GenelGüncelKültür Sanat

İSMAYIL XAN ZİYADXANOVUN SİYASİ VƏ DİPLOMATİK FƏALİYYƏTİ

Quba şəhərində “Soyqırımı Memorial

Kompleksi”nin Elmi Araşdırmalar,

Ekspozisiya və fond əməkdaşı 

Ülkər Zeynalova  Yusif qızı

[email protected]

İSMAYIL XAN ZİYADXANOVUN SİYASİ VƏ DİPLOMATİK FƏALİYYƏTİ

XX əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin (1918-1920) qurulması ilə nəticələnən milli dirçəlişimizin parlaq isimləri sırasında İsmayıl xan Ziyadxanov xüsusi yer tutur. İsmayıl xan Ziyadxanovun istər çarizmin ayrı-seçkilik idarəçiliyinə qarşı mübarizədə, istər də Cümhuriyyət dövründə dövlətçiliyimizin təməllərinin formalaşdırılmasında əhəmiyyətli xidməti olub. O gənc Azərbaycanın dövlət və hökumət strukturlarında, eləcə də onun diplomatiyasında mühüm vəzifələrdə vətən və millət naminə fədakarcasına çalışıb. Bolşevik istilasından sonra İsmayıl xan yeni rejimin sorğu-sualsız güllələdiyi xadimlərimizin siyahısında birincilərdən olub.

İsmayıl xan Ziyadxanlının həyat və faliyyətinə nəzər salmaq istərdik. Belə ki, İsmayıl xan Ziyadxanov  15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olub. O, sonuncu Gəncə xanı Cavad xan Ziyadoğlunun nəticəsidir. İlk təhsilini Gəncə gimnaziyasında alıb, sonra isə Moskva İmperator Universitetinin (indiki MDU) hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində işləmişdir. İsmayıl  Xan Ziyadxanovun  başçılığı ilə Gəncədən Şamaxıya müsəlmanlarının  köməyinə gələn azərbaycanlı qoşunları şəhərə daxil olana qədər davam etmişdir.

  İsmayıl xanın siyasi fəaliyyəti 1905-ci ildə Azərbaycanda erməni daşnaklarının törətdiyi qətliamlardan sonra başlamışdır. 1906-cı ildə Ziyadxanov Yelizavetpol (Gəncə) quberniyasının birinci Dövlət Dumasının deputatı seçilmişdir.İsmayıl xan Ziyadxanov  birinci dövlət duması buraxılanda olduqca qətiyyətli mövqe tutan az saylı deputatlardan biri olub. Məsələ burasındadır ki, aqrar məsələyə görə dövlət duması ilə çar və onun ətrafının mövqeyi arasında kəskin ziddiyət yaranmışdı. Və ona görə Dumanın 72 gündən sonra fəaliyyəti dayandırıldı. Bir qrup deputat bununla razılşamadı və tarixdə “Vıborq” adlanan bəyannaməni imzaladılar. Onlar içərisində Əlimərdan bəy Topçubaşovla İsmayıl xan Ziyadxanovun da imzası var idi. Onlar çarın xalqın seçkisi ilə seçilmiş adamların qanunverici orqandakı fəaliyyətinə son qoymaq hüququnun olmadığını bildirməklə adamları çar məmurlarının tapşırıqlarını yetirməməyə səsləyirdilər. Bu, hökümət orqanlarının nəzərində itaətsizlik kimi qiymətləndirildi. Ona görə də həmin deputatlar istintaq orqanlarına verildi. Əvəzində çar höküməti onları 3 aylıq həbs cəzasına məhkum etdi. Beləliklə bir daha nə seçkili orqanlarda iştirak edə, nə də vəzifə tuta bilərdilər. Vətənə qayıdan İsmayıl xan öz qardaşı Adil xanla birlikdə “Müdafiə” (Difai) adlı bir təşkilat qurdu. (bax: Ənvər Çingizoğlu,  Aydın Ziyadlı.Bakı:Azərnəşr,1993. s.46)  Əsas məqsədi azərbaycanlıları maarifləndirmək, onları təşkilatlandırmaq, ermənilərə və çarizmə qarşı müdafiəni mütəşəkkil formaya salmaqdan ibarət idi. Təşkilatın möhürü isə kitab, tərəzi, saman tayası və bir birinə çarpaz keçirilmiş qılıncdan ibarət idi.

       Dumanın müsəlman fraksiyasının büro və “Xalq Azadlığı” partiyasının üzvü olub. Deputat fəaliyyəti dövründə Rus imperiyasının köçürmə siyasətini, ermənilərin törətdiyi soyqırımları tənqid etmişdir. O, Dumanın buraxılmasına etiraz etdiyinə görə, üç aylıq həbs cəzasına məhkum olunmuş və deputat seçilmək hüququndan məhrum edilmişdir.

        Azərbaycanın milli istiqlal hərəkatının fəalları sırasında yer alan İsmayıl xan 1906-cı ildə Gəncə quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. O, Dumanın müsəlman fraksiyasının büro üzvü və “Xalq Azadlığı” partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları kəskin tənqid edib. O, ermənilərin Azərbaycanda törətdikləri qırğınlar ilə əlaqədar Dumadakı çıxışlarının birində qeyd edir: “Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə də acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təbliğat vasitələrilə aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərin, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar”.

        İsmayıl xan Rus Dumasının yüksək tribunasından cəsarətlə açıqladı. “Belə getsə yaxın vaxtlarda hər iki xalq yer üzündən asanlıqla silinəcəkdir. O zaman siz məğrur Qafqaz övladlarının qanına boyanmış bu torpaqda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qura bilərsiniz”.

        İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əlimərdan bəy Topçubaşov da vardı) Vıborq müraciətnaməsini imzaladığına görə, üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan məhrum edilmişdi. 1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı.

1907-ci ilinmayında “Müdafiə” təşkilatıyarandı. GörkəmliictimaixadimİsmayılxanZiyadxanovonabaşçılıqetdi. KəndmüəllimləriƏ.Qiyasbəyli, H.Saniyev, hərbitopoqrafpodpolkovnikİ.Vəkilov, notariusXəlilbəyovvəbaşqaları “Müdafiə”nintəşkilatçılarındanidilər. “Müdafiə” əsasetibariləYelizavetpolquberniyasınınqərbhissəsindəvə Tiflis quberniyasınınqərbqəzalarındafəaliyyətgöstərirdi. Yuxarıdaadlarıçəkilənquberniyalarınəhalisininimtiyazlıhissəsininnümayəndələri, mülkədar – bəyləri, habeləkəndziyalılarınınnümayəndələri “Müdafiə” təşkilatınınsosialdayağıidilər.

     1917-ci ildəRusiyafevralburjuainqilabından sonar Gəncədəictimaitəşkilatlarıniraiyyəkomitəsinitəşkiletmişvəşəhərmilisininrəisitəyinedilmişdir. Gəncəşəhərininasayişiİsmayıl Xan Ziyadxanovunrəhbərliketdiyimilisdəstələritərəfindənqorunub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı quberniyası tərkibində inzibati-ərazi vahidi olan Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlərində azərbaycanlıların soyqırımı, bolşevik-daşnak qüvvələrinin əvvəlcədən hazırlaşdıqları Bakıda 1918-ci il mart hadisələri ilə eyni zamanda baş vermişdir. Şamaxıya erməni-molokon birləşmiş qüvvələri tərəfindən ilk hücum 1918-ci il martın 29-da, səhər erkən, yatmış şəhərin top atəşinə tutulması ilə başlanmışdır. Şəhərin müsəlman ailəsi cəmi bir neçə saat müqavimət göstərə bilmiş, bundan sonra  şəhər hücumla alınmışdır. Şəhərdə dinc azərbaycanlı əhalinin  kütləvi surətdə qətlə yetirilməsi , yanğınlar, talanlar və qarətlər başlanmışdır. Dörd gün ərzində şəhərin ən abad hissəsi  zəngin müsəlmanlara məxsus  ”Piran –Şirvan” yaşayış  məhəllələri yanğınla tamamilə məhv edilmiş, qarət olunmuş, əmlaklar araba və furqonlarda erməni və molokon kəndlərinə daşınmışdır. Müsəlman  əhalisinin gizlənməyə və ya müxtəlif yollarla  şəhərdən  çıxmağa  çalışan tanınmış nümayəndələrinin axtarışları, həbsləri və qətlləri başlanmışdır. 

Həmin dövrdə Azərbaycanda xalqın qeyrətini çəkən, onu ölümdən qurtarmaq üçün çalışan ziyalılar yetişmişdi. Belə ziyalılardan biri də Əhməd bəy Ağaoğlu idi. Həmin dövrdə o, “Difai” partiyasını yaratdı. “Difai”nin ən güclü qollarından biri Gəncədə fəaliyyət göstərirdi. Ora  İsmayıl xan Ziyadxanov həmçinin Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm rol oynayan digər adamlar daxil olmuşdular.  İsmayıl xan  Yelizevetpoldakı qolun nümayəndələri kimi adamların silahlandırılması, maarifləndirilməsi, eyni zamanda onların təşkil edilməsində əvəzsiz xidmət göstərmişdi.1919-cu ilin yanvar ayının sоnu Fətəli xan Xоyski hökuməti elan etdi ki, bundan öncə adı çəkilmiş  İsmayıl xan Ziyadxanlının başçılığı ilə əhalinin hissiyatını təbliğ etmək üçün Tehrana bir heyət göndərmək qərarına gəldilər. Bununlada о, qarşılıqlı anlaşma üçün bir addım atırdı.

       İranla AXC arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında İsmayıl xan Ziyadxanın başçılığı ilə Tehran Fövqəladə missiyanın göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli məsələlər üzrə ilkin danışıqlar aparmış, AXC-nin Tehranda diplomatik nümayəndəliyinin Təbrizdə, İranın sərhəd və mərkəzi məntəqələrində konsulluqların yaranması məsələlərini müzakirə etmişdir.

Tarix üzrə fəlsəfə doktoru, dosentSübhan Talıblı “İsmayıl xan Ziyadxanlı və Azərbaycan-İran əlaqələri” adlı məqaləsində qeyd edir ki, “İsmayıl xan Ziyadxanlı həmin ildə, yəni 1919-cu il aprel ayının оrtalarında Ənzəli yоlu ilə İrana daxil оldu. Yarı rəsmi «İran» qəzeti «Qоnaq bizdəndir» adlı dərc etdirdiyi bir məqalədə «Qafqaz islam millətinin» nümayəndəsinin İrana gəlişindən məmnunluğunu bildirərək (Qədim dövrdən Qafqazla İran geniş əlaqədə оlub) yazır ki, «… Bu möhtərəm qоnaq bizdəndir, yəni о tayfadandır ki, İranda 100 ildən artıq səltənət etmiş, sözün əsl mənasında İran dövlətinin və millətinin nümayəndəsidir. Cənab İsmayıl xan Ziyadxanlı (Qacar – S.T.) tayfasındandır, bunlar Gəncədə ən möhtərəm və etibarlı xanlardan sayılırlar və çar Rusiyası hökumətinin işğalından öncə Gəncədə hökmranlıq etmişlər». Xarici İşlər Nazirliyi rəsmiləri ilə İsmayıl xan arasında müxtəlif sahələrdə, xüsusilə İran təbəələrinə dəymiş xəsarətin qarşılığını ödəmək, pоçt və ticarət sahəsindəki prоblemlərin həlli ilə müzakirələrdən başqa Şərqi Qafqaz xanlıqlarının Azərbaycan adlandırılması mövzusu əsas məsələlərdən biri idi .Tehranda İsmayıl xan Ziyadxanlı və İran Xarici işlər nazirlyi arasında cərəyan edən müzakirələr, Bakı mühitindən uzaq оlduğuna görə nisbi nailiyyətlərlə nəticələndi. Müzakirə mövzusu оlan məsələlər haqqında müəyyən razılışmalar əldə edildi və 4 iyun 1919-cu ildə İsmayıl xan Ziyadxanlı ilə Rus idarəsinin müdiri Mötəsəmül Səltənənin imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi imzalandı. Bu müqavilədə Azərbaycan Xalq Cümhuriyyətinin  tanınması mövzusu, yaxud da iki dövlət arasında müştərək sərhədlər məsələsi müzakirə оbyekti оlmalı idi. Daha dоğrusu, əsas müzakirə iki dövlət arasında ticari münasibətlərlə bağlı mövcud prоblemlərin təcili aradan qaldırılması və iki dövlət vətəndaşlarının mütərəqqi оlaraq hüququnun qоrunması məsələsi müzakirə оbyekti оlunmuşdur”.

       İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilib. 1919-cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına rəhbərlik edib. Bu danışıqların və müzakirələrin nəticəsində Azərbaycan tərəfindən İsmayıl xan, İran tərəfindən isə XIN-in Rusiya üzrə idarə rəisi Seyid Hadi Fərəh Mötəsəməssəltənə 14 maddəlik bir müqavilə imzalayıb. Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmışdı.

Azərbaycan XI Qırmızı Ordu tərəfindən  işğal  edildikdən  sonra 5 may 1920-ci il tarixində Azərbaycan  İnqilab  Komitəsinin  xüsusi  dekreti  ilə İsmayıl  Xan  Ziyadxanovun  mülkü  və torpaqları müsadirə edilir, özü isə  Hərbi səhra məhkəməsi tərəfindən  güllələnir.Bolşevik istilasından sonra İsmayıl xan yeni rejimin sorğu-sualsız güllələdiyixadimlərimizin siyahısında birincilərdənolub.Hazırda Gəncə TarixDiyarşünaslıq muzeyi Ziyadxanovlardan miras qalan mülkdə yerləşir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest