İbrahim Yusifoğlu Şeirleri

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

İbrahim Yusifoğlu

 Şuşa 

Dünyanın müqəddəs günüdür, bu gün,

Xoş müjdə qəlbləri gətirib cuşa.

Gözlər bulaq kimi coşub-çağlayır,

Bu gün anasına qovuşur  Şuşa.

                  **

Daşını,adını Pənahxan qoyub,

Zirvəyə Qaranquş yuvası qonub,

Düşməni göynədən göz dağı olub,

Neçə yol gəlibdi bədd gözlə tuşa,

Hər vaxt qalib çıxıb döyüşdə Şuşa.

                           **

Qoynu tapdaq oldu,inildəyibdi,

Yadlar rəqs eyləyib,dingildəyibdi,

Sərxoş qədəhləri cingildəyibdi,

Dönüb qəfəsdəki dərdli bir quşa,

Azadlıq eşqiylə yaşayıb Şuşa.

                          **

Talan eylədilər sərvət –varını,

Pərən-pərən gördü övladlarını,

Çəkmədi dağlardan duman,qarını,

Gözlədi qan-qada sülhlə sovuşa,

Bu nəcib istəyə çatmadı Şuşa.

                              **

Yaman uzaq düşdü azan səsindən,

Cabbarın,Bülbülün gur nəfəsindən,

“İsa bulağı”nın zümzüməsindən,

Çırpınan köksünü döndərdi daşa,

Xilaskar ordunu gözlədi Şuşa.

                           **

Nə qədər qəlbləri sevgisi sarmış,

Ali Baş Komandan bəxtini yazmış,

Bütov Azərbaycan Şuşaya yarmış,

Hamısı bir olub qalxdı vuruşa,

Vəhşi caynağından qurtuldu Şuşa!

                           **

Şuşa!- qeyrət,şərəf,qürur şəhəri,

Şəfəqə dönəcək  hər bir səhəri,

Dünyaya səs salıb dönüş zəfəri,

Xoş müjdə qəlbləri gətirib cuşa,

Bu gün anasına qovuşur Şuşa!

MƏNİ GÜNAHIMA BAĞIŞLA, ALLAH

     Dərdim bir çiçəyi qəhər eylədim,

       Arının balını zəhər eylədim,

       Dərdimi kəhərə yəhər eylədim,

       Məni günahıma bağışla , Allah!

                                        **

       Gözlər mənə baxdı, mən qaşa baxdım,

       Yanaqda yaşaran nəm-yaşa baxdım,

       Çox erkən toxundu tən daşa baxtım,

       Məni günahıma bağışla , Allah!

                                     **

      İstədim dirçələm yaz gəlib getdi;

      Bir gözəl tapınca naz gəlib getdi,

      Dost-tanış qapıma az gəlib getdi,

      Məni günahıma bağışla , Allah!

                                         **

      Məni yola salan yolu unutdum,

      Boynuma sarılan qolu unutdum,

      Sağımı qorudum, solu unutdum,

      Məni günahıma bağışla , Allah!

                                **

      Getdi əlimizdən Vətən torpağı,

      Geymədim əynimə kətən torpağı,

      Gücüm yox qaytaram gedən torpağı,

      Məni günahıma bağışla , Allah!

                               **

      Əllərim çatmayır paralarına,

      Şerimlə duz səpdim yaralarına,

      Şəhidlər almadı aralarına,

      Məni günahıma bağışla , Allah!

                                **

      Bağışla-barışım günahlarımla,

      Qaynayıb-qarışım ün “ah”larımla,

      Onlardan ayrılım uşaqlarımla,

      Məni günahıma bağışla , Allah!

Sən demə, bu dünya mənlik deyilmiş

Bir payız  günündə gəldim dünyaya,

Təbiət əyninə çəni geyibmiş.

Çoxu sevinsə də Tanrı payına,

Sən demə, bu dünya  mənlik deyilmiş.

                      **

Anam nə söylədi sözünə baxdım,

Qayğıya bələnən  gözünə baxdım,

Dönüb bu dünyanın  özünə baxdım-

Gördüm ki, hər büsat şənlik deyilmiş,

                              **

İllərlə qədəkdən  köynək geyindim,

Həyatda çalışqan, bir az yeyindim,

Verdiyi payına küsdüm, deyindim-

Cavabı düz çıxan tənlik deyilmiş,

Sən demə, bu dünya mənlik deyilmiş.

                         **

Özümə xəyaldan dünya yaratdım,

Hara addım atdım, düz addım atdım.

Gəlib xırmandakı xırdağa çatdım-

Bu pay da toxumluq,dənlik deyilmiş,

Sən demə, bu dünya mənlik deyilmiş.

                    **

Gözüm qalmasa da sərvət-varında,

Saçlarım üşüdü qırov, qarında,

Sarsıldım ehtiyac dalğalarında-

Yanağı al boya-ənlik deyilmiş,

Sən demə bu dünya mənlik deyilmiş.

                                **

Qorxdu adlanaram,söz yayıb keçdi,

Neçə yol adımı adlayıb keçdi,

Ömür kitabımı qatlayıb keçdi-

Heysiyyət,şərəfi-mənlik deyilmiş,

Sən demə, bu dünya mənlik deyilmiş.

                             **

Məni öz doğması bilmədi, niyə,

Saldığı  düyünlü ilmədi, niyə,

Doğrusu bilmədim,bəs nədi, niyə-

-Dünya,Yusifoğlu, sənlik deyilmiş,

Sən demə, bu dünya mənlik deyilmiş.

Gecikmiş misralar

Özümü   duyandan  gizlicə,  aşkar,

Ruhumu  oxşayan  gül  axtarırdım.

İlməsi  qardan  ağ,  üstündə cüt  nar.

Pəncərə  önündə  tül  axtarırdım.

                            **

Sənə tuş   gəlmədim  baharda,  yayda,

Çölü,  çəmənliyi  gəzdi  gözlərim.

Bir  payız  günündə çatdılar  dada,

Səndən  əllərini  üzən gözlərim.

                  **

Gödüm, o çiçəksən_ gəzdiyim  gülsən,

Ruhuma  yayılan  ətrin  bəsimdi.

Nə  qədər xöşbəxtəm ,  nə  qədər,  bilsən,

Sevincdən  ürəyim  əsim_əsimdi.

                      **

Gəlmisən  mələyin  qanadlarında,

Saçını   küləklər   darayırdılar.

Alma  qızartısı  yanaqlarında,

Gözlərin  yolumu  arayırdılar.

                     **

Yamanca  hürkəkdin,   yaman  təlaışlı,

Arxanca   bir  qısqanc   göz  izləyirdi.

Ancaq  xəyalında  bir  qaraqaşlı,

Səni    oxşayırdı ,  əzizləyirdi.

                  **

…Sənli   keçəcəkdi  ömrümün ardı,

Qəlbimdən  kədəri,  qəmi   silmişəm,

Nə  yaxşı,  həyatın  paqızı  vardı,

Nə  yaxşı,  mən  səni  tapa  bilmişəm.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest