GenelGüncelKültür Sanat

Heydər Əliyev AXC irsinin qorunmasında mühüm xidmətlər göstərib

Ümummilli lider  Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması, o dövrdəki Azərbaycan rəhbərliyini 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur olması, Cümhuriyyət irsinin rəsmiləşdirilməsi baxımından çox mühüm tarixi addım oldu”. 

Bu fikirləri Kanal32.az-a açıqlamasında AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.

-Sübahan müəllim,milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətlərinin yüksək dəyərləndirilməsi, onların zəngin irsinin öyrənilməsi və təbliği ilə bağlı bu gün dövlət səviyyəsində həyata keçirilən fəaliyyətləri necə dəyərləndirmək olar?

Biz millət olaraq tarixdə həmişə dövlətlər, imperiyalar qurmuşuq. Dövlətçilik bizim üçün müqəddəs amaldır.  Azərbaycan Xalq Cümhuriyyətinin dövlət səviyyəsində qeyd olunması çox mühüm hüquqi, siyasi, ideoloji və dövlətçilik baxımdan son dərəcədə vacib və əhəmiyyətlidir. Eyni zamanda AXC-nin xadimlərinin misilsiz xidmətlərinin yüksək dəyərləndirilməsi, onların zəngin irsinin öyrənilməsi və təbliğinin dövlət səviyyəsində qeyd olunması Cümhuriyyətimizin qurucularına, xüsusilə də bugünkü müstəqil Azərbaycan Respublikasının siyasi, strateji, ideoloji, maddi-mənəvi, dövlət atributlarına hörmət və dəyərdir.

Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də, XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb. Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika, milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məmməd Əmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı. Bu maneələrin yaranmasında müstəmləkəçi dövlətlərlə, eləcə də regional güclərlə yanaşı, xalqımıza düşmən kəsilmiş erməni daşnakları da az rol oynamırdılar.

AXC-nin süqutu ilə biz əsrlərdir arzuladığımız, mili dövlətçiliyimizi, milli ordumuzu, milli burjuazıyamızı, mili məfkurəmizi, ziyalarımızı, ərazimizin 30 min kv.km itirdik, dövlət müstəqiliyimiz bütün atributlarını, milli istiqlaliyyətimizi itirdik. Buna baxmayaraq AXC qurucuları özlərinin mühacirət həyatında Azərbaycan və müstəqillik ideyalarını öz yazılarında və həyat tərzlərində öz qanları və canları hesabına yaşadaraq bizlərə əmanət etdilər. Bu gün bizlər həmin müqəddəs amala sahib çıxmalı, Azərbaycan dövlət müstəqiliyini öz qanımız, canımız və milli mübarizəmiz sahəsində yaşatmalıyıq. Bu baxımdan da 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Türkiyə, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərdiyi yerlərin önlərində xatirə lövhələrinin vurulması milli tariximiz və dövlətçiliyimiz baxımdan əhəmiyyətli, faydalı olardı.

S.Talıblının fikrincə, “Müasir Azərbaycan gəncliyi təbii dövlətçilik ruhunda, bir sözlə dövlət tərbiyəsində böyüməlidir. Bunun üçün KİV-in, orta və ali təhsil olacaqlarının, elm mərkəzlərinin, səfirliklərimizin, diasporamızın üzərinə böyük məsuliyyət düşür. Bu məsələdə Xalq- Dövlət birliyi son dərəcə vacibdir. Bununla bağlı hər bir Azərbaycan vətəndaşı öz milli maraqları və dövlətçiliyi üçün əlindən gələni etməlidir. Bu baxımdan Allah bizə verdiyi dövlətimizin bizə verdiyi müstəqilliyi qorumalı və ona sahib çıxmalıyıq. Buna görə də AXC hər bir quruculuğunda, onun təşkilində əməyi keçən hər bir şəxsi hörmətlə anmalıyıq”.

– Ümummilli lider  Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması, o dövrdəki Azərbaycan rəhbərliyini 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur olması, Cümhuriyyət irsinin rəsmiləşdirilməsi baxımından çox mühüm tarixi addım oldu. 

Ümummilli lider Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və Naxçıxanda milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb etmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunmuş, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilməsi son dərəcə vacib məsələlər idi. Xüsusi qeyd etmək lazımdır ki, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazdığı Ali Məclisin Qərarında deyilirdi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır: 1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin. 2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin. 3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.

Təbii ki, ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın üçrəngli bayrağının Naxçıvanda dalğalanması, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edilməsi, kommunist partiyasının hökm sürdüyü bir dövrdə böyük cəsarətlə qəbul edilmiş həmin qərarlar qəbulu Azərbaycanın müstəqillik yolunda önəmli hadisə idi. Həmin tarixi hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi… Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

Cümhuriyyət qurucularının həyat və fəaliyyətləri yetərincə araşdırıldığını qeyd edən Sübhan Talıblı bildirdi ki, xalqımız 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini əldə etdikdən sonra bu sahədə bir çox araşdırmalar aparılmışdır. Təbii ki, yenə də xaricdə sənədlər və materiallar var. Onlar da araşdırılmalıdır. Yeni dissertasiyalar yazılmalı, əsər və kitablar çap edilməlidir. Çünki həmin dövrlə bağlı istər Türkiyə, Gürcüstan, İran, və s. ölkələrində mətbuatında da yazılar çap edilib.

“Fikrimcə, yaxşı olardı ki, araşdırma apararkən həmin dövrdəki ictimai-siyasi və tarixi vəziyyət nəzərə alınsın. AXC qurucularına, eləcə də tariximizə milli və dövlətçiliyimiz baxımından yanaşılsın.  Cümhuriyyət qurucularının həyat və fəaliyyəti ana dilimizlə yanaşı, xarici dillərdə nəşr olunsun. Xüsusilə də həmin əsərlər xarici ölkə müəllifləri ilə birgə, xarici ölkələrdə çap olunsun. Çünki Azərbaycan təbliğatı üçün son dərəcə vacibdir. Tariximizə, dövlətçiliyimizə, ordumuza, bir sözlə Azərbaycanımıza hər sahədə xidmət edən hər bir kəsin həyatını və fəaliyyətini öyrənmək bizlər üçün son dərəcə vacib olmalıdır və vacibdir də. AXC haqda ayrıca Muzeyin yaradılması, Milli Kitabxanada ayrıca bölümün yaradılması, abidələrin qoyulması, adların küçə, prospekt və mədəniyyət mərkəzlərinə verilməsi, yaşadıqları evlərin qabağına xatirə lövhəsinin vurulması, parkların salınması və s. işlərin görülməsi məqsədəuyğun olardı”.

Cümhuriyyət tarixi ilə bağlı arxiv sənədlərinin araşdırılması məsələsinə toxunan tarixçi-alim Sübhan Talıblı vurğuladı ki, Cümhuriyyət dövrü ilə bəzi xarici ölkələrdə arxiv sənədləri araşdırılıb, bu gün də davam edir. Əsasən Türkiyə, Fransa, Rusiya, İran, İngiltərə və s. fikrimizcə arxiv sənədləri tamamilə araşdırılıb, tapılmalı, onların hamısı ölkəmizə gətirilməlidir. Həmin sənədlər Azərbaycan hər hansı Muzeydə qorunub saxlanılmalıdır. Bunun üçün yaxşı olardı ki, ayrıca bir muzey ayrılsın. Sırf Azərbaycan Xalq Cümhuriyyəti muzeyi. Mən İran və Türkiyədə olan əsər, kitab və sənədlərə baxmışam. Doğurdan AXC qurucularının əsər, fikir və fəaliyyətlərinə nəzər yetirdik də, görürsən ki, onlar nəinki Azərbaycan, eləcə də Türki-İslam aləmin üçün də çox böyük işlər görmüşlər. Həqiqət də onların fikir və elm adamları olduğunun şahidi olursan. Bu baxımdan da Cümhuriyyət dövrümüzlə bağlı xarici ölkələrdəki bütün arxiv sənədləri araşdırmalı, üzə çıxarılmalı və təbli edilməlidir.

“Xüsusilə də AXC-nin xarici siyasəti, xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, erməni terrorizminə qarşı mübarizə, xüsusi xidmət qurumlarının, milli ordumuzun fəaliyyəti və s. məsələlər haqda məlumatların tam araşdırılıb üzə çıxarılması Azərbaycan tarixşünaslığı üçün çox faydalı olardı. Bundan başqa qeyd olunan məsələlərlə bağlı xarici tarixşünaslıqda, elmi ədəbiyyatda, mətbuatda yazılan məsələlərin Azərbaycan ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir”.

Gənclərə Cümhuriyyət tariximizin təbliğinin vacibliyini qeyd edən dos. Sübhan Talıblı bildirdi ki,  tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənmək hər bir gəncin canında, ruhunda, fəaliyyətində olmalıdır. Hər bir gənc bilməlidir ki, Azərbaycan dövləti milyonlarla Azərbaycan oğlu və qızlarının canı, canı və mübarizəsini hesabına qurulub. Müstəqilliyimizə və dövlətçiliyimizə müqəddəs amal və vəzifə kimi baxmalıyıq. Bütün şəhidlərimiz yad edilməli, öyrənilməli və təbliğ edilməlidir. Azərbaycanın nəinki dövlət müstəqilliyi, hətta Azərbaycanın adı belə bir sıra dövlətləri tarixən narahat edib və bu gün də narahat edir. Ona görə AXC dövrü bizim gəncliyimizə daha dərindən elmi və tarixi faktlara, sənədlərə söykənməklə təbliğ edilməlidir. AXC qurucularının – M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski, Ə.Hüseynzadə, M.Hacinski, S.Mehmandarov, Ə.Şıxlinski, N.Şeyxamanlı, S.Ağabəyzadə Cavanşir Behbud xan, Cəfərov Məmməd Yusif, Hacınski Camo bəy, Ü.Hacıbəyli, X. Xasməmmədov, X.Rəfibəyli,   X.Sultanov, N.Yusfbəyli, A.Ziyadxanl, İ.Ziyadxanlı və s. şəxsiyyətlərin hər birinin fəaliyyəti gənclər təbliğ edilməlidir. Həqiqətən araşdıranda, oxuyan da görürsən ki, bunlar nə qədər dövlətini və xalqına bağlı şəxisyyətlər olublar. Amalları Azərbaycan müstəqil dövlət kimi görmək olub. Necə İsmayıl xan Ziyadxanlı demişkən “Onlar öz qiymətli qanları ilə gənc respublikanın müqəddəs tarixinin ilk səhifələrini yazaraq gələcək nəsillər üçün yadigar qoydular”.

– Məlum olduğu kimi Ümummilli lider Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam imzalayıb. 2007-ci il 25 may tarixində isə İstiqlaliyyət küçəsində AXC-nin şərəfinə ucaldılmış “İstiqlal bəyannaməsi abidəsi”nin Prezident İlham Əliyev tərəfindən açılışı olub.

Tarixçi alim bildirib ki, AXC dövrünü yüksək qiymətlədirən ümummilli lider Heydər Əliyev deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yayıb və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarıb”. “1997-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, о cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd edir: “Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə mürəkkəb olub. Birinci Dünya Müharibəsi və onun nəticələri bu bölgəyə ağır təsir göstərib”. Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə AXC-nin fəaliyyətinə xüsusi qiymət verən Azərbaycan Prezidenti Heydər Əliyev öz çıxışında deyib: “Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi və gördü”. Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü ilə bağlı tədbirdə Heydər Əliyev AXC rəhbərlərinin siyasi fəaliyyətini xüsusi vurğulayaraq bildirib: “Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər”.

AXC-nin siyasi və hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası AXC dövrünün bütün dövlət atributlarını özündə tam ehtiva edir. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il tarixli, 731 saylı Sərəncamı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi ilə bağlı Dövlət Komissiyası yaradılmış, 22 fevral 1998-ci il tarixli, 750 saylı Sərəncamı ilə həmin komissiyanın tədbirlər planı, 16 may 2017-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, eləcə də 16 may 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı haqda imzalanmış sərəncamlar son dərəcə siyasi, hüquqi və tarixi əhəmiyyət kəsb edir.

Cənab Prezidentin imzaladığı sərəncamda qeyd edilir ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.

Xüsusilə də bəzi hallarda bayraqla, himnlə, dövrlə, ayrı-ayrı AXC qurucularla, ictimai-siyasi və məsələlərlə bağlı öz fikrini bildirənlərə cənab Prezident Sərəncamda hüquqi, tarixi və əsaslı şəkildə cavab vermişdir: 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Belə ki, Sərəncamın sonunda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin”. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “necə ki bu gün biz AXC ilə fəxr edirsə, Cümhuriyyət qurucuları da bugünkü Azərbaycanı görsəydilər fəxr edərdilər”.

Cənab Prezident İlham Əliyev vurğulamışdır ki, “Bizim gənc nəslimiz, əlbəttə ki, tarixi olduğu kimi bilməlidir. Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam. Biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ona görə, biz – sovetlər birliyində yaşamış insanlar, – sovetlər birliyi dağılanda mənim 30 yaşım var idi, bütün təhsilimi bitirmişdim, – ondan sonra öyrəndim ki, bizə nə qədər ziyanlı və saxta tarix təqdim edilirmiş. Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq”- deyə, tarixçi alim cənab Prezidentin fikirləri ilə sözlərini yekunlaşdırıb.

Kanal32.az

Pin It on Pinterest