GenelGüncel

Gələcək – indi’si yeni dünyanın

Bizim bu dünyanın işi çətıdirİ,

Başımız üstündə nə qədər -dünya….

Dünyanı bu günə  gərirən bizik,

Bundan xəbərsizik, bilmirik, guya.

***

İndi gözlülərin çoxu gözsüzdür,

İndi sözlülərin çoxu sözsüzdür.
İndi göz işığı qəhətə çıxıb…
(Deyilən yaxşı söz həmişə düzdür ).

***

İndi keçmişini öyrənən yoxdur
İndi keçmişini gizlədən çoxdur.
İndi daş-tərəzi  ölçüsü itib,
Yaxşı ki çoxunun gözləri toxdur.

***

Asmaqla,kəsməklə öyünənlər var,
Kiməsə od qoyub,sevinənlər var,
Çoxu etinasız,çoxu  biganə,
Hələ də nahaqdan deyinənlər var.

***

Yaman çoxalıbdır asıb kəsənlər, 

 Sanırlar  bir böyük bahadırdrlar…

İnsan qöcaldıqca,yaşa dolduqca 

 Artır gündən -günə  boş-boş dırdırlar.

***

Belə bir məqamda   Zakiri  anılır,

Nə yaxşı  o sözlər yadda ilişib,

Doloana -dolana külli -aləmi,

 Yaxşı külçə kimi  tarixə düşüb.

***

Eh, hələ  salamı   güclə alan var,

Daha  demirlər  ki, yerdə qalan var..
Yaddan şıxarmayın, siz- ey insanlar, 

Dünada  nə qədər halal-haram var…

***

Gəlin, dünyamızı sevək,qoruyaq,

Yoxdur nəhayəti,  sonu dünyanın.

Dünya  gəlcəyə  irsimiz -bizim,

Gələcək -indi’si -yeni dünyanın…..

***

Nazim Nasraddinov adlı şəxsin şəkli.
Nazim Nəsrəddinov

Pin It on Pinterest