GenelGüncelKültür Sanat

Intiqam Huseynov Şiirleri

93-dən 2001-ə
ayaqlarımı qoyub gəldim.
Yaddaşımdan çıxmayan bir gün,
Həkimlərə deyəcək
bir-iki söz,
vəssalam…
Başqa nəyim vardı ki,
gətirəm özümlə?!

Ürəyimin yarasına məlhəm,
Yazmaq istədiyim sətirlər,
Məclislərdə
əlimə ala bilmədiyim qədəhlər…
Ayaqlarımla bir yerdə
itirdiyim ümidlər…
Elə bu qədər.

Geri boylananda küçələri gördüm –
Ayaq izlərimin xatirəsini
yaşadan küçələri.
Yuxarı baxanda
Allahı gördüm…
Bir də Onun yadından çıxdığım gecələri.
Uşaqlıq şəkillərimi gördüm –
ayaqlarım üstə
dura bildiyim günlərin şahidləri…

Hər dəfə Allahla danışmaq istəyəndə
ayaqlarım kəsir qarşımı.
Əlimdə qara yazan qələmim,
Mənə baxıb
çarəsizliklə başını bulayan
həkimin qəmli gözləri,
və bir də…
Məni utuduğu gecələrdə
bir an unutmadğım Allahdan
göydəki ulduzun
işığı boyda balaca bir istək…
Nə olar, icazə ver alnımındakı yazını
öz qələmimlə yazım, Allahım.
Onuz da qara yazır sənin qəlmin tək.

İntiqam CAN


Gerçək – görüb göz yumanların dostudur.
Yaxşılıq – yamanlığın.
Kasıb-kusub
sıxıla-sıxıla yaşamaq üçün
gəlib dünyaya.
Dünya – onu aldadanların dostudur,
Mənsə dünyaya aldanan gerçəyəm.

Haqq dediyin
görməzdən gəlmək üçündür,
Zaman haqqın saxtakar quludur,
Mənsə həyatı görməzdən gəlib
haqqa qul olan zaman
doğulmuşam.

Gəncliyim – ruhunu tərk edən candır.
Mən dərdin dostuyam
laaaap çoxdandır.
Səhərlər dan yeri üzümə baxmağa utanır,
Hər gün göy üzü
bir az da uzaqlaşır məndən.
Yerin sərtliyini unudub ayaqlarım,
Barmaqlarım
kağızın üstündə gəzən
ruhmuş sən demə,
Mən – gecələr yuxusuzluğa alışıq bəndə.
Gedim səhəri oyadım,
onsuz da zaman yatıb qalıb,
Allahın işi çoxdur göy üzündə.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest