs?

Bəlkə dərddən yuxarıda

Dayanıb durmağın əbəs…

        ***

Üzündə ölüm kölgəsi,

Qan tutubdu bəlkə səni?

Bəxtinmi durub üzünə,

Kimdir çəkən bərkə səni?

        ***

Heç üstünə gün düşdümü,

Dərddən xəbərin oldumu?

Göyün yeddinci qatından,

Gələn səhərin oldumu?

        ***

Ətəyin əllərdən uzaq,

Yaxandan tutan yox hələ.

Səni məhşər ayağına

Sürüyüb dartan yox hələ.

         ***

Axı, hardan biləsən ki, 

Göz yaşına tab gətirməz

Bu dünyada nə daş, nə dam.

Bir az da aşağı boylan,

Kölgəyə, işığa boylan.

Adam olmağın vaxtıdır,

Yuxarı başdakı adam.

                                      2004

ƏYRİLƏR DÜZƏLƏN DEYİL

Düzün düz qəlbi var, əyrinin əyri,

Yaxşılar tükənib azalan deyil.

Düzləri qoruyaq əyilməsinlər,

Əyrilər onsuz da düzələn deyil.

               ***

İstər çarmıxa çək, istər oda at,

Əyrilər durulmaz çirkli su kimi.

Düz niyyət gül açar təmiz ürəkdə,

Yaxşı adamların arzusu kimi.

              ***

Saflıq da bir ovuc toxum kimidir,

Qorusan, cücərib artar, dən tutar.

Əyri adam ki var, bir qəlbə dəyən

Acı söz eşitsə, ona dəm tutar.

               ***

Böhtan iməkləyər, yeriməz, ancaq-

Əyrilər istər ki, yerisin o da.

Fəndgir yalanları yaxşı adamlar-

Xöş üz göstərmədən verərlər bada.

               ***

Yaxşılar “xərcləməz” qeyrətin-arın,

Pislərin kim görüb əsl üzünü?

Qədrini bilməsək düz  adamların,

Heç  silmək olarmı şərin izini? 

                ***

Əyri adamlara nə var ki axı,

Qəlbləri zirehli, sifətləri daş.

Saflar şüşə kimi tez sına bilir,

Yaxşı adamları qoruyaq, qardaş!

                ***

Ürəyin düzdürsə, daha nə dərdin,

Yaxşı tanışın da, dostun da olur.

Aldanma dilinə, bil ki, namərdin,

Çörəyi dizinin üstündə olur…

               ***

Düzün düz qəlbi var, əyrinin əyri,

Yaxşılar tükənib azalan deyil.

Düzləri qoruyaq əyilməsinlər,

Əyrilər onsuz da düzələn deyil.

                                       22.12.1980

                    SÖZ

Avazıdır ötüb keçən hər anın,

Heç vaxt gizli saxlamayıb ünvanın.

Qobustanda daş köynəkli dastanın, 

Mürgüləyən yaddaşında sirdi, söz.

               ***

Sədasıymış torpağın da, daşın da,

Şəhiddi, qazidi yurd savaşında…

Saxlamışam ürəyimin başında,

Dəyərlidir sərraf olan yerdə söz.

             ***

Hər şah beyti çiçək kimi təzə-tər,

“Bəsləsən” sal daşın üstə də bitər…

Öz qınına tez çəkilər qəm-kədər,

Məlhəm kimi yaxılanda dərdə söz.

              ***

Halallığı açıq alnım, ağ üzüm,

Hər misrası göz oxşayan bir düzüm…

Nə yaxşı ki yaddaşında var izim,

Həmdəmimdi qələm-kağız, bir də söz…

                                             25.04.2024

     BƏLKƏ…

Duman qan-qadalı qaranlıq kaha,

Bəzən bir parça daş, zərdən də baha.

Nədənsə gecikib qalmır sabaha –

Zülmət bir gecəlik qonaqdı bəlkə?

              ***

Özgə aləmi var yazın, qışın da,

Hakimdir gözlə qaş, ər savaşında.

Şimşək qara buludların başında –

Sal daşlar yamacın köhnə başmağı,

Külək təbiətin əsib coşmağı.

Sübh çağı, həyalı qadın yaşmağı –

Dan yeri qızaran yanaqdı bəlkə?

               ***

Can sızlar nahaqq qan tökülən yerdə,

İnsanlıq möhtacdır ərənə-mərdə…

Tanrı bəxş edibsə, şükr elə dərdə –

Bu da bir imtahan, sınaqdı bəlkə?..

                   06.05.2024

                                 Mingəçevir şəhəri

İsmayıl İmanzadə
İsmayıl İmanzadə

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest