HƏR ŞEY MƏNİMLƏ BAŞLAYIR
Dünya geniş düşüncəli, güclü iradəli və öz içindəki gücə inana bilənlərin çiynində dönür.
Tarixi dəyişənlərdə, yenidən tarix yazanlarda, böyük kütlələrin talehini dəyişdirənlərdə bu
insanlardı. Sonunu düşünmədən, qorxmadan həqiqətləri görüb, doğru bildikləri yolda,
gözlərini qoyduqları hədəfdən çəkmədən irəliləyənlərdi. Boş yerə deyilməyib: “bir mıx bir atı,
bir at bir igidi, bir igib bir milləti qurtarar” deyə. Bu əzmin, bu irdənin ən böyük nümunəsidir
Çingiz xan. Tarixdə daha çox qaniçənliyi və mərhəmətsizliyi ilə anılsada, əslində bütün
dünyanın qibtə ilə baxdığı, diqqətlə öyrəndikləri bir şəsiyyətdi. Doqquz yaşında, bir gün atası
ilə yolda gedərkən insanlar onlara yemək verirlər. Qəbilə başçısı olan atası onlara güvənib
yeməyi yeyir və zəhərlənərək ölür. Möhkəm irdəli bir uşaq olan Timurçin, Asiyanın vəhşi
çöllərində, gənc yaşında ikən obasının başçısı oldu. Pis hadisələr ard-arda baş verirdi. Bir gün
ovda olduğu vaxt başqa qəbilə gəlib obasını yandırır. Yeni ailə qurduğu həyat yoldaşı da daxil
olmaqla sağ qalan adamları əsir götürüb aparırlar. Hadisələri son anda gördüyü üçün heç nə
edə bilmir. Çarəsizdi, düşmənlərlə əhatə olunmuşdur və heç kimi yox idi.
Burxan dağlarında bir mağaraya sığınır. Günlərlə ot və vəhşi heyvan yeyərək yaşayır. Öz-
özünə danışdı: ya qorxaqlar kimi bir koğuşda yaşayacaqdı, ya da çıxıb hər şeyi tərsinə
çevirəcəkdi. “Hər şey mənimlə başlayır” deyilən o qərar nöktəsinə çatanda böyük bir uğur
andı içdi. Öz qüdrəti ilə dünyanı diz çökdürəcəkdi. Əzab və iztirab çəkmədən bu dünyadan
intiqamını uğurla alacaqdı.
Bir müddət qəbilə başçısı olan bir yoldaşının yanına sığındı. İgidliyi və bacarığı ilə onun
hörmətini qazandı. Qəbiləsindən sağ qalanları birlikdə azad etdilər. Çöl canavarı çox qəzəbli
idi. Sərtləşmiş qəlbi, çevik biləyi, təhlükəli zəkası, mərhəmətsiz baxışları vardı.
Tez adam toplayıb təlim keçməyə başladı. O dövrün tankı sayılan qaçan at üstündə ox ata
bilən əsgərlər yetişdirdi. Başqalarından fərqli olaraq mütəşəkkil, sistemli və intizamlı idi.
Cəsarəti qorxusundan, ağlı qəzəbindən çoxuydu.
Bir-bir başqa qəbilələri məğlub etməyə başladı. Ənənələri kökündən dəyişərək əsl-
nəcabətlilərin yerinə bacarıqlıları sərkərdə etdi. Tarix boyu kiçik tayfalar halında yaşayan
monqolların ilk dövlətini qurdu. Sonra Çingiz xan adını qazanıb dövlətin başçısı oldu.
Başlanğıcda bir adamdı, dövlət qurduğu zaman tabeliyindəkilərin sayı bir miliyon nəfərə
çatmışdı.
Bir çoxları üçün bu qədər kifayət edərdi, ancaq çöllərin yeni sahibinin sərhədləri asimanla
hüdutlanırdı. “Göy üzündə bir Tanrı olduğu halda, yerdə iki şah ola bilməz!” deyib qarşısına
çıxan hər yeri fəth etməyə başladı. Qafqazlardan Koreyaya, Çindən Rusiyaya, Hindistandan
İrana qədər bir çox ölkəni qismən, ya da tamamilə diz çökdürdü. Tabeliyində bir miliyon
əsgəri təşkilatlandırıb 20 ildə 100 miliyondan artıq əhalini öz tabeliyinə aldı.
Böyük İsgəndərin fəth etdiyi ərazidən səkkiz dəfə çox ərazini fəth etdi. Ölkəsi Roma
imperiyasından iki dəfə böyük idi. Etdikləri təqdir edilməyəcək dərəcədə mərhəmətsiz, uğuru
göz yumulmayacaq qədər möhtəşəm idi. Qanlı bir tarix yazmış olsada, bu gün dünyada
gəlmiş-keçmiş ən böyük imparatorluq quran adam olaraq anılır. Bütün krallar ölkələrinin
sərhədlərini genişləndirməyə çalışsada, ən çox genişləndirən o, oldu.
Monqolustanda minlərlə insan yaşasada, ancaq bir lider gəldi, əvvəlcə özünü, sonra
qəbiləsini, sonra ölkəsini, sonra qitəsini fəth edib tarixin axarını dəyişdirdi. Nəticə yaxşı və ya
pis olsada, hər şey bir insanla başlayır. Burxan dağlarında yaşayarkən adi bir adam idi. Bu
dünyada ayaqlarının altı qədər yeri vardı. Öləndə Asiya qitəsinin çoxu onun idi. Sağlığında hər
il “hər şey mənimlə başlayır” dediyi o mağaranı ziyarət etmiş, geçdiyi keşməkeşli yolu yad
etmişdir. Bu yolun qisasını miliyonlarla insandan almışdı. Acımasız, mərhəmətsiz birinə
çevirmişdi Çingiz xanı bu yol. Lakin əzimkarlığı, güclü iradəni, özünə inamını da bu yolda
qazanmışdı. Hər bir vətəndaşın yaxşı mənada örnək götürəcəyi və vətən üçün hər zaman “hər
şey mənimlə başlayır” deməsini öyrədən şəxsiyyətdir Çingiz xan.